Ntvmsnbc.com xəbər portalında 26 oktyabr 2007-ci il tarixində cümə günü dərc olunan bir xəbər, elmdən kənar darvinizm təbliğatına bir yenisini əlavə etdi. “Əl və ayağın mənşəyi balıq üzgəcinə əsaslanır” başlıqlı xəbərdə, balıq və quru canlılarından paylaşılan bir genə əsaslanaraq təkamül nağılları çıxarıldı . Canlılar arasında paylaşılan genləri təkamül məhsulu olaraq ortaya atılma taktikasına əsaslanan bu elmdən kənar təbliğat, balıqların sudan quruya çıxıb zamanla quru onurğalılarına və insana (!) çevrildiyi hekayəsini dəstəkləməkdə istifadə edildi. Aşağıda Ntvmsnbc.com-un bu elmdən kənar iddiası cavablandırılır. Ntvmsnbc.com xəbərinə mövzu olan çalışma, “Journal of Experimental Zoology” adlı elmi jurnalda nümayiş olunan araşdırmadan meydana çıxıb. Bu çalışmada, Zerina Yohanson adlı elm adamı və qrupu, Neokeradotus olaraq məlum olan ağciyərlə balığın genləri üzərində araşdırmalar aparılmış, balığın üzgəcinin inkişafında rol oynayan zülallara diqqət etmişlər. (Zülallar, hüceyrənin elementlər olub DNA-da kodlaşdırılmış genetik plana görə çıxarılan molekullardır.) Amerikadakı Təbiət tarixi Muzeyində paleontoloq kimi fəaliyyət göstərən Yohanson, məsələ ilə əlaqədar izahlarında, araşdırdıqları zülalların, quru canlılarından əl, ayaq və qanadların inkişafında rol oynayan zülallarla bənzərlik göstərdiyini ifadə etməkdə, bu vəziyyətin, quru onurğalılarının balıqlardan təkamül keçirməsi iddiasını dəstəklədiyini iddia edir. Burada ortaq strukturları təkamül dəlili olaraq önə sürmənin yanlışlığı düşündükdə asanlıqla ortaya çıxır. Bir məqsəd istiqamətində çıxarılmış, plan ehtiva edən texnoloji strukturlar, məsələn kompüterlər, bu mövzuda işıqlandırıcı model meydana gətirirlər. Bildiyimiz kimi, dəyişik marka kompüterlər, yaddaş diskləri, prosessor, monitor kimi müxtəlif ortaq parçalar ehtiva edərlər. Bu parçalar həm funksiya, həm də quruluş olaraq bənzərliklər göstərir. Məsələn, bir-birlərindən fərqli iki markaya aid kompüterlərin monitorları, ölçü və bəzi digər xüsusiyyətlər baxımından kiçik fərqlilikləri saxlasa da təməldə eyni prinsiplərə əsaslı olaraq çalışır, bənzər texnologiyalar və quruluşlar bunlara əsaslanır. Bu da son dərəcə təbii vəziyyətdir, çünki mühəndislər onları ortaq məqsəd istiqamətində dizayn etmişlər və bu iş üçün lazımi bənzər strukturları bir yerə toplayaraq onları irəli sürüblər. Diqqət edilsə, bu işdə əldə edilən nəticələr da bu vəziyyətlə oxşarlıq təşkil edir. İstər ağciyərlə balığın üzgəci, istərsə də quru onurğalılarının əl, ayaq və qanadları; hərəkət üçün istifadə etdiyi orqanlardır və inkişafları müddətində bənzər zülalları çıxarmaları son dərəcə təbiidir. Bu zülalları çıxaran genlərlə, bu genlərin əlaqədar olduğu orqanların fərqli canlılarda oxşar olmasına baxılaraq işin təkamül nəzəriyyəsini dəstəklədiyini irəli sürmək, qətiyyən elmi olmayan bir tutumdur. Bildiyimiz kimi, təkamül nəzəriyyəsi canlılardakı bənzərliklərin heç bir plan və məqsəd olmadan, təbiətin öz içindəki proseslərin və kor təsadüflərin təsiriylə zaman içində inkişafı ehtimal edir. Bənzərliklər təsadüfi inkişafa heç bir zaman sübut yaratmırlar. Fərqli kompüter markalarında paylaşılan ortaq strukturlara baxılaraq bu kompüterlərin təsadüfən ortaya çıxdığını iddia etmək ağıla zidd olduğu kimi, canlılarda paylaşılan bənzərliklərin də məqsədsiz və şüursuz müddətdə özbaşına ortaya çıxdığını iddia etmək eyni şəkildə ağıla ziddir. Bir insan, kompüterlərin bənzərliklərinə baxaraq bunların, sahib olduqları bütün avadanlıq və proqramlarla öz başlarına meydana gəldiyini, heç bir şüurlu müdaxilə olmadan qum, dəmir tozu və kömür kimi təbii materialların zamanla bir-birinə qarışması nəticəsində ortaya çıxdığını iddia edəcək olsa, bu insanın ağlından şübhə ediləcəyi açıqdır. Əslində Ntvmsnbc.com-da elmi bir görünüşdə təbliğatı aparılan təkamülçü düşüncə bundan çox fərqli bir ssenarini müdafiə edir. Aydındır ki, təsadüf və təbiət hadisələri, təbii vəsaitləri bir-birinə qarışdıraraq kompüter ortaya çıxarmayacağı kimi, son dərəcə kompleks bioloji sistemlərlə təchiz edilmiş balıqlar meydana gətirə bilməz, bunları quruya çıxarıb qurbağa, timsah, pələng, bayquş və insan kimi canlılara çevirə bilməz. Buna görə Ntvmsnbc.com-un “əl və ayağın mənşəyi balıq üzgəcindən meydana gəlib” təbliğatı etibarsızdır. Bu iddia, heç bir elmi dəlillə dəstəklənməyən, ağıla tamamilə zidd ssenarinin, materialist ön mühakimələrə görə mənimsənilib xalqa elmi görünüşdə təqdim edilən nağıldan ibarətdir.
Ntvmsnbc.com-un oxucularından gizlətdiyi həqiqət: Neokeradotus yaşayan fosilləri və təkamülü təkzib edir
Ntvmsnbc.com, Neokeradotus balığıyla əlaqədar bu işi xəbər verərkən tərəfli davranmış, balığın təkamülü yalanını çox önəmli bir xüsusiyyətini oxucularından gizlətmişdir. Neokeradotus fosil qeydlərində 100 milyon il qədər tarixi olan bir balıqdır və canlının ən qədim fosil nümunələriylə müasir nümunələri arasında anatomik olaraq fərqlilik yoxdur. Başqa sözlə, Neokeradotus yaşayan fosildir və milyonlarla il ərzində heç bir dəyişiklik keçirməyib. Bu dəyişməzliyin göstərdiyi kimi, bu balıq soyunun dəyişiklik keçirib qara onurğalılara çevrildiyini düşünmək üçün də heç bir elmi dəlil yoxdur.
Ntvmsnbc.com yalnız, dünyagörüşü olaraq mənimsədiyi darvinizmin nağıllarını, onları ilk qəbul etmiş olaraq bəzi elmi terminlərlə və bu son tədqiqatlardan istifadə edərək Ntvmsnbc.com-a bu elmdən kənar mövqeyinə son qoymasını, canlılardakı ortaq strukturların təkamül dəlili meydana gətirmədiyini qəbul etməsini tövsiyə edirik.