Xüsusilə son illər, nəzəriyyələrinin çöküşü səbəbiylə böyük hüsran içində keçirən darvinistlər görəsən niyə özlərini təkidlə hörmətdən salırlar? Bütün oyunları ifşa edilmiş, təbliğat və demaqoqluq ilə aldatma üsulları insanlara elan edilmiş, tək bir ara fosil belə olmadığı dəlilləriylə açıqlanmış, 300 milyon fosilin nəzəriyyəni ortadan qaldırdığı isbat edilmiş və ən əhəmiyyətlisi tək bir zülalın meydana gəlməsini belə açıqlaya bilmədikləri açıqca ortaya qoyulmuş olmasına baxmayaraq, eyni iddiaları nəyə əsaslanaraq yenidən gündəmə gətirə bilirlər?
Australopitekus sediba haqqındakı iddialara cavablar
Görəsən, darvinistlər insanların artıq bu kimi iddialara gülüb keçdiklərinin, özlərinin isə kiçik düşdüklərinin fərqindəmi deyildirlər? Şagirdlərin məktəblərdə təkamül nəzəriyyəsini lağ etdiklərini, müəllimləriylə bu mövzuda müzakirələrə girdiklərini və üstün gəldiklərini görməməzlikdənmi gəlirlər? Görəsən, həqiqətən, təkamülün yerlə bir olduğunu bütün açıqlığıyla öyrənmiş olan insanları bu üsullarla hələ aldada biləcəklərinimi ümid edirlər? Görəsən, son dərəcə aciz olan bu üsullarla “hələ məğlub olmadıq” mesajımı verməyə çalışırlar?
Məğlub olmadıqlarına özlərini inandırmaq üçün məşğul olan darvinistlərə çağırış
Darvinistlər əslində başlarına gələni tam olaraq anlayırlar. Əhatəli və qəti məğlubiyyətlə məğlub olduqlarını çox yaxşı bilirlər. Ancaq onlar hal-hazırda yalnız “bir şey olmadı ki” fəlsəfəsini yaşayırlar. Əslində məğlub olmadıqlarına özlərini inandırmaq istəyirlər və üstəlik başqa insanların da buna inanacaqlarını ümid edirlər.
Lakin yanılırlar. Hədəfləri nə olursa olsun darvinistlər, saxta nəzəriyyələri adına ortaya çıxdıqca davamlı olaraq kiçik düşürlər. Son günlərdə isə ölkəmizdəki bir neçə həmişəki təqibçisi ilə birlikdə darvinist nəşrlər, Australopitekus sedibaalarak “əlimizdə homo habilis fosili var” deyə gündəm meydana gətirməyə çalışırlar. İşin maraqlı tərəfi əvvəllər yayımlarında fosil skeletini (və ya tapdıqları kiçik sümüyü) nəşr edib, əslində mükəmməl canlını təmsil edən və heç bir ara forma xüsusiyyəti göstərməyən bu qalığı hiyləli ifadələrlə ara forma kimi göstərməyə çalışan darvinistlər, bu dəfə bir fosil göstərməyə belə ehtiyac duymamışlar. Həm də adı çəkilən darvinist nəşrlərdə fosili tapan elm adamlarının səssizliklərini qoruduqları və fosil haqqında detal vermədikləri açıqca ifadə edilir. Lakin buna baxmayaraq, adı çəkilən darvinist nəşrlərdə bütün detallarıyla meymun adam artıq çəkilib. Darvinistlərin tək bir donuz dişindən və ya bir kiçik barmaq fosilindən xəyali meymun adam fiqurunu ailəsiylə təsvir etməsi onsuz da kifayət qədər heyrətverici ikən bu dəfə əldə heç bir fosil olmadan ortaya meymun adam çıxarmaları həqiqətən də şok edicidir. Cənubi Afrikada tapıldığı iddia edilən bu xəyali fosil üzərindən edilən fərziyyə isə 150 ildir darvinistlər tərəfindən davam etdirilən nəticəsiz, saxtakarca və artıq darıxdırıcı olmağa başlayan siyasəti təkrar gözlər önünə sərir. Təbliğat yenə eyni saxta terminlərlə bəzənmiş xəbər başlıqlarıyla sürüyür: Xəyali qalıq sözdə “təkamülə işıq tutur”, xəyali fosil “uzun zamandır axtarılan itkin halqa”, xəyali fosil “insanlığın beşiyi”, xəyali fosil “insanlıq tarixini yenidən yazacaq”… adlandırırlar.
