Vətən qəzetinin 22 yanvar 2003-cü il tarixli sayında “Qarışqa yeyən insanlara qohum çıxdı” başlıqlı xəbər nəşr olundu. Yazıda, qarışqa yeyənlərin ilk insanlara bənzər genetik xüsusiyyətlər daşıya biləcəyi irəli sürülür və bu nöqtədən yola çıxılaraq insan ilə qarışqa yeyənin ortaq atadan təkamülləşdiyi iddia edilirdi.
Eyni tarixli Milliyyət qəzeti də “böyük atamız qarışqa yeyən çıxdı” başlığı ilə eyni iddianı təkrarlayırdı. Hər iki qəzet, elmi baxımdan heç bir konkret dəlilə əsaslanmayan bu izahı həyəcanla mənimsəmiş görünürdü. Milliyyət qəzeti qarışqa yeyənə “ata” deyərkən, Vətən qəzeti “Bunu da görəcəkdik” şəklində başlıqdan istifadə edirdi. Agentliklərdə keçən təkamül xəbəri daha, elmi dəlillər işığında qiymətləndirilmədən nəşrə yetişdirilmiş və bir təkamül uydurması elmi xəbər kimi xalqa təqdim edilmişdi.
Hürriyyət qəzeti isə 1 fevral 2003-cü il tarixli Hürriyyət Elm əlavəsində bənzər bir yanılmanı dilə gətirdi. “Plasentalı məməlilərin atası yer donuzudurmu?” başlıqlı yazıda, yenə təkamül təbliğatı edilirdi.
Halbuki, hər üç qəzet də yanılmaqdadır. Ortada təkamül nəzəriyyəsini dəstəkləyən tapıntı yoxdur. Bu yazıda gerçəyi qısaca izah edəcəyik.
Əsassızlıqlarla dolu təsnif etmə
Bu qəzetlərin verdiyi xəbər, Kembrig Universitetindən Fengtang Yang başçılığında bir qrup tərəfindən reallaşdırılan və PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında nəşr olunan araşdırmaya əsaslanır.1 Araşdırmacılar daha çox Afrikada yayılmış olan Afroteria üst dəstəsinin Tubulidentata (qarışqa yeyən) və Proboskidea (fillər) dəstəsindən canlıların genlərini müqayisə etmişlər.
Elm adamlarının araşdırdığı Afroteria, əslində təkamül nəzəriyyəsi lehində deyil əleyhində bir nümunədir; çünki təkamül nəzəriyyəsi uyğun olaraq icra edilən genetik taksonomi (təsnif etmə) işlərinin əsassızlığını göstərməkdədir. Bu üst dəstə əslində tamamilə nəzəridir və son illərdə genetik analizlərin sürət qazanmasıyla yaradılmışdır. Canlılar arasında yalnız genetik bənzərliklərə əsaslanaraq hazırlanmış xəyali kateqoriyadır. Bu üst dəstə içində qurulan qohumluq əlaqələri isə olduqca qəribədir. Məsələn, fillər sirenlərlə bu dəstənin içindəki qohumlar olaraq qəbul edilməkdədir, halbuki sirenlərin həyat sahəsi və şəkli fildən tamamilə fərqlidir. Ayrıca anatomiyaları arasında (təməl məməli dizaynı xaricində) heç bir bənzərlik yoxdur. Təkamülçülərin hər iki canlıya qohum göstərdiyi bir başqa canlı da kiçik ağqarın ağdişdir ki, yaradılan dəstənin nə cür məcbur etmə olduğunu göstərən başqa nümunədir.
Afrotheria üst dəstəsinin daxil olduğu plasentalı məməlilərin mənşəyi isə təkamülçülər baxımından daha da müzakirəlidir. “Nature” jurnalının redaktoru Henry Geenin ifadə etdiyinə görə, plasentalı məməlilərin təsnif edilməsində, DNT və molekulyar bənzərlikləri təməl alan təkamülçülərlə, anatomik bənzərlikləri təməl alan təkamülçülər, bir-birləriylə tamamilə zidd görüşlər müdafiə etməkdədirlər.2
Çünki plasentalı məməlilər görünüş baxımından olduqca geniş müxtəliflik göstərərlər. Məsələn, ağqarın ağdişlər mavi balina bir plasentalı məməlidir. Bir etobur olan aslan ilə delfin və balinalar eyni kateqoriyaya daxil edilməkdədirlər. Bir-birinin qohumu olaraq göstərilən bu fərqli canlıların hamısı da, əslində bir-birləriylə heç əlaqələri olmadan, xüsusi strukturlarıyla birdən ortaya çıxmışlar. Fosil qeydləri bunu sübut etməkdədir.
