İçeriğe geç

“National Geographic Channel” – İrlandiya maralı

Nəsli kəsilmiş, iri canlı növü olan İrlandiya marallarının izah edildiyi proqramda, bu canlıların nəsillərinin kəsilməsinə gətirib çıxaran faktorlar üzərində fərziyyələr edildi. Ancaq, bəhs edilən fərziyyələr, təkamülü, əvvəldən mənimsənilən nöqteyi-nəzərdən yanaşılırdı. Heç bir dəlil göstərilmədən, bu canlının təkamüllə yarandığı iddia edilirdi. Proqramdakı izahat, darvinizmə kor-koranə bağlılıq göstərən xüsusiyyətdə idi. Məsələn İrlandiya maralının iri buynuzları və iri bədəninin izah edildiyi hissədə bu ifadə edildi:

 

“İrlandiya maralının mütəxəssisləşərək çox böyük buynuzları daşıya biləcək bədən quruluşu inkişaf etdirdiyi aydındır… Təkamül möhtəşəm buynuzlarını böyütmək üçün açıq otlaqlara möhtac olan olduqca mütəxəssisləşmiş heyvan yaratmışdı.”

 

Təkamülə yaradıcı güc ətf edən bu ifadələr, “National Geographic tv”-nin darvinizmi bir inanc kimi dəstəklədiyini açıq-aydın bildirir. Proqramda buynuz və bədən quruluşları ilə əlaqədar olaraq irəli sürülən “inkişaf etdirmə” iddiasının heç bir sübutu yoxdur. Həqiqətdə bir canlının öz bədənində hər hansı orqan inkişaf etdirməsi mümkün deyil. Elmi əsası olmayan bir hekayədən ibarətdir.

Təkamülçülərin bu cür hekayələrinin ortaq xüsusiyyəti, canlıların müəyyən bir ehtiyacının təyin olunması və sonra da, bu ehtiyacın təkamülün bəzi mexanizmləri tərəfindən təmin edildiyinin fərz edilməsidir. Bu hekayələrin yaradılmasında həmişə eyni üsul izlənilir. Əvvəl bir canlıya aid bir xüsusiyyətin üstün cəhəti və ya yönləri təsvir edilir, sonra bu üstünlüyün necə təkamülləşəcəyinə dair ssenari uydurulur. Əlbəttə, bu şəkildə çıxarılacaq təkamül fikirlərin praktikada sərhədi yoxdur. “Filin xortumu yerdən yemək toplamada üstünlük təşkil edir, buna görə, filin xortumu yerdən yemək yığmaq üçün təkamülləşmişdir” və ya “zürafənin boyu yüksəkdəki budaqlara çatmağını təmin edər, buna görə zürafənin boyu yüksəkdəki yarpaqlara uzanmaq üçün təkamülləşmişdir” kimi… Bunlara inanmaq xurafata inanmaq kimidir.

Bu ifadələrin “National Geographic TV” kimi kanalların ekranlarında tez-tez göstərilməsinin səbəbi isə, nəzəriyyəni kütlələrə yaymaq məqsədi daşıyır.

(Bunun kimi izahatların elmdən kənar istiqamətinə diqqət çəkən və bunların istifadəsini tənqid edən əhəmiyyətli təkamülçü elm adamları da vardır. Elmdən kənar bu ifadələri və bunlar haqqındakı tənqidləri bildirən yazımızı buradan oxuya bilərsiniz.

“National Geographic TV” rəhbərinə materialist ön mühakimələrini tərk etmələrini və həyatın həqiqi mənşəyinin şüurlu dizayn, bir başqa sözlə desək, yaradılış olduğunu qəbul etmələrini tövsiyə edirik. İrlandiya maralını, digər bütün canlılarla birlikdə, hər şeyin Yaradıcısı Uca Allah yaratmışdır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz