Header

“Animal Planet” – Böyük pişiklərin gündəliyi: Çitalar

Aa4a

Çitaların izah edildiyi proqramda bu canlıların anatomiyasıyla əlaqədar təkamül iddiası ortaya qoyuldu. Bir çitanın skeletinin sürətli qaçmağa uyğun şəkildə incə quruluşlu olduğu izah edildikdən sonra, bu xüsusiyyətin “təkamüllü əvəzi” olduğu iddia edildi. “Animal Planet”, çitaların aslan kimi daha böyük yırtıcılara qarşı müdafiəsiz olduqlarını ifadə edir, sürətli qaçmağı təkamüllü bir üstünlük, yırtıcılara qarşı qorunmadakı əskikliyi isə sözdə təkamüllü əvəz olaraq göstərirdi.

Çitaların izah edildiyi proqramda bu canlıların anatomiyasıyla əlaqədar təkamül iddiası ortaya qoyuldu. Bir çitanın skeletinin sürətli qaçmağa uyğun şəkildə incə quruluşlu olduğu izah edildikdən sonra, bu xüsusiyyətin “təkamüllü əvəzi” olduğu iddia edildi. “Animal Planet”, çitaların aslan kimi daha böyük yırtıcılara qarşı müdafiəsiz olduqlarını ifadə edir, sürətli qaçmağı təkamüllü üstünlük, yırtıcılara qarşı qorunmadakı əskikliyi isə sözdə təkamüllü əvəz olaraq göstərirdi.

Əvvəlcə bilinməsi lazım olan nöqtə çitaların sözdə təkamülünə dair bir tək dəlil də tapılmadığıdır. Bu proqramda “Animal Planet” öz təkamülçü ön mühakimələrinə uyğun şəkildə nağıl izah etməkdədir.

Elmi dəlildən məhrum bu iddianın məntiq icra etmə baxımından da nə qədər həvəskarca hazırlandığı ortadadır. Təkamülçülərin etdiyi həvəskar təkamül təbliğatının mərhələlərini bu şəkildə yekunlaşdıra bilərik:

  • Əvvəlcə bir orqanizmin iki ayrı xüsusiyyəti təsbit edilər. (Sürətli qaçma və irilik)
  • Bu xüsusiyyətlər başqa canlılarla müqayisə edilər (Çita ən sürətlidir, aslana görə zəifdir kimi)
  • Orqanizmin müqayisə nəticəsində üstün göstərilən xüsusiyyəti təkamüllü üstünlük olaraq təyin olunar.
  • Orqanizmin müqayisə nəticəsində zəif olduğu göstərilən xüsusiyyəti isə təkamüllü əvəz olaraq təyin olunar.

Görüldüyü kimi, edilən şey yalnız canlıların xüsusiyyətləriylə əlaqədar bəzi müqayisə etmələr edib dərhal sonra bunların təkamüllə ortaya çıxdığı mühakiməsini ortaya qoymaqdır. Bu elmi yanaşma deyil, tamamilə təbliğat məqsədli təlqin üsuludur.

Bu məntiq icra etməyə görə təkamülü müdafiə etmək, səhrada hərəkət edə bilən cipin əraziyə uyğunlaşmasının təkamüllü üstünlük, ağır olmasını isə təkamüllü əvəz olduğunu müdafiə etmək qədər axmaqdır.

Darvinistlərin etməli olduğu şey, canlıların xüsusiyyətlərini araşdırıb bunların təkamüllə necə ortaya çıxdıqlarını göstərməkdir. Halbuki, təkamülçülər bunu deyil bir çita, tək bir hüceyrə üçün belə bacara bilməmişlər.

Bir çitanın anatomiyası araşdırıldığında bütün sümüklərin və əzələlərin, ən sürətli vasitələr qədər qısa müddətdə sürətlənə bilən, mükəmməl tarazlıq və manevr qabiliyyətinə sahib qaçışçını ortaya çıxaracaq şəkildə hazırlandığı görülər. Eyni şəkildə yarış avtomobilini də araşdıran hər kəs, vasitənin sürətə istiqamətli xüsusi olaraq hazırlandığını görə bilər. Heç kim bu avtomobilin təbii müddətlərlə ortaya çıxdığını iddia etməz. Avtomobilin bir dizayneri olduğu kimi çitanın da bir dizayneri vardır. Elmi tapıntılar, canlılarda hər hansı insan məhsulu dizayndan daha kompleks dizaynların olduğunu göstərməkdədir. Əlbəttə, bu vəziyyət yaradılışı təsdiqləməkdədir. Heç şübhəsiz, çitanı Allah yaratmışdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313