Qalapaqos adalarındakı canlıların və Darvinin bunlarla əlaqədar təkamül iddialarının izah edildiyi proqramda, bəhs edilən canlıların ətrafa uyğunlaşmasını təmin edən xüsusiyyətlərlə əlaqədar, təkamül adaptasiyası nağılları izah edildi. Qısaca sıralasaq, bunlardır:

 

  • Dünyanın ən kiçik pinqvin növü olan Qalapaqos pinqvinlərinin, istidə bədən yağlarını nizamlayan incə tük təbəqəsi yaratdığı nağılı.
  • Ağaclarda bəslənən bir növ kərtənkələnin, palma budaqları arasında asılı dayanmasını təmin edən elastik quyruq inkişaf etdirdiyi nağılı.
  • Havay adlarının ən yüksək vulkanik dağında, 30 min metr yüksəklikdəki buzlaq təpələrdə yaşayan, bir böcək növünün, buradakı donmuş yeməklərlə bəslənən və qanında donmağa qarşı bir növ maddə çıxaracaq şəkildə uyğunlaşmağı təmin etdiyi nağılı.
  • Heç deyilməyəcək qədər az yağış olan və tropik günəş şüaları ilə qovrulmuş kraterlərdə (yanardağ ağzında) yaşayan gümüş qılınc bitkisinin, bu çətin mühitdəki bütün problemlərin öhdəsindən gələ bilmək üçün təkamül keçirtdiyi nağılı idi.

 

Bütün bu iddialar heç bir elmi dəlilə əsaslanmayan, yalnız təxəyyül nəticəsində yaradılmış nağıllardan ibarətdir. Bu nağıllarda nəzərə çarpan məntiq irəli sürmək, əvvəl bir orqan ya da xüsusiyyətin bir orqanizm cəhətdən faydasını izah edib, sonra bəhs edilən adaptasiyanın təkamüllə ortaya çıxdığı hekayəsini dövrəyə salmışdır. Dəlilə əsaslanmadığı üçün bu iddiaların, təkamül nəzəriyyəsinə dəstək olması üçün heç bir elmi dəyəri yoxdur. Hər hansı bir canlı üçün yaranan təkamül nağıllarının sərhədi də yoxdur. Yuxarıdakı təkamül nağılları, təkamülçülərin öz azad xəyal gücü çərçivəsində yaradılmış subyektiv fikirləridir. (Bu hekayələrin ardındakı məntiqi irəli sürmək daha geniş şəkildə ələ alan və bunların təkamül nəzəriyyəsini niyə dəstəkləmədiyini göstərən yazımızı buradan oxuya bilərsiniz.

 

Həm də “Kanal 6”-dakı sənədli filmdə, uça bilməyən quşların mənşəyinin də təkamüllə izah edilməyə çalışıldığı görünür. Ancaq, uça bilməyən quşlar həqiqətdə təkamül nəzəriyyəsinə heç bir dəlil yaratmır. Adalarda olan, uça bilməyən bəzi quş növlərinin, eyni növlərin əsas qurudakı uça bilənlərə görə bəzi fiziki fərqləri vardır Uça bilməyən quşlarda, uçuş əzələləri və sinə sümüyü kiçilmiş formada görünür. Bunun səbəbi kimi, adaların quşlar üçün düşmənlərə qarşı daha da qorunmalı olması və qurudan bura köçmüş quşların uçmağa ehtiyac duymayaraq, yerdə yaşamağa uyğunlaşmaları göstərilir.

Bəhs olunan canlılarda bəzi dəyişikliklər ola bilər. Ancaq sənədli filmdəki ssenaridə təkamülə dəlil ola biləcək vəziyyətin olmadığı aydındır. Çünki bu ssenari uçuşla əlaqədar anatomiyanın ortaya çıxışını deyil, itirilməsini açıqlayır. Canlıların sadədən mürəkkəbə (kompleksliyə) doğru inkişaf etdiyini iddia edən təkamülçülər, bir canlının DNT-sində genetik məlumat artımının necə əmələ gələ biləcəyi və sürünən kimi bir canlının uçuş üçün lazımlı xüsusi genetik məlumat və quruluşları qazanıb quşa çevrilə biləcəyini göstərməlidirlər. Halbuki təkamülçülər uçmağın mənşəyini tamamilə şərh edə bilmirlər. Ancaq çarəsizliklərini qəbul etmək yerinə, təkamülə heç bir şəkildə dəlil gətirə bilməyən, uça bilməyən quşları, “Kanal 6” ekranlarında göründüyü kimi, kütlələrə təkamül dəlili kimi təqdim etməyə çalışırlar. Bu isə, tamami ilə Darvinizm ehkamına dəstək olmaq üçün davam etdirilən göz boyama, yalandır. Bir başqa sözlə, “Kanal 6”-da uça bilməyən quşların mənşəyi haqqında bildirilən təkamül iddiaları sübut deyil, təbliğat üçün seçilmişdir və təkamül nəzəriyyəsi lehində istifadə edilir.

“Kanal 6” kanalının rəhbərinə proqram seçərkən yuxarıda izah etdiyimiz məqamlara diqqət yetirmələrini tövsiyə edir, təkamül nəzəriyyəsinin yalnız fəlsəfi səbəblərlə dəstək olan etibarsız nəzəriyyə olduğunu görmələrini diləyirik.