Köpək balıqlarının izah edildiyi sənədli filmdə, bu canlılardan “təkamülün zirvəsinə çatmış canlılar” olaraq söz edildi. Bunun yanında bunların dərisindəki parazitlərlə bəslənən canlıların da banka formasında təkamülləşmiş balıqlar olduğu iddia edildi. Ancaq bu ifadələr yalnız “Animal Planet”in öz inancından qaynaqlanan ifadələrdir. Həqiqətdə haqqında danışılan canlıların başqa canlılardan təkamülləşdiyini göstərən heç bir elmi dəlil yoxdur. “Animal Planet”, mənimsədiyi fəlsəfi görüşə görə təkamülü ən başda doğru qəbul etməkdə və təbiətdə gördüyü bütün canlıları bu qəbula görə izah etməyə çalışmaqdadır. Beləcə bəzi elmi terminlərə sığınaraq fəlsəfi görüşün təbliğatını etmiş olmaqdadır. Ancaq müasir elmin tapıntıları bu görüşün etibarsızlığını açıq şəkildə ortaya çıxarmışdır. “Animal Planet”ə öz fəlsəfi fikirlərinə söykənən təbliğata son verməsi həyatın mənşəyiylə əlaqədar etibarlı elmi izahın şüurlu dizayn olduğunu, yəni bütün canlıları Allahın yaratdığı gerçəyini qəbul etməsini tövsiyə edirik.