Sənədli filmdə Xorvatiyada olan Neandertal fosilləri üzərindəki kəşflərdən yola çıxılaraq bu insanların adamyeyənlik etdiklərinə dair iddialara və bu istiqamətdə edilən araşdırmalara yer verildi. Bəzi təkamülçü araşdırmaçılar, Neandertalları günümüz insanına görə aşağı növ olaraq təsnif etməkdədirlər. Gerçəkdə isə, Neandertal mütəxəssisi Erik Trinkhausun da ifadə etdiyi kimi Neandertallarda anatomik və mədəni baxımdan günümüzdəki insandan aşağı sayıla biləcək heç bir xüsusiyyət yoxdur. Neandertal insanın iddia edildiyi kimi bəzi vəziyyətlərdə adamyeyənlik etmiş olduğu fərz edilsə də bu vəziyyət dəyişməyəcək.
<http://www.netcevap.org/propaganda17_neandertal.html>)
Adamyeyənliyin Yeni Qvineyada 20-ci əsrə qədər uzana bilmiş ənənə olduğu bilinən gerçəkdir. Açıqdır ki, adamyeyənlik etmiş olmaları Yeni Qvineya yerlilərini “meymun adam” etməməkdədir. Eyni şəkildə Neandertallarla əlaqədar adamyeyənlik iddiası (ki bunun doğruluğu mübahisəlidir) onları təkamüllə ortaya çıxan bir növ halına gətirməyəcək. Günümüz insanlarının yaxın tarixə qədər davam etdirdikləri bir davranışın yüz min və ya iki yüz min il qədər əvvəl Neandertallarda görülməsi onları “ibtidai” qəbul etməyi tələb etməməkdədir.