Okeanlarda yaşayan canlıların izah edildiyi bu sənədli filmdə, heç bir elmi dəlil göstərilmədən müxtəlif canlı növləri arasında təkamüllü əlaqələr quruldu və haqqında danışılan canlıların bəzi anatomik xüsusiyyətlərinə əsaslanaraq təkamül nağılları izah edildi. Bunları aşağıda qısaca cavablandırdıq:
1) Aktiniyaların dəniz anasının əmioğlusu olduğu iddia edildi.
Bu iddianı dəstəkləyə biləcək hər hansı elmi dəlil yoxdur. “Animal Planet” təkamülü ən başda doğru qəbul etməkdə, canlı qrupları arasındakı bənzərliklərin sözdə təkamül dəlili olduğu iddiasını kor-koranə müdafiə etməkdədir. Bu tutum, avtomobil və traktorun bənzər strukturlara (məsələn, şinlərə) sahib olduğunu görüb bunların bir-birlərindən təkamülləşdiklərini iddia etməyə bənzər.
“Animal Planet”in dəniz anasıyla aktiniyanın ortaq atadan təbii səbəblərlə təkamülləşdiyi iddiası yalnız öz fəlsəfəsinə uyğun olaraq seçdiyi izahdır. Gerçəkdə bu vəziyyət üçün keçərli izah, ortaq dizayndır. Kompüterlərdə çip və ya disk kimi ortaq strukturlar olması, bunların müəyyən vəzifələri yerinə yetirəcək şəkildə, yəni müəyyən məqsədlərə istiqamətli olaraq və xüsusilə hazırlandıqlarını göstərər. Canlılarda görülən ortaq strukturlar da belədir. Müəyyən vəzifələri yerinə yetirəcək şəkildə son dərəcə kompleks xüsusiyyətlər ortaya qoyan dizaynlara sahibdirlər. Kompüter çiplərinin şüurlu dizaynerin varlığını göstərdikləri kimi, canlılardakı ortaq strukturlar da Allahın yaratmasını göstərərlər.
2) Balıqların üzgəclərinin ayaqlara çevrildiyi iddia edildi.
Bu iddiaya “Animal Planet” ekranlarında verilən dəstəyin səbəbi, təkamül nəzəriyyəsinə görə canlılığın suda başlayıb quruya çıxdığı fərziyyəsidir. “Animal Planet” darvinizmi kor-koranə mənimsəmiş olduğu üçün “canlılar təkamüllə ortaya çıxmışdır, o halda quru canlıları dənizdən quruya çıxmış olmalıdırlar” şəklində məntiq icra etməkdə və bunu yaymağa çalışmaqdadır. Gerçəkdə isə elmi tapıntılar təkamül nəzəriyyəsinin sudan quruya keçidlə əlaqədar fərziyyəsinin etibarsız olduğunu göstərməkdədir. Paleontologiya elmi, bu xəyali keçidin izlərinin fosil qeydlərində qəti olaraq olmadığını göstərmiş; fizioloji elmi də quru və dəniz canlıları arasında, fiziki strukturlar və bunların işləyişi baxımından, çox böyük fərqliliklər olduğunu, bundan əlavə bunlar arasında fərz edilən keçidin (həyati fəaliyyətlər üzərindəki korlayıcı təsiri üzündən) xəyal da edilməsinin çətinliyini ortaya qoymuşdur. (bu mövzuda daha çox məlumatı buradan əldə edə bilərsiniz)
3) Dəniz canlılarının yer olmamaq üçün əllərindən gələni etdikləri və dəniz kirpisinin bunlardan biri olduğu irəli sürüldü. Bənzər şəkildə, fənər balığının kürəyindəki üzgəci, ovlarını çəkmədə qarmaq kimi istifadə etməsi göstərilərkən bu üzgəcin qarmaq kimi təkamülləşdiyi iddia edildi.
“Animal Planet”in bu ifadələri, canlıların zaman içində ehtiyaclarına uyğun strukturlar inkişaf etdirə bildikləri kimi təəssürat yaradaraq bunları sözdə təkamülün məhsulu kimi göstərməyə istiqamətlidir. Bu isə elmi istiqaməti olmayan, yalnız darvinizm təbliğatı məqsədiylə müraciət edilən taktikadır. Bu taktika haqqında daha çox məlumat ehtiva edən yazımızı buradan oxuya bilərsiniz.