Görüldüyü kimi, bu təsnif etmələrin həqiqi zəmini yoxdur. Ən əhəmiyyətlisi genetik müqayisə etmələrlə yola çıxaraq sözdə ortaq atayla əlaqədar çıxarmalar etmək, elmi yanaşma deyil. Bu əsassızlıqlar qarışqa yeyənlə əlaqədar müqayisə etmə işində diqqətə çarpan şəkildə görülməkdədir.
Təkamülçülərin ön mühakiməli tutumu
Sözdə ataların araşdırıldığı genetik analizlərin ən çürük yanlarından biri, ön mühakimələrə söykənən olmalarıdır. Bu cür araşdırmalar edən təkamülçülər, araşdırmaya başlayarkən ortaq təyin edilən varlığı mövzusunda ön hökmlüdürlər. Qarışqa yeyən araşdırmasının lideri Prof. Robin Terence, BBC televiziyasına etdiyi şərhlərdə ön mühakimələrini açıqca ortaya qoymaqdadır:
“Zaman içində geri gedəcək olsanız bütün məməlilərin bir ortaq atası vardır əslində.”3
Terence BBC-də nəşr olunan bir başqa şərhində də, etdikləri işin “geriyə doğru çıxarma”dan ibarət olduğunu bu sözləriylə ifadə etmişdir:
“Yaşayan növlərin xromosomlarına baxıldığı və geriyə doğru çıxarmalar olduğunda, qarışqa yeyən, primitiv xromosom xüsusiyyətlərinin bir çoxunu qorumuş görünür.”4
Bu ön mühakimə, genetik bənzərliklərin şərh olunmasında da açıqca özünü müəyyən edər. Təkamülçülər, araşdırdıqları canlıların ortaq atası olduğuna dair heç bir konkret dəlil olmadan yola çıxmışlar. Həm də əldəki bütün tapıntıları, bu doqmanı dəstəkləyə bilmək üçün səhv və tərəfli şəkildə şərh edirlər. Məsələn, araşdırdıqları canlıların genlərində rast gəldikləri xüsusiyyətlərin ortalamasını götürərlər. Sonra da xüsusiyyətləri ortalamaya ən yaxın olan canlının, ortaq ataya ən yaxın olduğunu elan edərlər. Terencenin araşdırmasında da araşdırılan canlıların genetik xüsusiyyətlərinin ortalaması alınmış və bu ortalamaya ən yaxın genetik xüsusiyyətləri qarışqa yeyənin daşıdığı görülmüşdür. Daha sonra da var olduğu fərz edilən xəyali ortaq təyin edilən, qarışqa yeyənə bənzər canlı olduğu qəbul edilmişdir. Bu ön mühakiməli çıxarma, avtobusla motorsikletin “ortaq ata”dan gəldiyini fərz edib sonra da bu “ata”nın avtomobil olduğunu iddia etmək kimidir. (Halbuki gerçəkdə bu üç fərqli quruluş da ayrı-ayrı hazırlanmışdır.)
Növlərdəki xüsusi molekullar keçidi rədd etməkdədir
Molekulyar və genetik bənzərliklərin təkamüllü əlaqə dəlili olaraq irəli sürülməsinin məntiqsizliyi ortadadır. Çünki canlılar arasındakı molekulyar müqayisə etmələr araşdırıldığında, bunların ortaya təkamül cədvəli qoymadığı görülməkdədir. Tam əksinə təkamül nəzəriyyəsinə görə bir-birləri ilə çox yaxından əlaqəli olduğu iddia edilən canlıların molekulyar səviyyədə çox fərqli olduqları ortaya çıxmaqdadır.
