İçeriğe geç

“Animal Planet – Killing for a living: Yaşamaq üçün öldürmək”

Ovçu-ov əlaqəsinə əsaslanan mübarizələrin və müxtəlif canlıların bəzi xüsusiyyətlərinin izah edildiyi proqramda geniş ölçüdə təxəyyülə müraciət edildi və müxtəlif kompleks strukturların mənşəyinə, yalnız ovçu təzyiqinə əsaslanaraq təkamül yanlısı şərhlər gətirilməyə çalışıldı.

 

“Animal Planet” sözdə təkamülün “gedişatını istiqamətləndirən heyvanların yırtıcılar olduğunu” iddia edirdi. Özünə doğru yaxınlaşan bir yarasanı əvvəldən anlayaraq etibarlı qorunağa çəkilən qurbağalar göstərilir, onların bu qabiliyyətləri təkamülün məhsulu kimi əks etdirilirdi. Bənzər şəkildə, ilanların dişləmə davranışının da təkamüllə ortaya çıxdığı, bundan əvvəl ilanların dəfələrlə hücuma məruz qaldıqları və zınqırovlu ilanın dişləmədən əvvəl quyruğunu titrəşdirərək etdiyi “nəzakətli” xəbərdarlığın bu vəziyyətin bir göstəricisi olduğu iddia edildi. Ayrıca çitaların sözdə təkamül boyunca yalnız qaçmaq üzərində yoğunlaşdıqları, buna görə bədənlərinin tamamilə buna görə şəkilləndiyi nağılı izah edilirdi. Bütün bu iddiaları ortaya qoyan “Animal Planet”, öldürmə arzusu davam etdiyi müddətcə canlıların yeni silahlar kəşf etdirəcəklərini irəli sürürdü.

 

Ancaq “Animal Planet”in bu iddiaları yalnız bir nağıl dəyərindədir. Ovçu təzyiqi, ovlanan canlı növü içində bir seçilim ortaya çıxarsa da, bu ancaq ov yaradan növün üzvlərinin təkmilləşmiş olmasına və gələcək nəsillərin daha təsirli şəkildə qaçan fərdlərdən yaranmasına gətirib çıxaracaq. Belə bir seçilim, ilanın zınqırovu; çitanın skelet-əzələ anatomiyası və ya qurbağanın səs qəbul etmə sistemi üçün lazımi genetik məlumatın mənşəyini açıqlamaz. “Animal Planet” bu mövzuya heç bir elmi dayaq göstərməməkdə, yalnız bir doqma olaraq mənimsədiyi darvinizmə uyğun nağıllar izah etməkdədir.

 

Proqramda quşlar və məməlilərin soyuq qanlı sürünənlərdən təkamülləşdiyi də iddia edildi. Ancaq həm məməlilər, həm də quşların mənşəyiylə əlaqədar bu iddialar yalnız ön mühakiməyə əsaslanır. Həm də məməli və quşlardakı xüsusi strukturların təkamüllə açıqlanması mümkün deyil.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz