Avstraliyada yaşayan “Malabi” kenqurularının izah edildiyi proqramda, bu canlılarla əlaqədar bir sıra təkamül iddiaları irəli sürüldü. Bunlar, təməldə eyni məntiq pozuqluğuna, yəni bir orqanın faydasını təyin edib, sonra əsassız təkamül nağılı izah etməsinə istinad edir. “National Geographic TV”-nin bu kenqurular haqqında bildirdiyi və aşağıda verdiyimiz ifadələrdə, bu əsassızlıq açıq-aydın izlənilə bilir:
“… Bir az da yaxınlaşanda ayaqlarının da Avstraliya torpaqlarında qaçan, ya da tullanan şəkildə təkamül keçirtdiyini görəcəksiniz… İlk iki barmağının yox olduğunu və təmizləmək üçün istifadə edəcəyi bir alətə çevrildiyini görəcəksiniz… Ağac kenqurusu, zəhərlə mübarizə aparmaq üçün həzm sistemi, böyrək və qaraciyəri uyğunlaşmışdır.”
Görüldüyü kimi “National Geographic TV”, kenqurunun tullanmasına baxıb, sonra “tullanacaq şəkildə təkamülləşdiyini görəcəksiniz”, ya da, həzm sisteminə baxıb “zəhərlə mübarizə apara biləcək şəkildə uyğunlaşmışdır” şəklində nağıllar izah edir. Bu izah etmə üsulu elmi deyil, ehkamdır. “National Geographic”, bu quruluşların nə üçün təkamül dəlili ola biləcəyi haqqında heç bir şərh etmədən, bunların təkamüllə ortaya çıxdığını iddia edir. Bu ehkam izahla nağılların praktikada heç bir sərhədi yoxdur. “National Geographic”, bənzər şəkildə “quşlar uçacaq şəkildə təkamülləşmişdir”, ya da, “balıqlar üzəcək şəkildə təkamülləşmişdir” nağılı da izah edə bilər, milyonlarla başqa nağıl da…
Halbuki təkamülçülərin etmələri lazım olan, yalnız quruluşların faydalarını ifadə etmək deyil, bunların ilk dəfə necə ortaya çıxdığına (yaradıldığına) dair əsaslı, elmi şərhlər ortaya qoymaqdır. Təkamül nəzəriyyəsi, canlılardakı bütün xüsusiyyətlərin təbii səbəblərlə ortaya çıxdığı və inkişaf etdiyi iddiasındadır. Halbuki canlılığın təməlində komplekslik (mürəkkəblik) vardır və təkamül nəzəriyyəsi, iddia edilən sadədən-mürəkkəbə inkişafın tələb etdiyi genetik məlumat artımını təmin edəcək mexanizmdən məhrumdur. Genetiklərin müşahidələri, təkamülçülərin istinad etdiyi mutasiyaların təsirli olduqları zaman, genetik məlumatı ləğv etdiklərini və canlılara yeni orqan və ya xüsusiyyətlər əlavə edəcək şəkildə, yeni genetik məlumat əlavə edə bilmədiklərini göstərir.
“National Geographic TV”, bu vəziyyəti bildiyi üçün “necə?” sualına cavab vermək yerinə, kor-koranə mənimsədiyi darvinizmə uyğun təkamül nağılları danışır. Həqiqətdə nə kenqurunun tullanmağı üçün lazımlı skelet-əzələ anatomiyasının, nə də, zəhərlərə uyğun həzm sistemi ilə böyrək və qaraciyərin təkamüllə ortaya çıxa biləcəyini göstərən heç bir dəlil yoxdur.
