Müxtəlif quş növlərinin izah edildiyi bu sənədli filmdə, iki təkamül nağılı ortaya qoyuldu. Bunlardan ilkində quşların geniş yelpikdə texniki vasitə və vəsaitlər inkişaf etdirdikləri iddia edildi. Bu iddia, hər hansı elmi dəlil göstərmədən təkamül nəzəriyyəsinin iddialarını cəmiyyətə təlqin etmədə istifadə edilən, canlılardakı mövcud strukturları “sahibdirlər” yerinə “inkişaf etdirmişlər” sözüylə ifadə etmə taktikasına əsaslanır.

Bu əfsanəvi izahata görə çıxarılacaq nümunələrin sayı sərhədsizdir. Misal üçün: “Fillər, ağac budaqlarını qoparıb ustalıqla ağızlarına aparmalarını təmin edən xortumlara sahibdirlər” gerçəyi, təkamül nağılına çevrilərək “Fillər, ağac budaqlarını qoparıb ustalıqla ağızlarına aparmalarını təmin edən xortumlar inkişaf etdirmişlər” şəklində təqdim edilə bilər. Təkamül təbliğatında tez-tez müraciət edilən bu ifadə tərzi bəzən təkamülçü elm adamların tərəfindən də elmi olmadığı üçün açıqca tənqid olunmaqdadır.

 

Yazıda izah edilən ikinci təkamül nağılında bu ifadələrə yer verildi:

 

“Suyun içində üzən pinqvinlər delfinlərə bənzəyərlər. Bu, iki heyvanın da eyni təkamüllü müddətdə sahib olduğu mənasını verər. Delfinlərin hava tənəffüs edən quru heyvanlarından təkamülləşdiyi kimi pinqvinlər də hava tənəffüs edən quşlardan təkamülləşmişlər.”

 

Burada canlılardakı bənzərliklərin təkamül məhsulu olduğu inancı, təkamülə dəlil kimi təqdim edilməkdədir. İnsan oğlunun bilib tanıdığı hər hansı iki şey arasında mümkün olduğu kimi, pinqvinlər və delfinlər arasında da bənzərlik tapmaq mümkündür. Burada hər ikisinin də hava tənəffüs edən üzücülər olduğuna diqqət çəkilməkdədir. Bura qədər səhv bir şey yoxdur. Ancaq bir sonrakı cümlədə pinqvin və delfindəki şüurlu dizayn göstəriciləri məntiqli şəkildə ələ alınmadan, bu bənzərlikdən hər ikisinin də eyni təkamüllü müddəti yaşadığı mənfəəti edilməkdədir. Halbuki, bu səhvdir. Hər ikisinin də hava tənəffüs edən üzücülər olmasının təbii və ya qaçınılmaz nəticəsi, bu canlıların təkamüllü müddət yaşaması deyil. Hər iki canlı da müəyyən funksiyanı yerinə yetirəcək şəkildə mütəşəkkil olmuş kompleks bioloji strukturlara sahib şəkildə yaradılmışdır. Bütün bu strukturlar DNT-dəki plana, bir başqa deyişlə məlumata əsaslanır. Saydığımız bu xüsusiyyətlər şüurlu dizayn məhsulu strukturların təməl xüsusiyyətlərindəndir.

Delfin və pinqvinlər arasında bənzərlik olduğu kimi, şüurlu dizayn məhsullarında da bənzərliklər tez-tez görülər. Məsələn, fərqli kompüter markaları təməldə eyni tipdə çiplər və parçalarla çalışar. Ancaq bu bənzərliklər, haqqında danışılan kompüterlərin təsadüfü inkişaflarla, bir-birlərindən təkamülləşdiklərini göstərməz. Vəziyyət belə ikən, bioloji strukturlardakı şüurlu dizayn xüsusiyyətlərinə tamamilə göz bağlayıb bunların təsadüfi mutasiya və təbii seleksiya kimi şüursuz, məqsədsiz və irəlini görə bilməyən mexanizmlərlə mərhələ-mərhələ inkişaf etdiyi iddiasını qəbul etmək ancaq kor-koranə inanc olaraq tərif edilə bilər.

Eyni kor-koranə inancın, delfin və pinqvinin eyni təkamül müddətini yaşadığı iddiasından dərhal sonrakı cümlədə də hakim olduğu görülməkdədir. Bu cümlədə “Delfinlərin hava tənəffüs edən quru heyvanlarından təkamülləşdiyi kimi pinqvinlər də hava tənəffüs edən uçuculardan təkamülləşmişlər.” deyilərək, bir inanc olaraq mənimsənmiş təkamül tarixi gerçəkmiş kimi göstərməkdədir. Halbuki, “Animal Planet”in bu inancı səhvdir. Fosil qeydləri canlı növlərinin, hər hansı çevrilmə göstərmədən, birdən və qüsursuz bədən strukturlarıyla ortaya çıxdıqlarını ortaya qoymaqdadır. Elmi müşahidə və təcrübələr təkamül nəzəriyyəsinin əsaslandığı təbii seleksiya və mutasiya mexanizmlərinin, canlıları komplekslik qazanacaq şəkildə inkişaf etdirə bilməyəcəyini göstərməkdədir. “Animal Planet” işçilərinin inanclarını nəzərdən keçirməyə dəvət edir və həyatın mənşəyinin şüurlu dizayn olduğunu qəbul etmələrini tövsiyə edirik.

 

Əlaqəli yazı: Dəniz məməlilərinin mənşəyi