images%20(1)“Elm və gələcək” jurnalının 2007-ci il noyabr sayında, “55 milyon ildən bu günə: atın hekayəsi” başlıqlı yazı nəşr olundu. Onlarla ildir davam edən xurafatın yenidən canlandırılmağa çalışıldığı yazıda, atın xəyali təkamülü xəyal gücü istifadə edilərək və geniş yer verilərək ssenariləşdirilmişdir. İlk anda mövzu haqqında məlumatı olmayan bir insanı, içindəki elmi terminlərə görə asanlıqla aldada biləcək kimi görünən bu ssenari, müxtəlif at şəkilləri və xəyali rekonstruksiyalarla bəzənmiş, oxucuya atın xəyali təkamülünün elmi təməli olduğu təəssüratı verilməyə çalışılmışdır. Lakin “Elm və gələcək” yazarlarının gözardı etməyə çalışdıqları bir həqiqət vardır. Artıq darvinistlərin təkamülü təlqin edən üsulları ilə aldada biləcəkləri oxucu kütləsi qalmamışdır. Qaldı ki, atın təkamülü ssenarisi, xüsusilə, 20-ci əsrin ortalarından etibarən saxtalığı və etibarsızlığı çox açıq şəkildə ortaya çıxmış ssenaridir. Normal şəraitdə dəfələrlə əsassızlığını açıqladığımız bu iddiaya təkrar cavab vermək elə də vacib deyil. Lakin bu yazıda diqqət çəkən, illərdir insanları aldadan at silsilələri hekayəsinin etibarsızlığının “Elm və gələcək” tərəfindən üstü bağlı da olsa dilə gətirilməsi və yeni ssenarilərlə insanları aldatmağa davam etdirilməsidir.

 

Darvinistlər, böyük məntiq çöküntüsü və çarəsizlik içində, indiyə qədər tək bir dəlil belə gətirə bilmədikləri təkamül hekayələrini, köhnə darvinist taktikalarla yaşatmağa çalışırlar. Təkamül nəzəriyyəsinin əsl üzünün açıldığı, yaşayan fosillər həqiqəti ilə insanların təkamülün yaşanmadığını anladıqlarını qəbul edə bilmirlər. Darvinistlər artıq aldada biləcəkləri cahil və məlumatsız kütlənin olmadığını, insanların təkamüllə əlaqədar qarşılaşdıqları hər məlumatı araşdırdıqlarını və təkamülün yalan olduğunu anladıqlarını ya görmür ya da görmək istəmirlər. Məhz bu səbəbdən köhnə darvinist təbliğat və aldatma üsullarının hələ də keçərli olacağını zənn etməkdə, heç bir elmi dəlil gətirmədən, yalnız bir canlının guya təkamülü haqqında səhifələrlə yazı yazmağın yetərli olacağını düşünürlər. Ancaq iş işdən keçmişdir. Darvinizm artıq dünyanı aldada bilmir.

 

At təkamülü iddiası böyük saxtakarlıqdır

53(2)XVIII əsrin köhnə məlumatı ilə inkişaf etdirilməyə başlanılan at silsilələri hekayəsi, get-gedə böyüyən əhatəsinə və get-gedə azalan dırnaq sayına görə sıralanan canlılara əsaslanırdı. Bu sıralamada, canlıların anatomiyası, fiziologiyası, yaşadıqları dövr kimi prioritet mövzular ikinci plana atılmış, elmi dəlil təqdim etməyə ehtiyac belə duyulmadan (bu mövzuyla əlaqədar darvinistlərin gətirə biləcəkləri tək bir elmi dəlil belə yoxdur), yalnız ortaya insanların yaddaşlarında qalacaq və təkamülə səbəb olan silsilə çıxarmaq hədəfə alınmışdı. Zaman irəlilədikcə, yeni ələ keçirilən fosillər qarşısında bu at silsiləsi sxemi şübhəli hala gəlməyə başlamış və buna görə təkamülçülərin silsiləyə davamlı dəyişikliklər etmələri lazım idi.

