Bu sənədli filmin, timsahların göstərildiyi bir səhnəsində, timsahların başlarının iri və güclü ovların öhdəsindən gələ biləcək şəkildə təkamülləşdiyi iddia edildi.

Saytımızın nağıllar hissəsində müxtəlif nümunələrlə və tez-tez izah etdiyimiz kimi, bu ifadə, təkamül nəzəriyyəsinə heç bir əsas vermir və yalnız “National Geographic tv”-nin ön mühakimələrindən qaynaqlanır. “National Geographic TV”, bir bioloji quruluşun (timsahın başının) funksiyasını təsvir edir (güclü ovların öhdəsindən gəlmək üçün), sonra birbaşa bunun təkamüllə ortaya çıxdığını elan edir. Əlbəttə bu, məntiqli iddia deyil. Bunun kimi iddialar etmək, sükanların avtomobillərə istiqamət verdiyi kimi, təkamülləşdiklərini ya da qol saatlarının vaxtı göstərdiyi kimi təkamülləşdiklərini iddia etməyə bənzəyir. Sükan sistemi və qol saatında olduğu kimi canlılardakı bioloji quruluşlarda da, “dizayn” vardır. Həm də, tək bir canlı hüceyrədəki dizayn belə, insanın indiyə kimi çıxartdığı hər hansı bir cihazdan daha da kompleksdir.