Qalapaqos adalarındakı həyatın izah edildiyi sənədli filmdə, burada yaşayan iquanalar və iri tısbağalar haqqında təkamül iddiaları ortaya qoyuldu. “Discovery Channel”, bu adalarda yaşayan quru və dəniz iquanalarının görüntülərini yayımlayır, bunların “təkamülün yaşayan nümunələri” olduğunu iddia edirdi. “Discovery Channel”in bu iddiası ətrafda haqqında danışılan iquana növlərinin bəslənmə şəkillərinə və həyat sahələrinə əsaslanır. Bir-birlərindən görünüş olaraq və fizioloji olaraq fərqli olmayan bu iki iquana növü “Discovery Channel”in iddiasına görə ortaq atadan təkamülləşmişdi. Bu iddiaya görə, bir iquana koloniyası, okeanda üzən bir ağac kötüyü sayəsində bu adalara gəlmiş ola bilərdi. Daha sonra koloniyanın bir qismi müxtəlif məhdudlaşdırmalara görə dəniz dibindən bəslənməyi seçmiş və quru iquanalarından bu şəkildə fərqliləşmiş ola bilərdilər. Həqiqətən də, belə bir ssenarinin reallaşmış olması mümkün, hətta qüvvətli ehtimaldır. Çünki dəniz iquanası indiki vaxtda yalnız Qalapaqos adalarında yaşamaqdadır və bu adalardakı fərqli iquana populyasiyalarının, tək bir populyasiya içindəki variasiyadan törədikləri nəzəriyyəsi məqbuldur.
Ancaq “Discovery Channel”in yalnız davranışla əlaqədar bu dəyişikliyi “təkamül” olaraq xarakterizə etməsi yanıldıcıdır. Bu ssenarinin doğru olduğu və bu sayədə ortaya yeni bir davranış çıxdığı düşünülsə belə, quru və dəniz iquanaları bədən dizaynı və fizioloji baxımdan bir-birindən fərqsizdir. Bir bənzətmə edəcək olsaq, inci ovçuları da üstün dalğıclar olmaları və digər insanlarla müqayisə edərək nəfəslərini uzun müddət tutma kimi qabiliyyətlərə sahib olmalarına baxmayaraq yenə də insandırlar.
Qısacası, “Discovery Channel”in iquanalarla əlaqədar təkamül iddiası yalnız davranışla məhduddur. Bu dəyişmənin, növlərin bir-birlərindən təkamülləşdiyini iddia edən təkamül nəzəriyyəsinə heç bir qatqısı yoxdur. Çünki dəniz iquanaları quru iquanalarına görə fərqli heç bir quruluş xüsusiyyətə sahib deyil. “Discovery Channel” məsləhətçilərinin isə (mövzunu çox yaxşı bildikləri halda) bunu təkamül nəzəriyyəsiylə uyğun gətirməkdən və tamaşaçılarına darvinizm təbliğatı etməkdən çəkinmədikləri görülməkdədir.
“Discovery Channel”in eyni sənədli filmdə ortaya atdığı bir başqa təkamül iddiası da Qalapaqos adalarında yaşayan iri tısbağalarla əlaqədardır. Adada yaşayan və qabıqlarının şəkilləriylə bir-birindən fərqli görünüşə sahib olan tısbağalar haqqında bu ifadələr istifadə edilmişdir:
“Buradakı görünüşdə tısbağalardan birinin qabığı düz digəri isə öyrəşildiyi kimi qübbə formasındadır. Yoxsa burada Darvinin nəzəriyyələrinin reallaşdığınımı görürük. Ya da bu bir xəstəlik nəticəsində yaranan bir şeydirmi? Ya da yeni bir növdürmü? Bunu cavablandırmaq üçün bir milyon il daha gözləməyimiz lazım olacaq.”
“Discovery Channel”in bu ifadələrində gözə dəydiyi kimi, iki tısbağa növü arasındakı fərq daşıdıqları qabıqların şəkliylə əlaqədardır. Ancaq bu fərqliliyə baxılaraq bunun Darvinin nəzəriyyələriylə əlaqədar olub olmadığının başa düşülməsi üçün bir milyon il gözlənilməli olduğu şəklindəki yanaşma axmaqlıqdır. Çünki genetika elminin tapıntıları, bioloji dəyişmənin daim gen hovuzu içində reallaşdığını və ancaq haqqında danışılan variasiyalar daxilində yeni alt növlər ortaya çıxa biləcəyini göstərmişdir. Və bu Darvinin nəzəriyyəsinə dəlil deyil.
Təkamülçülər tərəfindən meyvə ağcaqanadı üzərində edilən saysız mutasiya təcrübəsi ortaya yeni bir canlı növü çıxarmada müvəffəqiyyətsiz olmuş və meyvə ağcaqanadları daim meyvə ağcaqanadları olaraq qalmışdır. Hər cür imkandan istifadə edilərək mütəxəssis elm adamların tərəfindən laboratoriya mühitində reallaşdırıla bilməyən təkamülün təbiətdə özbaşına 1 milyon ildə reallaşacağını düşünmək xəyaldan ibarətdir. “Discovery Channel”in, dəyişmə şərti üçün bir milyon il kimi uzun müddət şərt qoşması da bir məna ifadə etməməkdədir. Çünki təbiət tarixi yüz milyonlarla il heç bir dəyişikliyə məruz qalmadan günümüzə çatan canlıların nümunələriylə doludur.
Bütün bunlar, “Discovery Channel”də tısbağalarla əlaqədar ifadələrin elmi dəlillərə əsaslanmadığı və tamaşaçılara yalnız ön mühakimələrinə əsaslanaraq darvinizm təbliğatı edildiyini göstərməkdədir. “Discovery Channel”i canlılığın mənşəyi mövzusunda daha tutarlı yayım siyasəti izləməyə və elmi tapıntıların təkamülü deyil şüurlu dizaynı yəni yaradılışı dəstəklədiyini qəbul etməyə çağırırıq.