Bu uydurma silsilə, fosillərə, ələ keçən paleontoloji məlumatlara və elmi inkişaflara uyğun hala gətirilməyə çalışılır və bu səbəblə də davamlı ziddiyyətlər yaradırdı. Ortada təkamül bir dəlil deyil, folqası ortaya çıxdıqca şəkil dəyişdirən, açıq aldatma vardı. (Mövzuyla əlaqədar ətraflı məlumat üçün: http://www.harunyahya.org/evrim/birzamanlar/birzamanlar11.html)

 

Xəyali at silsiləsinin əsassız və mənasız fosil yığınına çevrilməsi uzun sürməmişdir. Artıq bu iddia, elm dairələrinin əsassızlığını çox yaxşı bildiyi, ədəbiyyatdan çıxarılmış saxta iddiadır. BBC televiziyası sabiq elm redaktoru Qordon Rattray Taylor, bu silsilə mövzusundakı ziddiyyətləri və təkamülü dəstəkləyən heç bir dəlil olmadığını belə ifadə edir:

 

Bəlkə də, darvinizmin ən ciddi zəifliyi, paleontoloqların, orqanizmlərin inandırıcı filogenezlərini və ya seriyalarını böyük təkamül dəyişmələri ortaya qoyacaq şəkildə göstərməkdəki uğursuzluqlarıdır… At, ümumiyyətlə, yaradılmış tək nümunə olaraq xatırlanır. Ancaq əslində Eohippusdan Equusa olan sxem çox nizamsızdır. Ölçülər davamlı artım iddiasındadır, ancaq həqiqət budur ki, bəzi variantlar Eohippusdan daha kiçikdir, daha böyük deyil. Fərqli qaynaqlardan nümunələr ətrafda inandırıcı bir sıra meydana gətirəcək şəkildə toplanıla bilər, ancaq bunların zaman içində bu şəkildə, həqiqətən, sıralandığına dair heç bir dəlil yoxdur.1

 

Dünyanın ən məşhur muzeylərindən biri olan Amerika Təbiət Tarixi Muzeyindən təkamülçü paleontoloq dr. Niles Eldrik isə, şəxsən öz muzeyində nümayiş etdirilən at seriyaları ilə bağlı təkamülçü iddiaların yalnız fantaziyadan ibarət olduğunu, təxminən, 20 il əvvəl qəbul etmişdir. Eldrik bu abstrakt sıranın dərs kitablarına girəcək şəkildə elmi həqiqət olaraq həqiqət kimi göstərilməsini tənqid etmişdir:

 

Etiraf edirəm ki, dərs kitablarına narahatlıq yaradacaq qədər çox şey sanki həqiqətmiş kimi girdi. Məsələn, bunun ən məşhur nümunəsi, 50 il əvvəl hazırlanmış və hələ də aşağı mərtəbədə nümayiş etdirilən atın təkamülü sərgisidir. Bu, saysız dərs kitabında müzakirəsiz həqiqətmiş kimi göstərilmişdir. İndi bu mənə vicdan əzabı verir, çünki bu cür hekayələri ortaya atan insanların onların (fosillərin) bir hissəsinin abstrakt təbiətindən şəxsən özlərinin xəbərdar olduğunu düşünürəm.2

 

Darvinistlər belə təkamül tarixində atın təkamülü ardıcıllığını bir utanc vəsiləsi olaraq görərkən, “Elm və gələcək” jurnalının köhnə hekayəni təkidlə ayaqda tutmağa çalışması, açıq çarəsizlik göstəricisidir. Təkamülçülər təkidlə müxtəlif at növlərinin adlarını sıralayaraq, nəsli kəsilmiş at növlərini ara forma kimi göstərməyə çalışaraq, atların atası ilə əlaqədar hekayə kitablarını xatırladan üslubla ssenarilər quraraq bu saxtakarlığı elmi qəlibə soxmağa çalışırlar. Halbuki at, digər bütün canlılar kimi, təkamül keçirməmiş, bir anda, bugünkü xüsusiyyətlərinə sahib olaraq ortaya çıxmışdır. XIX əsrdən bəri bu canlı üçün qurulmağa çalışılan ssenarilər həmişə darvinistlər baxımından uğursuzluqla nəticələnmişdir. Fosil qeydləri, darvinizmə meydan oxumuşdur və hələ də meydan oxumağa davam edir.

