“National Geographic TV”-nin bu sənədli filmində, təbiətin metrin milyardda biri qədər maşınlar inkişaf etdirdiyi və bizə xəstəliklərə qarşı müdafiə etmə sistemi verdiyi iddiaları ortaya qoyuldu.

Bu təkamülçü iddiaların təməlində hər şeyin təbiətlə məhdud olduğu şəklindəki naturalist fərziyyəyə kor-koranə bağlanmaqdır. Bu fərziyyə eyni zamanda təbiətin, içindəki canlılarla birlikdə şüurlu olaraq hazırlanmış ola biləcəyini, yəni bir Yaradıcının varlığını ən başdan rədd edir. Bunları qəbul edən biri üçün təbiətdəki dizayn nümunələri, nə qədər üstün plan və komplekslik səviyyəsi ortaya qoyursa qoysun, kor bir müddətdə təsadüflər və təbii səbəblərlə inkişaf etmiş təsadüfi məhsullara çevrilər.

Ancaq bunun təbiətdəki müşahidələrdən yola çıxan və gerçəkləri səmimi olaraq araşdırıb elmi dəlillərin ortaya qoyduğu açıq nəticələri qəbul edəcək insanlara aid düşüncə olmadığı açıqdır. Ağılından istifadə edən və səmimi insan üçün gərək ətrafımızdakı canlılarda gərək öz bədənlərimizdə son dərəcə açıq dizayn vardır. Bunlar göstərdikləri məqsəd və planla şüurlu dizaynın izlərini daşıyarlar və üstün Yaradıcı olan Allahın varlığına işarə edərlər.

Müasir elm də ağılından istifadə edən hər insanın asanlıqla görə biləcəyi bu gerçəyi təsdiqləyən tapıntılar ortaya qoymuşdur. Həyatın mənşəyi sahəsində və xüsusilə iyirminci əsrin ikinci yarısından sonra yaşanan elmi inkişaflar, canlılığa dair naturalist fəlsəfəni təməl alan darvinizmin şərhlərinin etibarsızlığını çox dəqiq şəkildə ortaya qoymuşdur. Həyatın təməlindəki məlumat və kompleksliyin ancaq şüurlu dizaynla açıqlana bilər olduğu aydın olmuşdur. Diqqət çəkici olan isə, bu gerçəyin iki əhəmiyyətli və açıq dəlilinin, “National Geographic TV”-də təbiətin yaratdığı irəli sürülən müdafiə etmə sistemi və molekulyar maşınlar olmasıdır. Aşağıda verdiyimiz linklərdən, molekulyar maşınlar və müdafiə etmə sistemi haqqında məlumatlar əldə edə bilər, həm də “National Geographic TV”-də müdafiə olunan naturalist görüşlərin, necə çıxmaz vəziyyət olduğunu görə bilərsiniz.

 

1) Molekulyar Maşınlar (Bakteriya Kamçısı)

2) Müdafiə etmə Sistemi Möcüzəsi