Sənədli filmdə insanın təkamülü ssenarisinin heç bir elmi tapıntıya əsaslanmayan və təkamülçü ön fikirlərə görə hazırlanan hekayələrindən elmi gerçəklərmiş kimi danışılaraq darvinizm təbliğatı edildi. İri beyin həcmi və dik yerimə kimi təməl anatomik xarakteristikalar baxımından insan olduğu heç bir şəkildə müzakirə mövzusu olmayan Homo erektus, Cro-Maqnon və Neandertal birliklərinin xəyali təkamül müddətində ortaya çıxdığı, beyin həcmlərinin sözdə zaman içində təkamüllə inkişaf etdiyi kimi nağıllar izah edildi. Haqqında danışılan yalan, bir-birlərindən (günümüz irqlərində olduğu kimi) əhəmiyyətsiz fərqliliklərlə ayrılan köhnə insan irqlərinin təkamül ssenarisi gərəyi şişirdilmiş və tərəfli şəkildə şərh olunması və bunların bir-birlərindən ayrı növ olduğunun iddia edilməsinə əsaslanır. Bu izah yalnız təkamülçü ön fikirlərdən qaynaqlanmaqda və elmi olaraq heç bir obyektiv meyara əsaslanmamaqdadır. Məsələn, təkamülçülərin günümüz insanından fərqli növ olaraq önə sürməyə çalışdığı Homo erektusun anatomiyası indiki vaxtda yaşamaqda olan insan irqlərinin xüsusiyyətlərini əks etdirməkdədir. Necə ki, təkamülçü paleoantropoloq Richard Leakey belə Homo erektusun günümüz insanı ilə olan fərqliliyinin irqi fərqlilikdən kənar məna daşımadığını belə ifadə edir:
Hər hansı adam fərqi görə bilər: Kəllənin forması, üzün bucağı, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün dəyişik coğrafiyalarda yaşamaqda olan insan irqlərinin bir-birləri arasındakı fərqlərdən daha çox deyil. Belə bir variasiya, birliklər bir-birlərindən uzun zaman aralıqlarında ayrı tutulduqları zaman ortaya çıxar. (Richard Leakey, The Making of Mankind, London: Sphere Books, 1981, səh. 62.)
Neandertallar haqqında da vəziyyət eynidir. Uzun illər Neandertal anatomiyasını araşdıran Erik Trinkhaus adlı mütəxəssis Neandertallar haqqında gəldiyi nəticələri belə açıqlamaqdadır:
“Neandertal fosilləri və müasir insan sümükləri arasında edilən detallı müqayisələr göstərməkdədir ki, Neandertalların anatomiyasında ya da hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur (Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10)
(Neandertallarla əlaqədar baxın. http://www.netcevap.org/propaganda17_neandertal.html> Günümüzdən 40.000 il qədər əvvəl yaşamış olan Cro-Maqnon insanı da günümüz insanıyla anatomik olaraq eynidir. Bu mövzuda baxın. http://www.darwinizminsonu.com/insanin_kokeni_07.html>)
Görüldüyü kimi, H. erektus, Neandertal və Cro-Maqnonun günümüz insanıyla olan fərqlərinin əhəmiyyətsiz olduğunu təkamülçülər də görməkdə və etiraf etməkdədirlər. Bunları ayrı növ olaraq önə sürmə səyi təkamül doqması uğuruna müraciət edilən və ideoloji olaraq davam etdirilən aldatmacadan ibarətdir. Proqramda yer verilən beynin təkamülü iddiası da bu yalan uğuruna uydurulan xəyali ssenaridir. Tapdıqları fosil kəllələri kiçikdən böyüyə düzən təkamülçülər, beynin zaman içində təkamülləşdiyi kimi təəssürat verməyi məqsəd qoymaqdadırlar. Halbuki, bunu etməklə həm başqalarını həm də özlərini aldatmaqdadırlar. Çünki meydana gətirdikləri təkamül dəlili ortaya qoymamaqda, yalnız təkamülçülərin zehinlərində yaşayan ssenarinin xaricə vurmasını əks etdirməkdədir. İnsan beyni təkamülçü yazarın ifadəsiylə kainatdakı ən kompleks quruluşdur. Bu cür kompleks quruluşun təsadüfi mutasiyalarla isabət edən təsadüflər təsirində, təxribata uğramadan inkişaf edəcəyinə inanmaq böyük yanılmadır. Bir radioya vurulacaq çəkic zərbələrinin onu televizora çevirməsi gözlənilə bilməyəcəyi kimi meymunabənzər canlının beyninə isabət etdiyi fərz edilən mutasiyaların da onu insan beyninə çevirəcəyi gözlənilə bilməz. Tamamilə ağıldan kənar bu inanc, təkamülçülərin fəlsəfi səbəblərdən ötəri dəstəklədikləri nağıldan ibarətdir.
(Beynin təkamülü yanılması haqqında baxın. http://www.netcevap.org/propaganda_beyin.html>) Allah insan beynini mükəmməl xüsusiyyətlərə sahib olaraq yaratmışdır.