 

45 milyon illik yabani at fosili və darvinistlərin hüsranı

Əslində “Elm və Gələcək” jurnalının və digər bütün darvinist qaynaqlı nəşrlərin son zamanlardakı çırpınışları, darvinizmin bütün dünyada ağır məğlubiyyətə uğramasından, fosil qeydlərindəki milyonlarla yaşayan fosilin nümayişindən və darvinizmin saxtakarlıq olduğunun bütün insanlığa bildirilməsindən qaynaqlanır. Yaşayan fosil sərgiləri, bütün dünyaya yayılan Yaradılış Atlası silsilələri darvinist dairələrin artıq çıxış yolu olmadığını, insanları aldatamayacaqlarını və nə saxtakarlıq etsələr də darvinizm yalanını davam etdirə bilməyəcəklərini təmin etmişdir. Bütün dünyanın təkamülün yalandan ibarət olduğunu anlaması, tanış darvinist təbliğat üsullarının etibarsız qalacağının göstəricisi olmuşdur. Bu, darvinistlərin məhvidir; çünki 1.5 əsrdir təkamül nəzəriyyəsini davam etdirmələrini tuta bilmələrinin tək səbəbi bu təbliğat üsulları olmuşdur.

kafataslari-yabani-at-kafatasi 591x421

Necə ki, atın təkamülü ssenarisi də, bu yaşayan fosil nümunələri ilə məhvə uğramış iddiadır. Bütün darvinistlərin, necə ki, “Elm və Gələcək” jurnalının də iddia etdiyi saxta atın təkamülünün başlanğıc nöqtəsi, 55 milyon il əvvəl, atdan başqa hər şeyə bənzəyən, iri pişik ya da it görünüşündə olan və boyunun yüksəkliyi təxminən 10-20 sm. olan xəyali canlıdır (Hirakoterium). Halbuki at, fosil qeydlərinin göstərdiyi həqiqətə görə, 45 milyon il əvvəl ortaya çıxmış və indiki xüsusiyyətlərə sahib olaraq yaşamışdır. Arxasında dəyişən fosillər olmayan keçid forması yoxdur. Fosil üzərində, indiki vəhşi atlarından fərqli olan heç bir şey yoxdur. Canlı heç bir şəkildə təkamül keçirməmiş, fosil qeydlərində bugünkü görünüşüylə birdən ortaya çıxmış, heç bir dəyişikliyə uğramamışdır. Uca Allahın yaratdığı şəkli ilə milyonlarla il əvvəl mövcud olmuşdur. Məhz illərdir bir yük şəklində insanlara qəbul etdirilməyə çalışılan atın təkamülü saxtakarlığına vurulmuş ən böyük zərbə budur. Tək bir fosil, bir yalanı insanlara həqiqətmiş kimi göstərməyə çalışan darvinistlərə meydan oxuyur. Bundan əlavə, burada mövzu olan tək bir fosil deyil. Atın xəyali təkamülünü və insan daxil bütün canlıların xəyali təkamülünü inkar edən fosillər milyonlarcadır. Bunların yalnız kiçik bir qisminin ortaya çıxmasından doğan çaxnaşma darvinistləri köhnə iddialarını təkrar-təkrar gündəmə gətirməyə məcbur edir. Amma darvinistlər yenə dəlilsizdirlər, böyük bir məğlubiyyətə uğramışlar.

 

Nəticə:

Bir yalan, istədiyi qədər bütün dünyanı aldatsa da, həyat müddəti məhduddur. Bu yalan, mütləq ortaya çıxacaq, mütləq açıqlanacaq. XIX əsrdən bəri dünyanı aldadan darvinizm yalanı da XXI əsrin gəlişi ilə üzə çıxmış, darvinizmin həqiqi üzü aydın olmuşdur. Darvinist elm adamlarının bu yalan üzərində təkidlə davranıb köhnə ssenariləri bəzəyərək insanlara təqdim etmək yerinə, elmi həqiqətləri və göz ardı edilməyən dəlilləri nəzərə almaları və bu yalanı davam etdirməyə son vermələri lazımdır. Ən doğrusu dürüstlük, şüur və rəftardır. “Elm və Gələcək” jurnalına da, darvinizmin qaçılmaz məğlubiyyətini qəbul edib, doğru və dürüst elm anlayışını mənimsəməsini tövsiyə edirik .

 

  • Gordon Rattray Taylor, “The Great Evolution Mystery” New York, Harper & Row, 1983, səh. 230

2) Colin Patterson, Harper”s, fevral 1984, səh.60