Bir molekulyar bioloq olan və darvinizmə gətirdiyi tənqidlərlə tanınan Prof. Michael Denton bu gerçəyi belə vurğular:
“Molekulyar səviyyədə, hər canlı sinifi, xüsusi, fərqli və digərləriylə əlaqəsizdir. Bu səbəbdən molekullar, eyni qalıqlar kimi, təkamülçü biologiya tərəfindən uzun zamandır axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir… Molekulyar səviyyədə heç bir orqanizm bir başqasının “atası” deyil, digərindən daha “primitiv” ya da “inkişaf etmiş” də deyil… Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl var olsaydı… orqanik təkamül düşüncəsi heç bir zaman qəbul görməyə bilərdi.” (5)
Ortaq genetik xüsusiyyətlər ortaq dizaynın işarəsidir
Bu mövzuda təkamülçülərin (və təkamülü müdafiə edən xəbərlərə yer verən qəzet və televiziyaların) göz ardı etdikləri bir başqa əhəmiyyətli nöqtə isə, şəxsən genlərin varlığının təkamül nəzəriyyəsini çürütmək üçün kafi olduğudur. Çünki gen, sahib olduğu kompleksliklə, həyatın təsadüf əsəri olmadığının, yaradıldığının açıq dəlillərindən biridir.
Genlər son dərəcə kompleks məlumat saxlama modullarıdır. İnsan DNT-sində 1.000.000 ensiklopediya səhifəsini dolduracaq qədər məlumatın yer aldığı hesablanmışdır. Bu yüksək yığma tutumuna qarşı, DNT son dərəcə kiçikdir. Gözlə görülməsi mümkün olmayan bir hüceyrənin daha kiçik olan nüvəsində yerləşir. DNT elə xüsusi bir dizayna malikdir ki, tək bir insan hüceyrəsində 3 metr qatlanmış şəkildə DNT var. DNT-dəki məlumatın, məlumatı saxlayan əsas düzülməsinin və qatlanan sarmalın təsadüflərlə ortaya çıxmış olması qeyri-mümkündür. Həm də DNT-də öz özünü təmir edə bilən bir sistem də vardır. Bu sistem hüceyrə bölünməsi əsnasında meydana gələ biləcək nüsxələmə səhvlərini izləyər və təmir edər. DNT-dəki kompleks dizayn və təmir sisteminin tək izahı şüurlu dizayn, yəni yaradılışdır.
Canlı növlərində görülən ortaq genetik bənzərliklər eyni şüurlu dizaynın əsəridir. Elektronikada fərqli istifadə sahələrinə sahib, fərqli dizaynda cihazların təməldə bənzər çiplərdən meydana gəlməsi kimi, fərqli növ canlıların DNT-lərində bənzər düzülmələr, hətta bənzər genlər vardır. Amma çiplər təsadüfən meydana gəlməmişdir, genlər də. Bu qüsursuz nizam aləmlərin Rəbbi olan Allahın yaratmasıdır.
Nəticə
Vətən, Milliyyət və Hürriyyət qəzetlərində yer verilən təkamül ssenarilərinin elmi dayağı yoxdur. Genetik müqayisə etmə analizləriylə əlaqədar ön mühakimələr, təkamülçülərin öz ifadələrində də açıqca görülməkdədir. Həm də genetik müqayisələrlə yaradılan təkamül ağacları son dərəcə əsassız əlaqələr ortaya qoymaqdadır. Anatomiyanı təməl alan təkamül ağacıyla, genetikanı təməl alan ağac bir-birlərindən tamamilə fərqlidir. Bütün bunlar genetik müqayisələrdən çıxarılan ortaq ata tezislərinin nə qədər əsassız olduğunu ortaya qoymaqdadır. DNT-dəki mükəmməl dizayn ələ alındığında isə canlıların ortaq atadan təsadüflə törədikləri iddiası “gülünc” qalmaqdadır.
Vətən, Milliyyət və Hürriyyət qəzetləri artıq bu elmi gerçəkləri görməli, hər yeni elmi tapıntını təkamül dəlili zənn etməkdən xilas olmalı və kor-koranə təkamül təbliğatından imtina etməlidirlər.
1) “Reciprocal chromosome painting among human, aardvark, and elephant (superorder Afrotheria) reveals the likely eutherian ancestral karyotype”, PNAS, 24 yanvar 2003,
http://www.pnas.org/cgi/reprint/0335540100v1
2) “Shaking the Family Tree”, Henry Gee, 1 fevral 2001, http://www.nature.com/nsu/010201/010201-11.html
3) “Great Uncle Aardvark?”, 20 yanvar 2003, http://news.bbc.co.uk/2/hi/science/nature/2676377.stm
4) “Great Uncle Aardvark?”, 20 yanvar 2003, http://news.bbc.co.uk/2/hi/science/nature/2676377.stm
5) Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 290-291