Türker Alkanın Radikal qəzetində 14 oktyabr 2007-ci il tarixindəki yazısı “Öyrəşdiyimiz dünyanın sonu” başlığını daşıyırdı. Yazıda, kvant fizikasından bəhs edilir və kvant mexanikasının kəşfi ilə ortaya çıxan gerçəklər mövzu edilirdi. İndiyə qədər bildiyimiz klassik fizika qaydalarının xaricində yeni nəticələr ortaya çıxaran kvant fizikasını Alkan, öyrəşdiyimiz dünyanı dəyişdirən bir ünsür olaraq təyin edirdi. Və kvant fizikasının ortaya qoyduğu gerçəklərə görə də, elmin materializmi yox etdiyini yazısında açıqca ifadə edirdi.

İlk olaraq 1900-cü ildə Maks Plank tərəfindən ortaya atılan və daha sonra detalları kəşf edilən kvant mexanikasına görə, işıq və atom altı parçacıqlar, müşahidə edilənin xaricində fərqli hərəkət şəklinə daha sahibdirlər. Buna görə atom altı parçacıqlar, eynilə işıq kimi, müşahidə edildiklərində parçacıq olaraq görünməkdə, lakin müşahidə edilmədiklərində dalğa xüsusiyyəti göstərməkdədirlər. Bu səbəbdən fərqli yerlərdə ola bilməkdə və klassik parçacıq hərəkətlərini tərk edərək dalğa şəklində yayıla bilməkdədirlər. Bu kəşf materialistlərin “mütləq şəkildə var olan maddə” iddialarını tam mənasıyla ortadan qaldırmaqda, maddəni meydana gətirən ən kiçik strukturların maddədən fərqli xüsusiyyət göstərdiklərini ortaya qoymaqdadır. Maks Plank Fizika İnstitutu rəhbəri Prof. Hans-Peter Dürr, bu vəziyyəti bu sözlərlə açıqlamaqdadır:

 

Maddə hər nə isə, maddədən yapılmamıştır.1

(Geniş məlumat üçün baxın: Darvinin açmazı ruh, Harun Yəhya)

 

1920-ci illərdə məşhur fiziklər kvant mexanikasının Kopenhagen Şərhi olaraq adlandırılan uzlaşmaya gəldilər. Buna görə çöldəki dünya ilə əlaqədar bizim məlumatlarımız, yalnız təxminlərdən ibarət olur, çöldəki həqiqəti tam mənasıyla əks etdirmirdi. Buna görə bizlər, hisslərimiz yoluyla xarici dünyaya aid məlumata sahib olurduq, lakin çöldəki əsl həqiqətin bizim məlumatımızı təmsil edib etmədiyi mövzusu ilə əlaqədar heç bir iddia edə bilməzdik. Xarici dünya bizim hisslərimizdən fərqli ola bilərdi, çünki bizlər xarici dünya ilə heç bir zaman ünsiyyətdə ola bilmirdik.

Oreqon Universiteti Nəzəri Elmlər İnstitutu fizika professoru Amit Qosvami, bu gerçəyi belə izah edir:

 

Məsələn, biz Aya baxdığımızda, onun klassik olaraq hesablanmış orbitində olmasını gözlədiyimiz yerdə görərik. Təbii olaraq, biz ona baxmasaq belə, zaman-məkan anlayışı içində Ayın mütləq orada olduğunu zehnimizdə hazırlayarıq. Kvant fizikası isə buna “yox” deyər. Biz Aya baxmadığımızda, hər nə qədər çox kiçik miqdarlarda da olsa, Ayın ola biləcək dalğaları yayılar. Biz ona baxdığımızda, dalğa dərhal sönər və dalğa artıq zaman məkan anlayışı içində olmaz. İdealist metafizik fərziyyəsi ifadə etmək daha aydın olacaq: Əgər ona baxan şüurlu adam yoxdursa, zaman məkan anlayışı içində heç bir obyekt yoxdur.2

 

Kvant fizikası, təqdim etdiyi kəşflər nəticəsində, Nyuton fizikasının şərtsiz olaraq gətirdiyi ən fundamental anlayışı, mütləq maddə anlayışını ortadan qaldırmışdır. Maddə, materialistlərin iddia etdikləri kimi mütləq və sonsuz deyil. Maddə əzəli və əbədi olmadığı kimi, ətrafımızda gördüyümüz varlıqlar da bir atom yığını deyildirlər. Kvant fizikasına görə maddə, materialistlərin heç hesaba qatmadığı ölçülər içində xüsusiyyət dəyişdirmiş və maddənin təməlinin yalnız bir enerji şəkli olduğu elmi olaraq sübut edilmişdir. Materializm, kvant fizikasının göstərdiyi gerçəklər ilə elmi mənada qəti olaraq çökmüşdür.

