30 avqust 2007-ci il tarixində “Science Daily” internet saytında nəşr olunan xəbərdə, düşmənə kimyəvi maddə püskürdərkən kəhrəba içində qalmış əsgər böcəyi mövzu edilirdi. Bu fosil 100 milyon il əvvələ aid idi və bu böcəklər və onların kimyəvi təchizatları ilə əlaqədar olaraq əhəmiyyətli məlumatlar verir, bu mövzuda deyilən təkamülçü ssenariləri etibarsız edirdi.
Mövzuyla əlaqədar şərhi edən Oreqon Əyalət Universitetindən fəxri zooloji professoru və eyni zamanda kəhrəba içində qorunmuş uzaq həyat formaları mövzusunda dünyanın qabaqda gələn mütəxəssislərindən biri olan Corc Poinar mövzunu bu şəkildə açıqlamaqdadır:
“Hücuma uğramış tarix əvvəli böcəyiniz var, düşməni sovuşdurmaq üçün müdafiə etməsini istifadə edir və bütün hadisə bir ağacdan suyun axması ilə tutulur. Bu olduqca qeydə dəyər hadisədir.”1
Kəhrəba içində saxlanmış bu hadisə təkamül nəzəriyyəsinin çöküşü mövzusunda da əhəmiyyətli dəlil təşkil etməkdədir. Poinar bu vəziyyəti belə ifadə etmişdir:
“Bu xüsusi böcəyin indi nəsli tükənmiş vəziyyətdə. Lakin əsgər böcəklərinin daha geniş familiyası hələ yaşayır və onlar hələ də eyni tipdə kimyəvi müdafiə etmə mexanizmi istifadə edirlər. Bu tərz bir müdafiə etmənin 100 milyon illik (sözdə) təkamül müddətində qorunmuş olması mexanizmin çox yaxşı çalışdığının dəlilidir.” (vurğu bizə aiddir)
Əlbəttə, bu sözlərdə mövzu edilən “təkamül müddəti” ifadəsi, darvinist fərziyyənin gərəyidir. Təkamülçü Poinar, belə bir mexanizmin 100 milyon il əvvələ əsaslandığını heyrətlər içində ifadə etməkdə və 100 milyon il əvvəl heç bir ara mərhələ keçirmədiyini, tam mənasıyla çalışan mükəmməl sistem olduğunu vurğulamaqdadır. Bu vəziyyət, təkamül nəzəriyyəsinin heç bir şəkildə reallaşmadığının əhəmiyyətli dəlilidir. Böcəklərin təcavüzkarlardan qorunmaq üçün istifadə etdikləri kimyəvi maddə püskürtmə mexanizmi mükəmməl sadələşdirilə bilməz komplekslik nümunəsidir. Sistemin ara mərhələlərlə meydana gəlməsi qeyri-mümkün olduğu kimi, bunu göstərən fosil qeydi də yoxdur. Tam əksinə, fosil qeydləri, bu nümunədə olduğu kimi bu fövqəladə mexanizmin 100 milyon il əvvəl də eyni şəkildə funksiya gördüyünü göstərməkdədir.
Poinar bunu belə açıqlamaqdadır:
“Bu böcək potensial düşmənlərə narahat edici gələn yapışqan kimyəvi maddə çıxara bilir və onların qaçmasını və ya özündən uzaqlaşmasına təmin edirdi. İfrazatlarını da mühafizə edə bilir və müdafiə etmənin istiqamətini idarə edə bilirdi. Bir başqa deyişlə, əgər hücumun gəlmə istiqaməti sol arxa tərəfdən idisə, bu maddəni yalnız sol arxa tərəfindən çıxarırdı.”
Bu əskiksiz və ağıllı sistem, canlının həyatda qala bilməsi üçün əhəmiyyətli və lazımi sistemdir və bunun qüsursuz şəkli ilə 100 milyon il əvvəldə var olması, təkamül nəzəriyyəsinin bütün iddialarını çökdürmüşdür. 100 milyon il, təkamül nəzəriyyəsinə görə əsgər böcəklərinin belə var olmaması lazım olan bir dövr olaraq qəbul edilməkdədir. Bu tarix, darvinistlərin bu böcəklərin xəyali təkamülü ilə əlaqədar ssenarilərini 60 milyon il geriyə aparmaqdadır.2
Bu yeni fosil tapıntısı, təkamül nəzəriyyəsinin saxta iddialarını bir daha, bir çox baxımdan ortadan qaldırmış vəziyyətdədir. Böcəklərin sadələşdirilə bilməz komplekslikdəki mükəmməl xüsusiyyətləri və sahib olduqları sadələşdirilə bilməz komplekslikdəki təchizatları milyonlarla il əvvəldə də bugünkü şəkli ilə mövcuddur. Bu səbəbdən təkamülün yaşanmadığına dair əldə edilən bu tapıntı da nəzəriyyəni tam mənasıyla torpağa basdırmışdır.
Bu, əlbəttə, tək bir nümunə deyil. Təkamül nəzəriyyəsi, olan hər fosil qeydi ilə yenidən çökməkdədir. Canlıların heç dəyişməməsi, bütün təchizatlarıyla birlikdə milyonlarla il boyunca eyni qalmaları, milyonlarla il əvvəldən komplekslik sərgiləmələri, fosil qeydlərindən təkamülə tək bir dəlil belə çıxmaması artıq təkamül lehinə müdafiə olunacaq heç bir şey olmadığını açıqca göstərməkdədir. Canlılar, milyonlarla il əvvəl də bu gün olduğu şəkildə, bugünkü görünüşləriylə, bugünkü müdafiə etmə sistemləriylə yaşamaqda idilər. Bu gerçək, canlıların Yaradıcımız olan Allah tərəfindən yoxdan yaradıldıqlarını açıqca göstərməkdədir.
Nəticə
Xəyali darvinist mexanizmlərin etibarsızlığı genetika elminin kəşfindən sonra açıqca aydın olmuşdur. Fosil qeydləri isə, mükəmməl quruluşda kompleks canlıları və ya günümüz canlılarının nümunələrini vermişdir. Hal-hazırda təkamül nəzəriyyəsinin yapışa biləcəyi, mövzu edilə biləcəyi vəziyyət yoxdur. Çünki lehində tək bir dəlil belə olmayan təkamül nəzəriyyəsi, ortaya çıxan bu gerçəklər qarşısında qəti olaraq məğlubiyyətə düçar olmuş və etibarsız qılınmış vəziyyətdədir. Artıq təkamülçü elm jurnallarının və internet saytlarının da qəbul etməyə başladığı kimi, qalıq izləri günümüzə çatan canlılar təkamül ilə əlaqədar bütün fərziyyələri etibarsız hala gətirmişdir. Vəziyyət belə ikən hələ təkamülün müdafiəçiliyini etmək, olmayan müddəti varmış kimi göstərmək elmə və elmi dürüstlük anlayışına sığmamaqdadır. Canlılar yoxdan var olmuşlar, Uca Rəbbimiz olan Allahın mükəmməl əsərləridirlər. Elmi dəlillər bunu açıqca göstərməkdədir.