Proqramda su kərtənkələlərindən danışılan bir hissədə, bu canlılar haqqında “Milyonlarla illik təkamül prosesini keçməyi bacaran ovçu” ifadə edildi. “Milyonlarla illik təkamül” ifadəsi, təkamülçü təbliğatında tez-tez istifadə edilən yazılardan ibarətdir. Bunun tez-tez təkrarlanması, izləyənləri şüur altı hədəfləyən təlqin üsuludur. Ancaq bu təbliğat tamamilə boşdur. Nə “National Geographic tv”-nin, nə də, hər hansı bir başqa təkamülçü quruluş və ya adamın, kərtənkələlərin guya təkamüllə əlaqədar soruşulacaq “Necə?”, “Hansı dəlillərə əsaslanır?” kimi suallara veriləcək heç bir cavabı yoxdur.
Kərtənkələlər, digər bütün canlı növlərində göründüyü kimi, fosil qeydlərində birdən və qüsursuz bədən quruluşları ilə yaranıblar. Digər tərəfdən kərtənkələnin bədəni üstün dizayn ilə yüksək səviyyədə mütəşəkkil komplekslik təşkil edir. Kərtənkələnin, fosil qeydlərində təkamül nəzəriyyəsinin iddia etdiyi kimi mərhələli inkişaf ortaya qoymaması və kompleks dizaynların ancaq bir dizaynerin varlığı ilə izah oluna bilməsi həqiqətləri, kərtənkələnin mənşəyinin təkamül deyil, şüurlu dizayn, yəni yaradılış olduğunu göstərir. Şübhəsiz kərtənkələni digər bütün canlılarla birlikdə yoxdan var edən Uca Allahdır.