Bu proqramda əqrəblərin zəhəri, köməkləşməsi və ətrafa uyğunlaşma qabiliyyətləriylə əlaqədar təkamül nağılları izah edildi. “National Geographic TV” ilk olaraq, əqrəblərin, zəhərlərini məməlilərə qarşı “inkişaf etdirdiyi” nağılını izah edirdi. Bu “zəhər inkişaf etdirmə” nağılı heç bir elmi dayağı olmayan və bir doqma olaraq müdafiə olunan fərziyyədir. Darvinizmi kor-koranə mənimsəmiş olan “National Geographic TV”, təbiətdəki canlılarla əlaqədar hər xüsusiyyəti həyatın mənşəyinin təkamül olduğu nağılına uydurmaqdadır. Bu vəziyyətdə də “zəhərin inkişaf etdirilməsi” nağılı, “National Geographic TV”in digər çox sayda canlıyla əlaqədar izah etdiyi nağıl klassikləri arasında yerini almaqdadır.
Gerçəkdə zəhərli canlıların bədənlərində çıxarılan kimyəvi maddələrin məlumatı canlının DNT-sində gizli yerləşir. Bu zəhərin tərkibindəki bütün zülallar, bu məlumata uyğun şəkildə çıxarılar. Digər tərəfdən qarışıqda hansı zülalların olacağı da əhəmiyyətlidir, çünki bunların hədəfi düşmən orqanizmlərdir. Zəhərin əqrəbin özünə zərər vermədən düşmən fiziologiyasını təsir edəcək şəkildə çıxarılması da diqqət çəkici vəziyyətdir. Burada əqrəbin, nə düşmən fiziologiyası, nə də öz fiziologiyası haqqında məlumat sahibi olması, lazımi zəhərin qarışığını buna görə nizamlaması qəti olaraq mümkün deyil. Bu vəziyyətdə zəhərin genetik məlumatının yanında əqrəb və düşmənlərin fizioloji xüsusiyyətlərinin “məlumat”ının qaynağıyla əlaqədar sual ağla gəlir. Təkamül nəzəriyyəsinə görə canlıların DNT-sindəki məlumatın qaynağının heç bir izahı yoxdur. Açıqdır ki, bütün bu məlumatlar əqrəbin ehtiyaclarına görə təşkil edilmiş və əqrəbə, düşmənlərinə zərər vermək üçün istifadə edə biləcəyi şəkildə şpris funksiyası yerinə yetirən iynəylə birlikdə verilmişdir. Bu vəziyyət, məlumatların sahibi olan və əqrəbdə zəhərin yanında zəhər aşılama mexanizmləri var edən Yaradıcının varlığını göstərməkdədir. Heç şübhəsiz, canlılara ehtiyaclarını verən bu üstün Yaradıcı, Rəhman və Rəhm olan Allahdır.
“National Geographic TV”-nin əqrəblərlə əlaqədar bir başqa nağılı, balalarını doğuran ananın bir neçə həftə müddətlə onları kürəyində daşıyıb baxmasıyla əlaqədardır. Belə şəfqətli davranışı “National Geographic TV”, tamamilə məqsədsiz göstərməyə çalışmaqda və təsadüfü inkişaf edən, kor təbiət hadisələrinə bağlamaqdadır. Əqrəbin bu davranışının arılar və termitlərdəki kimi gerçək ictimai davranış formalarının ilk mərhələsini göstərdiyini iddia etməkdədir. “National Geographic TV”-nin bu mövzudakı məntiqsizliyi ortadadır. Gerçəkdə canlılar aləmindəki köməkləşmə, qarşıdurma və eqoizmə söykənən təkamül nəzəriyyəsiylə heç bir şəkildə açıqlana bilməməkdədir. Darvinizmi kor-koranə mənimsəmiş olan “National Geographic TV” buna baxmayaraq arı və termitlərdəki ictimailiyi təkamül məhsulu qəbul etməkdə, əqrəblərdə gördüyü köməkləşməyi də bu xəyali təkamülün ilk mərhələsi olaraq şərh etməyə çalışmaqdadır. Fərdlərin heç dayanmadan çalışdığı və digər üzvlər üçün lazım olsa canlarını təhlükəyə atmaqdan çəkinmədiyi termit və arı koloniyaları, təbiətdəki ictimailiyin mənşəyi mövzusunda təkamül nəzəriyyəsiylə açıqca zidd düşməkdədir.
Bu proqramda “National Geographic” ayrıca əqrəblərin ətrafa uyğunlaşmasıyla əlaqədar nağıl izah etməkdədir. “National Geographic” əvvəl əqrəblərin çölə çox yaxşı uyğunlaşdığını qarşıya qoymaqda, sonra “hətta o qədər yaxşı uyğunlaşıblar ki, 200 milyon ildir heç dəyişməmişlər” şəklində bir iddia ortaya atmaqdadır. Əqrəblərin dayanıqlı canlılar olduqları və ətraf şərtlərindən nisbətən çox təsirlənmədikləri doğrudur. Ancaq “National Geographic TV”, bu uyğunlaşmanın mənşəyi mövzusunda yanılmaqdadır. Çünki əqrəb kimi bir canlının ətrafa uyğunlaşması, sahib olduğu bütün fizioloji və bioloji sistemlər sayəsində mümkündür. Bu sistemlər son dərəcə kompleksdir və “National Geographic TV”-nin dəstəkçisi olduğu təkamül nəzəriyyəsinə görə bunların heç bir izahı yoxdur. Darvinin əsaslandığı təbii seleksiya ancaq mövcud olan xüsusiyyətlər üzərində kiçik nizamlamalarda təsirli ola bilər və ortaya yeni orqanlar, yeni canlılar çıxara bilməz. Qısacası, əqrəbin izahı təbii səbəblərlə mümkün deyil. Necə ki, müasir elm, canlılardakı dizaynın kompleksliyiylə əlaqədar hər keçən gün yeni tapıntılar əldə etməkdə, bunlardan bəzilərinin sadələşdirilə bilməz kompleks özəllikləri üzündən ancaq və ancaq şüurlu dizayn, yəni yaradılışla açıqlana biləcəyini göstərməkdədir. Əqrəbdə görülən kompleks dizaynı yaradan Allahdır.
Digər yandan “National Geographic TV”-nin 200 milyon ildir dəyişmədiyi sənədləşdirilən bir növ olan əqrəbi təkamüllə uyğunlaşdırılması da darvinizmə nə qədər mövhumat dərəcəsində bağlandığını göstərməkdədir. Təməl iddiası canlıların başqa canlılara çevriləcək şəkildə dəyişmə keçirdiyi şəklində olan bir nəzəriyyənin dəstəkçisi, 200 milyon ildir dəyişməyən əqrəbləri də bu nəzəriyyəylə izah etməyə çalışmaqdadır. “National Geographic TV”-yə bu mövhumatçılığı tərk etməsi və əqrəblərlə birlikdə digər bütün canlıların mənşəyinin yaradılış olduğunu qəbul etməsini tövsiyə edirik.