İçeriğe geç

“Animal Planet – Flying Dragon”: Uçan kərtənkələ

Bu proqramda, İndoneziya adalarında yaşayan bir kərtənkələ növü haqqında danışıldı. Bu canlı, ön ayaqları ilə gövdəsi arasında yelpik kimi açıla bilən paraşütə bənzər pərdəyə sahib idi və ağacdan ağaca süzülərək uça bilirdi. Tədqiqatçılar, tayfunların sıx yaşadığı bölgədə, həyatını fərqli adalar üzərində davam etdirən kərtənkələ populyasiyalarını araşdırır və adaların küləyə meylli səviyyəsi ilə kərtənkələ qanadlarının böyüklüyü arasında bir əlaqə yaratmaq istəyirdi. Proqramda, küləyə daha meylli adalarda kərtənkələlərin daha az süzülməyi seçdikləri, uçmaq yerinə ağacdan aşağıya endikləri, buna qarşı küləyin təsirlərinin daha az olduğu adalarda yaşayan kərtənkələlərin çox sayda süzüldüyü göstərilirdi.

Bu proqramda, İndoneziya adalarında yaşayan bir kərtənkələ növü haqqında danışılırdı.

Küləyə meylli adalardakı kərtənkələlərin pərdələri daha kiçik idi və küləkdə sovrulmanın təsiri ilə zədə almış və köhnəlmiş görünüşdə idi. “Animal Planet” bu kərtənkələlərin, qanadlarını qaçmaq üçün inkişaf etdirdiyi nağılını izah edir, küləkli adalarda qanadların kiçildiyini ifadə edərək bunu “qanadsızlığa doğru təkamül” olaraq əks etdirirdi. Ancaq bu təkamülçü iddiaların heç bir elmi əsası yoxdur. Kərtənkələnin qaçmaq üçün qanad inkişaf etdirdiyi iddiası, darvinist mühakimələrə əsaslanır. Həqiqətdə bu kərtənkələ növünün “qanadsız” bir başqa kərtənkələ növündən çevrildiyini göstərən hər hansı bir ara formaya aid fosil qeydi yoxdur. Qarşımızda normal kərtənkələlər və bəhs edilən “qanadlı” kərtənkələ vardır. Təkamülçülər, bu faktı, nəzəriyyələrinə uyğun şərh edərək birinin digərindən təkamülləşdiyini bildirirlər. Digər tərəfdən “küləyin təsiri ilə kərtənkələ qanadının kiçilməsi” deyilən fakt, “daha kiçik qanadlara sahib kərtənkələlərin seçilməsi”-nin bir nəticəsidir, bu təbii seleksiyaya bağlı məhdud bioloji dəyişmədir, ancaq təkamül nəzəriyyəsinə dəlil deyil. Bunun səbəbini qısaca izah edək:

 

Bu nümunədə, bir kərtənkələ üçün küləkli adada uçmaq üstünlük deyil, faydasızdır. Çünki havada ikən sərt küləklərin təsiri ilə uçmaq istədikləri istiqaməti idarə edə bilməyərək, idarəsiz (nəzarətsiz) şəkildə ağac gövdələrinə çarpılar, yerə düşərək yaralanarlar. Bu şərtlərin olduğu bir adada, geniş qanadlı kərtənkələlər, qanadlarının səthi olmağı səbəbi ilə daha çox külək aldıqları üçün daha çox təsirlənirlər. Nəticədə bu canlılar arasında daha kiçik qanadlılar həyatda qalır, yəni seçilir və bu növ canlıların ümumi qanad böyüklüyü, külək olmayan adalara görə daha aşağı səviyyəyə düşür. Ancaq haqqında danışılan dəyişmə, kərtənkələnin genləri arasında, yəni mövcud genetik məlumat daxilində reallaşır, canlının DNT-sinə yeni genetik məlumat əlavə olunmur. Bu səbəbdən burada “təkamül” haqqında söhbət gedə bilməz. Təkamül nəzəriyyəsinə dəlil göstərərək tamamilə çarəsiz qalan “Animal Planet” kimi darvinist quruluşlar, bu nümunədə görüldüyü kimi yeni genetik məlumatı olmayan bioloji dəyişikliklərlə tamaşaçılarına göz boyayan təbliğat aparır.

“Animal Planet”də darvinizmin etibarsızlığını və canlılığın həqiqi mənşəyinin şüurlu dizayn olduğunu, bütün canlıları Allahın qüsursuzca yaratdığını qəbul etməsini tövsiyə edirik.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz