Header

“Animal Planet – Animal Word: Humanzee”

Aa4a

“Animal Planet” kanalındakı bu sənədli filmdə Oliver adıyla çağırılan və bir zamanlar qeyri-adi bəzi davranışlarıyla təkamülçü medianın diqqət mərkəzi olan şimpanzenin hekayəsinə yer verilirdi. Oliver, təkamülçü kütlələr tərəfindən dik yerimə vərdişi və içkiləri qarışdırma kimi qabiliyyətləri səbəbindən insan və şimpanze mələzi mənasını verən “humanzee” sözüylə adlandırılmışdı. Oliverdən alınan qan nümunələri üzərində edilən araşdırmaya əsaslanaraq, Oliverin 47 xromosoma sahib olduğunun açıqlanması bu canlıya olan marağı bir qat daha artırmışdı. (İnsanların 46, şimpanzelərin isə 48 xromosomu var)

“Animal Planet” ekranlarında Oliverlə əlaqədar kəşflər və bunları əhatə edən təkamülçü iddialar köçürülərkən, davamlı olaraq Oliverin nə qədər insana bənzədiyi, araşdırmaçıları nə qədər çaşdırdığı və ya mediada nə qədər geniş maraq oyandırdığı kimi sensasiyalı şərhlər ortaya qoyulurdu.

Ancaq gerçəkdə Oliverlə əlaqədar ortaya qoyulan bu göz boyayıcı tablonun elmi dayağı yoxdur. ABŞ-da nəşr olunan məşhur “Science” jurnalında 1998-ci ildə nəşr olunan “Oliver humanzee deyil” başlıqlı araşdırma xəbəri eynilə bu ifadələrlə verilmişdir:

“Oliver adlı bir primatdır, dik yerimə vərdişini də ehtiva edən insan kimi xüsusiyyətlərə sahib olmasına görə, son on illərdə sıx dərəcədə medianın marağıyla qarşılaşmışdı. Ancaq DNT testləri nəhayət Oliverin qəti olaraq şimpanze kateqoriyasına daxil olduğunu ortaya qoydu.

Oliver, Kaliforniyada təxminən 30 il əvvəl ortaya çıxışından bu yana, içkiləri qarışdırmağı da ehtiva edən şimpanze-xarici rəftarlarıyla izləyənləri maraqlandırdı. Bir xromosom analizinin naməlum nəticələri bunun bir mutant və ya hətta insan-şimpanze mələzi ola biləcəyi istiqamətində fərziyyələrə dəstək verdi.

Amma indi hər ikisi də San Antonioda olan, Triniti Universitetindən John Ely və Texas Sağlamlıq Elmləri Mərkəzi Universitetindən Charlene Moore, “American Journal of Physical Anthropology” jurnalında insanlara, şimpanzelərə və digər primatlara xas genetik bölgələr baxımından qan nümunəsini araşdırdılar. Nəticə? Oliver tamamilə şimpanzedir.”1

“Animal Planet”dəki sənədli filmdə Oliverlə əlaqədar bu elmi kəşf ancaq sənədli filmin ən sonunda və olduqca naməlum şəkildə ifadə edilməkdədir. Sənədli filmin böyük hissəsində Oliverin insana bənzərlikləriylə əlaqədar fərziyyələrin olduqca sensasiyalı tərzdə köçürülmüş olduğu nəzərə alınacaq olsa, bu proqram ilə, “Animal Planet”in göz boyayıcı darvinizm təbliğatlarına bir yenisini əlavə etdiyi açıqca ortaya çıxmaqdadır. 20 ildən daha əvvəlki dövrdə edilmiş araşdırmanın (“Science” jurnalında da ifadə edildiyi kimi naməlum) nəticələrinə əsaslanaraq, təkamülçü fərziyyələri süni həyəcan oyandıraraq təkrarlamanın başqa şəkildə tərifi mümkün deyil.

Oliverin şimpanzedən fərqsiz olduğu 6 ildir bilinməkdə, köhnə analizlərin etibarsızlığı mövzusunda da elm adamları arasında şübhə yoxdur. “Animal Planet”i bu cür cəhdlərlə darvinizmi yayma səyinə son verməyə dəvət edirik.

1) “Oliver No Humanzee”, Science , Volume 280, Number 5361, 10 aprel 1998, səh. 207.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313