Xatırlanacağı kimi bu ifadələr illər əvvəl,
- Şok edici elm saxtakarlığı olaraq tarixə keçən Piltdovn adamı,
- Tək bir donuz dişindən törədilən Nebraska adamı,
- Tam mənasıyla bir insan, hətta yalnız kiçik uşaq olduğu aydın olan Turkana uşağı,
- Bir meymundan başqa bir şey olmadığı darvinist nəşrlər tərəfindən belə açıqca etiraf edilən Lucy,
- Mikrosefali xəstəliyi keçirdiyi üçün kiçik beyin həcminə sahib insan olduğu qəti elmi dəlillərlə isbat edilən Homo florensis (hobbit),
- Açıq və ictimai şəkildə lemur olmasına baxmayaraq, insanın ən əhəmiyyətli atası olaraq utanmadan önə sürülən və darvinistlər tərəfindən üzr istənilərək haqqındakı bütün fərziyyələr geri çəkilən İda və,
- Son olaraq da dik yeriyən kompüterli animasiyanı hər yerdə nəşr olunduqdan sonra “bağışlayın, səhv etmişik, meymunmuş” deyə tələm-tələsik geri alınan Ardı üçün də istifadə edilmişdi.
Daha doğrusu, darvinistlərin belə böyük hay-küylə gündəmdə tutmağa çalışdıqları (burada sayılan və ya sayılmayan) hər fosil, onlara daim böyük hüsran gətirdi. İnsanlara isə darvinist saxtakarlıqların necə asan, israrla, laqeydcə və biganə təlqin edildiyini göstərdi.
Darvinistlərin hələ eyni üsullarla özlərini hörmətdən salmağa çalışmaları həqiqətən, təəccüblüdür. Lakin əlbəttə bu, daha əvvəl də bir çox yazımızda ifadə etdiyimiz kimi, darvinist cəbhədəki böyük çaxnaşmanın, ciddi narahatlığın, əhatəli acizlik duyğusunun, məğlub olmuşluğun və çarəsizliyin ifadəsidir. Darvinistlərin, son çırpınış olaraq belə aciz üsullara müraciət etmələri gözlənilən şeydir. Elmi dəlilin olmadığı yerdə əgər bir saxtakarlıq müdafiə olunursa, ortaya hörmətdən salan və demaqoq izahlardan başqa bir şeyin çıxması mümkün deyil.
Tək bir ədəd ara fosil olmaması darvinizmin sonudur
İndiki vaxtda 300 milyondan çox fosil vardır. Bu fosillərin biri belə ara forma deyil. Darvinistlərə görə milyardlarla, hətta trilyonlarla olmalı olan xəyali ara formalardan əsər əlamət yoxdur. Təkrarlamaq lazım olsa, BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR. Hal-hazırda İda kimi, Ardı kimi, haqqında fərziyyə edilən digər fosillər kimi bu fosil də darvinistlərin bu sıralar tək dayaq nöqtəsi olan hay-küy üsuluna alət edilmişdir. Fosil haqqında detal verilə bilməməsinin tək səbəbi belə bir fosilin ya heç olmaması, ya da yalnız bir meymundan ibarət olmasıdır. Onsuz da bu xəyali fosil haqqında hər hansı məlumat verildiyi təqdirdə, saxta iddialara mütləq Allahın icazəsiylə hər zamanki kimi elmi cavablar veriləcək. Saxtakarlığın ortaya çıxarılması və buna qarşı elmin göstərdiyi dəlillərin ortaya qoyulması daim çox asan olmuşdur. Təkamül heç yaşanmadığı üçün ediləcək tək şey bu mükəmməl fosil üzərində edilən saxtakarca fərziyyələrin ifşa edilməsi və fosil haqqındakı elmi gerçəklərin ortaya qoyulmasıdır. İndiyə qədər Harun Yəhya əsərlərinin darvinizmi etibarsız etməsi, darvinistləri bütün dünya səviyyəsində təəccüblü və dəhşətli məğlubiyyətə düçar etməsi, Allahın icazəsiylə bu qəti, dəqiq və müzakirə edilməz elmi dəlillər vəsiləsiylə reallaşmışdır.
