Yusuf surəsi, 20-ci ayənin təfsiri
“Ona çox əhəmiyyət vermədilər” -deyir 20-ci ayədə. Adama soruşsan, bax deyir ki; “Yusuf, sən bundan üz çevir”. Nəsihət verir Hz. Yusuf (ə.s)-a. “Sən də (qadın) günahın səbəbindən bağışlanma dilə.” Qadına günahından ötəri bağışlanma diləməsini söyləyir. “Doğrusu sən günahkarlardan oldun.” Əxlaqsız adam, madam günahdan, savabdan bilirsən; Allahdan qorxursan; günahsız bir insanı, tərtəmiz bir insanı bir fahişənin, bir alçağın, bir namərdin sözüylə nə üçün həbsə atırsan, deyilmi? Üstəlik 7 il, Allahdan qorx. 7 illik cəza hökmünə məhkum edilmək üçün nə edib? Heç bir şey etməyib. Günahsız olduğundan da əminsən amma öz mənfəətinə zərər gəlməyəcəyini düşündüyü üçün Hz. Yusuf (ə.s)-ı həbsə atır. Amma Hz. Yusuf (ə.s)-a hədsiz dərəcədə ehtiyacları olur.
Sonra onun əlinə düşürlər, deyirlər ki; “ey doğru sözlü, 7 il qıtlıq, 7 il bolluq nədir, bizə bunu izah et” -deyirlər. Ona möhtac olurlar. İqtisadiyyatı düzəltməsinə vəsilə olan da o olur, asayişin düzəlməsinə vəsilə olan da o olur, hər şeyin düzəlməsinə Hz. Yusuf (ə.s) vəsilə olur. O zamanın hakimləri, satılmış namərd adamlar. Yəni dövlətdən biri qulağına pıçıldadımı, deyir ki, məsələn; “götür bunu, həbsə at”. O dövrdə mühakimə sistemi yoxdu, alçaqlıq hakimdi. Hüquq yoxdu, götürüb həbsə qoyur. Yəni bir adamın söyləməsi kafi olur. Məsələn, qadının söyləməsi kafi olur. Adam da müdaxilə etmir, yəni anlamazdan gəlir. Necə bilməzsən? Sənin gözünün qarşısında həbsə qoyurlar. 7 il həbs və zindan, bu ankı həbsxanalar kimi də deyil. Müdhiş bir zülm sisteminin olduğu bir yer. Orada, o mübarək, o qaranlıq, nəmişlik zindanda 7 il qalır.
Davamlı Allahı xatırlayır, davamlı namazlarını qılır. Nur kimi tərtəmiz; o gözəlliyiylə, o yaraşıqlılığıyla, o aslan ədasıyla nur kimi yenə gülər üzlə çıxır həbsdən. O gülər üzüylə həbsdəki insanlara da təsir etmiş. Hz. Yusuf (ə.s)-ı orada müdir etmişlər, müdir kimi olmuş. Hər şeyiylə maraqlanırmış həbsxananın. Məsələn məhkəmədə dəlil yox, Hz. Yusuf (ə.s)-a məhkəmə olur, “baxın, köynəyimi kürək tərəfimdən cırdı qadın, şahidlər də təsdiqləyir” -deyir amma məhkəmə namərd, məhkəmə yuxarıdan təlimatla hərəkət edir. Ədalətli məhkəmə yoxdur. Firon sistemi hakim, namərd quruluş hakimdi. Hz. İbrahim (ə.s)-da də eyni sistemi görürük. Həbs edirlər, nəzarətə götürürlər, Hz. İbrahim (ə.s)-ı mühakimə edirlər, ən zalımanə üsullarla, yandırma üsulu, “odla yandıraq” -deyirlər. Amma Hz. Yusuf (ə.s)-ın zamanı daha dəyişikdir.
Adam, oradakı dövlət başçısı müsəlman olduğunu söyləyir, dindar olduğunu söyləyir, Allahdan qorxduğunu söyləyir. Lakin mühakiməyə qarşı laqeyd münasibət bəsləyir, mühakiməylə maraqlanmır. Yəni birini həbsə atmışlar, bir şey olmuş, onu maraqlandırmır. O öz mənfəətinin arxasındadır. Yəni gücsüz bir quruluş var. Ancaq Hz. Yusuf (ə.s)-dan sonra ədalət sistemi tam oturur, məqbul hala gəlir. Hüququ çox yaxşı bildiyini görürük Hz. Yusuf (ə.s)-ın, yəni o dövrün hüququnu çox yaxşı bilir. Məsələn kasanı qardaşlarının yükünün içinə qoyur. Məsələn o dövrün hüququnda kimin yükündə tapılsa o adama əl qoyulur. Məsələn o bildiyi bir şeydir. Hüququ əzbərdən bilir. Bu səbəbdən hüququ da çox yaxşı istifadə edə bilən bir insane, yəni müdafiə etməyi də yaxşı bilən bir insan, hüququ da yaxşı bilən bir insandır. Allah bütün bu mərhələlərdən sonra onu hakimiyyətə gətirir.