Türker Alkanın yazısında bu gerçəyə diqqət çəkmiş və kəşfləri hələ də sürən kvant mexanikasının, bir çox istiqamətdən materializmə son verdiyini etiraf etmişdir:

 

Kvant fizikasının düşündürdüyü bir neçə nöqtə əhəmiyyətlidir. Birincisi, kainatın “birliyi” fikri ki, bizi Şərq fəlsəfəsinin minlərlə il əvvəl söylədiyi düşüncələrə geri aparmaqdadır.

İkincisi, ənənəvi “materialist” düşüncəyə qarşı, “idealizmin” dəstək tapdığı bir kainatı təsvir etməkdədir ki, kimsə fizikadan belə bir nəticə gözləməzdi, bu tərs küncdən qol yemək kimi bir şey oldu.

Üçüncüsü, elmi işlərdə “sağlam fikrin” nə qədər yetərsiz qaldığı gözlər önünə sərilməkdədir.3

 

Materializmin elm qarşısında çökməsinin nəticələri

Materializmə görə maddə mütləqdir və materialistlərin əzəli və əbədi olaraq düşündükləri bu dünyada məqsədsizlik hakimdir. Bütün varlıq və hadisələr təsadüflərin əsəridir və dolayısilə bu xəyali başıboş sistemin bir parçası olan insan da məqsədsiz və məsuliyyətsizdir. Məhz materializm, bu yanlış ideologiyaları insanlara təlqin edərək onları Allahın və axirətin varlığına inanmaqdan saxlamağa, onları məsul və məqsədli olaraq dünyada olduqları gerçəyindən uzaqlaşdırmağa çalışar. Bir başqa deyişlə materializm bəhanəsinə sığınılaraq etmək istənən, əslində Allahın mütləq varlığını və Allahın yaratmasını rədd etməyə insanları sürüyə bilməkdir. (Allahı tənzih edirik.)

Materialistlərə zərbə isə, bəlkə də ən çox güvəndikləri sahədən, elmdən gəlmişdir. 20-ci əsr elminin materializmi ortadan qaldırmasıyla bu yanlış ideologiyanın bütün iddiaları sona çatmış, bütün aldatmacaları elmi olaraq etibarsızlaşmışdır. İnsanın xarici dünya olaraq görüb duyduğu şey, yalnız hissləriylə əldə etdiyi məlumatdır. Bu səbəbdən çöldəki maddənin əslinə çata bilmək, onun qəbul etdiyimizin xaricində bir görünüşünün olub olmadığını bilmək qeyri-mümkündür. İnsan, yalnız sahib olduğu “ruh” ilə duyğuları vasitəsiylə özünə gələn məlumatları anlaya bilər, qavraya bilər, şərh edə bilər. Bu səbəbdən insan, bir atom yığını deyil. Kainat əzəli və əbədi deyil, bir başlanğıcı və bir sonu vardır. Və kainatın heç bir nöqtəsində, materialistlərin iddia etdiyi şəkildə “məqsədsizlik” hakim deyil. Bütün kainat və bunun içindəki hər varlıq, bir məqsəd uğuruna var edilmişdir.

Bunların hamısının isə göstərdiyi tək bir nəticə vardır: Kainatın hər nöqtəsində yaradılmışlıq hakimdir. Yaradılan əsərlər isə, çox daha üstün gücün, Yaradıcının varlığını göstərər. O Yaradıcı, bütün aləmləri qucaqlayıb əhatə etmiş olan, bütün varlıqların Rəbbi olan Uca Allahdır. Allah bir ayəsində belə buyurur:

 

“Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur” (Bəqərə surəsi, 255)

 

Nəticə:

Türker Alkanın bu yazısı, elmi inkişafların göstərdiyi gerçəklərin tərəfsiz olaraq ifadə edilməsi baxımından böyük əhəmiyyət daşımaqdadır. Elmi kütlələrin və yazıçılarımızın, elmin materializmi çökdürdüyü gerçəyini daha sıx gündəmə gətirmələri və mövzudan uzaq kəsləri məlumatlandırmaları əhəmiyyətlidir. Materialist yalanın və ondan güc tapan darvinizm yalanının bir an əvvəl sona çatması, insanları daha çox aldada bilməməsi lazımdır. Bunun üçün sağlam fikir sahibi, gerçəkləri gündəmə gətirəcək məlumat sahibi kəslərin insanları işıqlandırması həyati əhəmiyyət daşımaqdadır. Materializm, elmi olaraq qəti olaraq çökmüşdür və artıq heç bir həyat sahəsi qalmamışdır. Artıq, Allahın icazəsiylə, insanları aldada bilməyəcək.

 

 

1) Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

2) Amit Qosvami, The Self-Aware Universe “How Consciousness Creates the Material World”, Tarcher / Penguin Books, 1995, səh. 59-60

3) http://www.radikal.com.tr/haber.php?haberno=235690

Whatever matter is, it is not made of matter.