İki milyon illik olduğu iddia edilən bu fosil ilə əlaqədar detal verilmədiyindən və fosilin homo habilisə aid olduğu iddia edildiyindən, homo habilis saxtakarlığının üzərində dayanmaq və bu canlıların soyu tükənmiş meymunlardan başqa bir şey olmadığını xatırlatmaq yerində olacaq. Daha əvvəlki homo habilis iddialarını çürüdən olduqca əhatəli yazılarımız mövcuddur.
Darvinizmi yıxmaq üçün tək bir zülal kifayətdir. Tək bir zülalın meydana gəlməsini belə açıqlaya bilməyən darvinistləri təkrar düşünməyə dəvət edirik
Bilindiyi kimi, darvinist fərziyyələr davamlı olaraq bu sətirlərdə etibarsız qılınmaqdadır. Lakin uzun zamandır təkrarladığımız və darvinizmi təməlindən, özündən çökdürüb yox edən əsl gerçəyi burada təkrar xatırlatmaq lazımdır.
O da, DARVİNİSTLƏRİN TƏK BİR ZÜLALIN YARANMASINI BELƏ AÇIQLAYA BİLMƏMƏLƏRİDİR. Darvinistlərin etdikləri və ya edəcəkləri bütün fərziyyələrə hər vaxt olduqca əhatəli cavablar veriləcək, verilməkdədir də. Lakin belə yalanlara yönəlmədən əvvəl darvinistlərdən gözlənilən YALNIZ TƏK BİR ZÜLALA ŞƏRH GƏTİRMƏLƏRİDİR. Bu sətirlərdə bu çağırış dərhal hər yazımızda dəfələrlə edilmişdir. Lakin darvinist cəbhədə hər vaxt olduğu kimi bir səssizlik hakimdir.
Darvinistlər, hələ həyatın başlanğıcını açıqlaya bilməzkən, saysız zülal saxlayan bir canlının qalığı üzərindən fərziyyə etməyi buraxmalıdırlar. Əvvəlcə haqqında hekayələr çıxardıqları bu xəyali homo habilisin zülalını izah etsinlər. Çarəsizlikdən artıq “zülalları yadplanetlilər yaratdı” deyəcək qədər irəli gedən darvinistlər, əgər bu azğın və hiyləli nəzəriyyəni müdafiə etməyə davam edəcəklərsə, saxtakarlıqları bir kənara buraxmalı, tək bir zülalın öz nəzəriyyələrinə görə necə meydana gəldiyini, gerçək, elmi, məntiqli və doğru dəlillərlə bunu göstərməlidirlər. Darvinistlər əgər hələ təsadüflərdən ümid edir, hələ də fövqəladə komplekslikdəki həyatın, fövqəladə komplekslikdəki ən kiçik parçası qarşısında belə susqun və çarəsiz qalırlarsa; bu vəziyyətdə bəzi insanların, xəyali “homo habilis”, “insanın atası”, “itkin halqa” yalanlarına inanmaları, bu hekayələri ciddi qəbul edib bunda məntiq axtarışları ciddi yanılma olacaq.
Bunu təkrar xatırlatmaq lazımdır ki, bu günə qədər zülalın varlığını açıqlaya bilməyən darvinistlər üçün bundan sonra hər şey çox daha çətindir. Zülalın ən kiçik parçasında kəşf edilən komplekslik, zülalın detalları araşdırıldıqca daha da artmaqdadır və ən əhəmiyyətlisi TƏK BİR ZÜLALIN VAR OLA BİLMƏSİ ÜÇÜN MÜTLƏQ BAŞQA ZÜLALIN VARLIĞI LAZIMDIR. Bundan əlavə, hüceyrə içindəki daha böyük strukturlar, zülaldan daha çox kompleksdir və hamısı zülalların varlığını tələb edir. Məhz bütün bunlar, DARVİNİZMİ TƏMƏLİNDƏN ÇÜRÜDÜB YOX ETMƏKDƏDİR. Bu səbəbdən hər kəsin, darvinist nəşrlərdə saxtakarca fərziyyələrlə qarşılaşdıqlarında, bu yalanı bu istiqamətiylə qiymətləndirməlidirlər.