1 aprel tarixli Hürriyyət Elm jurnalında “İnsan niyə köməksiz doğulmur?” başlıqlı yazı nümayiş olundu. İnsanın meymunabənzər canlılardan təkamülləşdiyinə təkid edən bu yazı, aşağıda elmi gerçəklərə zidd istiqamətləri ilə ələ alınacaq, ehtiva etdiyi səhv məntiqlər gözlər önünə səriləcək.

 

BEYİNİN BÖYÜKLÜYÜ DOĞUMA MANEƏ DEYİL

Hürriyyət Elm jurnalına görə böyük beynimiz doğumu çətinləşdirən faktordur. Buna qarşılıq, insanın sözdə atası olan meymunabənzər canlılar daha kiçik başlarının təmin etdiyi üstünlük sayəsində daha asan doğum edə bilməkdədirlər. Jurnal, böyük beyinə sahib ola bilmək üçün bu çətinliyə dözdüyümüzü, belə riskli doğumu seçdiyimizi iddia etmişdir.

Əvvəlcə insan beyninin sahib olduğu böyüklüyün doğumu çətinləşdirdiyi iddiası tamamilə səhvdir. Kəllə elastik quruluşu sayəsində doğum əsnasında doğum kanalının şəklini asanlıqla almaqdadır. Bu səbəblə beynimizin doğuşda bir problemin olduğu önə sürülə bilməz. Doğuş onsuz da çöldən hər hansı bir müdaxilə olmadan başlayan və irəliləyən prosesdir. Körpə ana qarnında ikən doğum kanalına öz-özünə başını soxar. Daha sonra yenə körpənin reallaşdırdığı bir sıra hərəkət sayəsində, körpə doğum kanalında çıxışa doğru irəliləyər. Bu vaxt içində olduğu və tamamilə əzələlərdən ibarət olan rəhm sıxılaraq onu çölə doğru itələyər.

Gerçəkdə bu hadisədə çox həssas dizayn vardır və bu da açıq yaradılış möcüzəsidir. Bunu görmək üçün körpənin doğuş əsnasında etdiyi hərəkətləri sırasıyla araşdıraq: Körpə əvvəl başını önə doğru əyər. Çənəsi sinəsinə dəyməkdədir. Bu ananın ləyən sümüyünün içindəki doğuş kanalına başını soxması deməkdir. Məhz bu sırada doğuş sancıları başlayar. Rəhmin hər sıxılmasıyla yəni hər doğum sancısıyla birlikdə körpə çıxışa bir az daha irəliləyər. Sonra başını sağa çevirər. Bu hərəkət yastı olaraq davam edən doğum kanalına başının uyğunlaşma təmin edəcəyi tək hərəkətdir. İrəliləyən dəqiqələrdə sağa çevrili başını yuxarı doğru qaldırar. Saçlı dərisi artıq çıxışda görünmüşdür. Əvvəl alını, üzü və çənəsi çıxar. Bütün başının çıxması isə ən asanıdır. Çünki kəlləni meydana gətirən sümüklər bir-biriylə qaynamamışdır. Bu sayədə bir-birlərinin üzərində sürüşərlər. Beləcə kəllə doğuş kanalının şəklini asanlıqla alar. Buna görə bir çox körpə doğulduğunda və həyatının ilk həftələri boyunca yanlardan basıq və yuxarı doğru uzanmış güllə şəklindəki başıyla maraqlı görünüşə malikdir. (Körpələrin kəllə sümükləri doğumdan aylar sonra bir-birlərinə qaynamağa başlayar, bu səbəblə uzun müddət başlarının təpə qismində yumşaq, sümüksüz bölgə olar.)

Görüldüyü kimi, həm ana rəhminin quruluşu, həm körpənin kəllə quruluşu, həm də doğum əsnasında göstərdiyi davranışlar, bir-birinə tam uyğunluq içindədir. Xüsusi hazırlanmış olduğu açıqca aydın olan bu uyğunluq, insanın doğumunun Allahın idarəsindəki möcüzə olduğunu göstərər. Necə ki, Quran ayəsində bu hadisəyə belə diqqət çəkilməkdədir:

 

“Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq...” (Həcc surəsi, 5)

 

Bu möcüzəvi doğuş hadisəsində, Hürriyyət Elmin iddiasının əksinə, insan beyninin böyüklüyü səbəbiylə yaşanan problem də yoxdur. Körpələrin kəllə sümüklərinin hələ qaynamamış olması, doğuşu asanlaşdırar.

 

İNSAN BEYNİNİN BÖYÜKLÜYÜNÜ SEÇMƏZ

Hürriyyət Elmin yazısındakı ən mənasız iddia isə, “insanoğlunun böyük beyinə sahib olmağı seçdiyi”nin irəli sürülməsidir. İnsanın bu məqsədlə çətin doğumu olduğu kimi məntiq qurulmuşdur. Halbuki, beyin böyüklüyü istəyə bağlı deyil. İnsanın, sahib olacağı beyin üzərində tənzimləmə etməsi də ola bilməz. Bununla birlikdə doğum mərhələləri üzərində körpənin ya da ananın bir qənaəti də yoxdur. Təbii seleksiya kimi şüursuz müddətlər də belə bir seçimdə rol oynaya bilməz.

 

HÜRRİYYƏT ELM JURNALININ BAŞ QARIŞIQLIĞI

Hürriyyət Elm jurnalındakı yazının son dərəcə ziddiyyətli olan iddiası isə, meymunların doğuşunun insana görə daha asan (və daha üstün) olduğunu izah edib, sonra da buradan “meymundan insana təkamül” ssenarisinə vəsait tapmağa çalışmasıdır.

Halbuki, haqqında danışılan vəziyyət, təkamül nəzəriyyəsinə doğrudan tərs düşməkdədir. Bilindiyi kimi, təkamül nəzəriyyəsi, fərqli bioloji strukturlar içində daha üstün (həyata şansı yüksək) olanların seçiləcəyi və digərlərini ələyəcəyi fərziyyəsinə əsaslanır. Bu, darvinizmin ən fundamental fikridir. Bu vəziyyətdə, əgər meymunların doğuşu insanlara görə daha üstündürsə, təkamül nəzəriyyəsinə görə meymunlar insanları seçməlidirlər!

Hürriyyət Elm isə, meymunların doğuşunun (kəllələrin kiçikliyi səbəbiylə) insana görə daha asan və üstün olduğunu izah etməkdə, sonra da bunu təkamül nəzəriyyəsinə bağlamağa çalışmaqdadır. Bir başqa deyişlə, təkamül nəzəriyyəsinin əleyhində olan bir dəlili, sanki lehində kimi göstərməyə çalışmaqdadır.

Hürriyyət Elm jurnalının rəhbərliyinin, əgər mövzunu ön mühakiməsiz və ağıllı olaraq qiymətləndirsələr, bu ziddiyyəti fərq edəcəklərini ümid edirik. Ümid edilər ki, bu kimi çürük məntiqlərlə təkamül təbliğatı etməyə çalışmaq yerinə, ağılın yolunu seçər, yəni insanın və canlıların yaradılmış olduğu gerçəyini qəbul edərlər.