Darvinistlər, olmayan təkamül dəlillərini zamanın ortaya çıxaracağı gözləməkdə idilər, ancaq böyük xəyal qırıqlığı ilə qarşılaşdılar. Fosil qeydləri, yalnız yaşayan fosil nümunələrini verməklə qalmadı, xəyali təkamül ağacını ortadan qaldıran əhəmiyyətli dəlillər də təqdim etdi. Homo habilis ilə homo erektusun eyni dövrdə, birlikdə yaşadıqları, bu səbəbdən bir-birlərinin atası ola bilməyəcəyi gerçəyinin ortaya çıxması və bunun kimi xəyali təkamül zamanlamasını pozan saysız qalıq, təkamül nəzəriyyəsinin bütün iddialarını ortadan qaldırdı. Buna bir başqa nümunə də, 80 milyon il əvvəlinə aid kəhrəba və onun içində daşıdığı tozcuq ilə birlikdə fosilləşmiş arı idi. Arının daşımaqda olduğu tozcuqlar isə səhləb çiçəyinə aid idi.

orkide 2

“Science Daily” internet saytında nəşr olunan “Nature” qaynaqlı xəbərə görə kəşf edilən kəhrəba, səhləb çiçəklərinin, darvinistlərin iddialarının əksinə, 76 ilə 84 milyon il əvvəl bu günki hallarıyla var olduqlarını göstərməkdədir. Yetişdiyi bölgənin müxtəlif xüsusiyyətləri səbəbiylə daha əvvəl fosil qeydlərində heç bir iz buraxmamış olan səhləb çiçəklərinin təxminən 84 milyon il əvvəl yer üzündə var olduğunun və bundan əlavə arıları istifadə edərək tozcuqlaşma kimi ortaq həyat sisteminin eyni günümüzdəki şəkli ilə reallaşmaqda olduğunun ortaya çıxması, təkamül nəzəriyyələri baxımından böyük çıxılmaz vəziyyət meydana gətirmişdir.

Bu xəbərdə tozlanma mexanizminin bu günki şəkli ilə reallaşmaqda olduğu, eyni zamanda onlarla milyon il qədər əvvəl tozcuq çıxaran səhləb çiçəyinin tam olaraq tipi və şəklinin təyin oluna bildiyi ifadə edilməkdədir. Bu vəziyyət, səhləb çiçəklərinin günümüzdəkilərdən fərqsiz olduqlarını, günümüzdəkilərlə eyni üsulları istifadə edərək tozlandıqları və çoxalma sistemlərinin də heç bir şəkildə təkamül keçirmədiyini ortaya qoymaqdadır.

 

Eyni xəbərdə, bu nümunədən yola çıxaraq səhləb familiyasının əhəmiyyətli qollarının yaşının da təxmin edilə bildiyi, buna görə səhləb çiçəyinin yaşının, darvinistlərin gözlədiklərindən daha çox  əvvələ söykəndiyi aydın olduğu ifadə edilməkdədir. Bu səbəbdən səhləb çiçəyinin xəyali təkamül sxemindəki yeri, yerlə bir olmuş, bununla əlaqədar bütün təkamülçü iddialar etibarsızlaşmışdır. Bir başqa deyişlə, olan bu fosil nümunəsi bir çox istiqamətdən təkamül nəzəriyyəsinə zərbə vurmuş vəziyyətdədir və ən bilinən təkamül yanlısı nəşrlər olan “Nature” və “Science Daily” bu gerçəyi açıqca qəbul etməkdədirlər.

 

Olan hər yeni fosil, təkamül iddialarına bir-bir böyük zərbələr vurmaqdadır. Və Allahın yaratdığı hər detal, yer üzündə qüsursuz və böyük yaradılışı təqdim edərkən, darvinistlər davamlı olaraq bu detallar qarşısında izahsız qalmaqda, sanki nəzəriyyənin ölümünü elan edən nəşrlər etmək məcburiyyətində qalmaqdadırlar. Üzərindəki tozcuq ilə birlikdə qalıqlaşmış arının varlığı, tək başına böyük möcüzədir. Allah onu bu günə qədər mühafizə etmiş və səhləb çiçəyin də, arıların da milyonlarla ildir dəyişmədiklərini, aralarındakı mükəmməl əlaqənin milyonlarla il əvvəl də eyni şəkildə var olduğunu gözlər önünə sərmişdir. Bu dəlil ilə, darvinistlərin, alt-üst olan saysız təkamül ssenarisi kimi, səhləblərin xəyali təkamülü və arılarla səhləblərin bir-birlərinə xəyali adaptasiyaları ilə əlaqədar uydurulan təkamülçü ssenarilər də alt-üst olmuş vəziyyətdədir. Bu fosil tapıntısı qarşısında bir əsrdən çox zamandır müdafiə edib dayandıqları mövzuyla əlaqədar iddiaların heç bir etibarlılığı qalmamışdır. Canlıların milyonlarla illik dəyişməzlikləri və onların günümüzdəkilər ilə eyni şəkildə yaşadıqlarının ortaya çıxması, darvinizmi əslində çoxdan ortadan qaldırmış, yox etmişdir. Nəzəriyyənin gündəmə gətirilməsinin tək səbəbi, az saydakı darvinizm tərəfdarının bunu görməməzlikdən gəlməyə çalışmasıdır.

 

Nəticə:

Fosil qeydlərinin bizlərə saysız nümunə ilə göstərdiyi gerçək, canlıların milyonlarla il boyunca heç bir şəkildə dəyişməmiş olduqlarıdır. Ayrıca fosil qeydləri yeni ortaya çıxan tapıntılarla, xəyali təkamül ağacını tamamilə ortadan qaldırmaqdadır. Darvinistlərin canlıların xəyali təkamülünə dair tarix vermələri, yeni olan fosillərlə birlikdə həmişə səhv olmaqda və bu xəyali tarixlər, nədənsə davamlı olaraq geriyə çəkilməkdədir. Nə var ki, ən qədim dövrlərə aid olan fosillər də, günümüzdəki canlılar ilə eynidir. Darvinistlərin artıq bu gerçəkləri məntiqli qiymətləndirmələri və xəyali təkamül tarixləri davamlı dəyişdirməyə çalışmaq yerinə, təkamülün olmadığını qəbul etmələri lazımdır. Heç bir elmi dəlillə təsdiqlənməyən təkamül nəzəriyyəsi, elmi dəlillərlə davamlı olaraq yalanlanmaqdadır. Təkamülçülər bu gerçəyi görməli və artıq buna görə davranmalıdırlar.