“National Geographic TV”-nin izah etdiyi bir başqa təkamül nağılı da, kenquruların kisəli ortaq əcdaddan gəldiyi nağılı idi. “National Geographic TV”, bu haqda bunları iddia edirdi:
“Bütün kenquruların kisəli formaya bənzəyən və yenə kisəli olan əcdaddan təkamülləşdiyi düşünülür. Bu ağaclardan aşağı enmişlər. Avstraliyanın düz sahələri (düzənlikləri) ilə yaşıllıqlarındakı çuxurları doldurmuşlar və tullanıb hoppanaraq keçən bir həyata sürətlə uyğunlaşmışlar. Ağac kenqurusunun başına isə belə bir şey gəlmişdir. Təkamül, təkrar onun ağacda yaşamağı üçün uyğunlaşma təmin edib-etməyəcəyini sınamaq istəmişdir.”
“National Geographic TV”-nin, “bütün kenquruların kisəli formaya bənzəyən və yenə kisəli əcdadlardan təkamülləşdiyi düşünülür” ifadəsi, kenquruların mənşəyindən çox, yaymağa çalışdığı darvinist düşüncəni izah edir. Bu düşüncə, canlılardakı ortaq quruluşlara işarə edib, bunlar haqqında danışılan xüsusiyyətlərə malik olan xəyali bir əcdaddan təkamülləşdiyi ehkamına sarılmaq şəklində yekunlaşdırıla bilər. Bu məntiq, icra etmədə, təkamül ən başdan doğru qəbul edilərək, canlılardakı ortaq quruluşlar nəticə olaraq xəyali ortaq əcdada bağlanır. Halbuki kenqurularla əlaqədar belə bir mühakiməyə gəlib çıxması üçün lazımlı olan şərt, canlıların DNT-sinə yeni genetik məlumatlar əlavə edərək komplekslikdə artım yarada bilən mexanizmlərin göstərilməsi və iddia edilən kenquru təkamülünün qalıq (fosil) qeydlərinə əsaslanaraq dəlilləndirilməsidir.
Göründüyü kimi “National Geographic TV”, bu şərtlərlə əlaqədar ən kiçik bir şərh gətirmədən təkamül ehkamına bürünür, beləliklə, təkamül nəzəriyyəsinə verdiyi dəstəyin elmi deyil, fəlsəfi səbəblərə istinad etdiyini bir daha rəsmləşdirildi. “National Geographic TV”-nin təkamüldən “sınamaq istəyən” bir müddət kimi bəhs etməsi də, bu fəlsəfənin işarəçisidir. Əlbəttə, bu ifadə, tamamilə məntiqdən uzaqdır.
Canlılar, müəyyən bir məqsədə görə mütəşəkkil halda olan parçalardan meydana gəlir və ən fundamental səviyyədə, olduqca kompleks biokimyasal reaksiyalara əsaslanır. Təkhüceyrəli canlılarda, belə üstün dizaynlar olur. Bioloqların bu quruluşları “molekulyar maşınlar” ya da, “məlumat bankı” kimi terminlərlə xarakterizə etməsi, canlılığın təməlindəki aşkar dizayndan qaynaqlanır. Ancaq, açıq-aşkar ortada olmasına baxmayaraq, materialistlərin ön mühakimələri səbəbi ilə, bu dizaynların bir dizayner tərəfindən yaradıldıqları deyil, təbii proseslərin “təcrübələrinin” məhsulu olduğu qəbul edilir. Halbuki təkamül nəzəriyyəsinin əsaslandığı təbii seleksiya və təsadüfi mutasiya mexanizmlərinin heç bir planlama gücü, məqsədi yoxdur və fərz edilən təkamül prosesi tamamilə kordur. Belə bir prosesin “sınamaq istəyəcəyini” iddia etmək, tamamilə məntiqdən uzaq bir fəlsəfənin, insanlara əfsanəvi izahatla təbliğ aparmaqdan başqa bir məna ifadə etmir.
“National Geographic TV”-yə, darvinist yanılmalarını tərk etməsini tövsiyə edir, canlılardakı kompleks quruluşlarla, bunların əsaslandığı məlumatın mənşəyinin, ancaq şüurlu dizaynın izah edilə biləcəyini xatırladır, bütün canlıları Allahın yaratdığı həqiqəti qəbul etmələrini tövsiyə edirik.