Məşhur xəbər agentliyinə “Agence France-Presse”, 12 noyabr 2007-ci il tarixdə yayımladığı bir xəbərdə, Afrika da ələ keçirilən meymun fosilinin təkamül nəzəriyyəsinə meydan oxuduğunu yazdı. Xəbərin başlığı bu baxımdan cəlb edici idi: “Rare great ape fossil challenges evolutionary theory: study (Araşdırma: Nadir tapılan iri meymun fosili təkamül nəzəriyyəsinə meydan oxuyur)”(1)

Yaxşı bəs, bu fosil nədir və təkamül nəzəriyyəsinə hansı baxımdan meydan oxuyur? Yaponiyadakı Kyoto Universitetindən Yutaka Kunimatsu və iş yoldaşları 2005-ci ildə Keniyada bəzi meymun fosilləri tapdılar. Qismən bir meymun alt çənəsiylə 11 ədəd dişdən meydana gələn fosillərin yaşının, indiki zamandan 9.9-9.8 milyon il geriyə getdiyini uzandığını hesabladılar. Fosillər üzərindəki araşdırmalarını tamamlayan tədqiqat qrupu, əldə etdiyi nəticələri Amerikan elm jurnalı PNAS-da nəşr etdilər.(2)

Fosillər Keniyanın Nakal bölgəsində tapıldığı üçün və qazıntı işləri müddətində həyatını itirən Yapon geoloq Nakayamanın xatirəsinə, Nakalipitekus Nakayama olaraq adlandırıldı. Fosili əhəmiyyətli edən xüsusiyyəti, aid olduğu dövr və tapıldığı yer idi. Fosillərin yaşı, fərziyyədən başqa heç bir dəlilə əsaslanmayan insanın təkamülü ssenarilərinin ən qaranlıq dövrünə uyğun gəlir. Təkamülçülər genetik analizlər üzərində qurduqları xəyali ssenarilərində insanla şimpanze arasındakı təkamül ayrılmanın müasir dövrdən 6-7 milyon il əvvəl, qorilla ilə insan arasındakı xəyali təkamül ayrılmanın isə bir neçə milyon il daha əvvəl baş verdiyini fərz edirlər. Ancaq Gec Miyosen dövrü olaraq tanınan bu dövrə aid iri meymun fosili demək olar ki, yox dərəcəsindədir. Bununla bərabər, 22 milyon il əvvəl başlayan Miyosen dövrünün əvvəlində və ortasında, Afrikada yaşayan çoxlu sayda meymun növünün varlığı da fosillər haqqında bir həqiqətdir. Miyosenin sonundakı bir neçə milyon illik fosil boşluğu, paleontoloqlara çoxlu sayda iri meymun növünün Afrikada soyunun tükənmiş ola biləcəyini düşündürən bir həqiqət olaraq dayanır. Bunu, iri meymunların Gec Miyosendə Avrasiyada məşhur olaraq yaşadığını göstərən fosil dəlillərlə birləşdirən təkamülçü paleontoloqlar iri meymunların guya təkamül müddətində Afrikada ortaya çıxdıqlarını, burada çoxaldıqlarını və Avrasiyaya köç etdiklərini iddia edirlər. Bu ssenariyə görə Afrikada qalan iri meymunların nəsli kəsilmiş və ancaq milyonlarla il sonra Avrasiyadan qayıdan iri meymunlar sayəsində Afrika, yenidən bu canlıların yaşadığı bir qitəyə çevrilmişdir. Və yenə yalnız xəyal gücüylə qurulan bu ssenariyə görə, insanlar və sözdə ən yaxın qohumları olan şimpanze və qorilla, Afrikaya qayıdan bu meymunlardan təkamül keçirmiş olmalıdır. Məhz Nakalipitekus Nakayama fosili, Afrikadakı fosil boşluğu dövrünə aid olduğu üçün təkamülçülərin bu ssenarisi əleyhinə dəlil meydana gətirir. Buna görə mətbuatda, mövcud təkamül nəzəriyyələrinə meydan oxuduğu şəklində xəbərlər yer almışdır. Bununla yanaşı, Afrika mənşəli və ya Avrasiyadan köçə əsaslanmış olsun, insanın iri meymunlardan təkamül keçirməsi nəzəriyyələri naməlum olaraq qalmaqda davam edir. Bununla yanaşı elm adamları bu tapıntılarla qəti mühakimə yürütməyin də mümkün olmadığını da vurğulayır. Manti “bu nəzəriyyəni dəstəkləmək üçün müxtəlif mövqedə daha başqa fosillər tapmamız lazımdır” deyərək fosilin onlara heç bir dəlil vermədiyini elan etmiş olub. Təkamülçülərin itkin halqa çarəsizliyi Nakalipitekus Nakayama ilə əlaqədar xəbərlərə baxıldığında, bəzi yayın orqanlarının bu tapıntının təkamül nəzəriyyəsinə meydan oxumasından çox insan, şimpanze və qorilla üçün son ortaq ata ola biləcəyini vurğuladıqları görünür. Məsələn, Efluxmedia.com saytı, xəbəri “The Researchers May Have Found the Missing Link (Tədqiqatçılar itkin halqanı tapa bilərlər)” başlığıyla verir. Bu tapıntının bir itkin halqa olaraq göstərilməsi təkamül nəzəriyyəsi adına dəstək qazanması deyil, çarəsizlik göstəricisidir. Təkamülçülər, xəyali təkamül prosesini fasiləsiz zəncir olaraq qəbul etməkdə və yaşamış hər canlının keçmişdə yaşamış xəyali ortaq atalar bağıyla bir-biriylə əlaqəli olduğunu düşünürlər. Buna görə, tapdıqları hər canlı fosilini bu xəyali təkamül zəncirinin bir halqası olaraq izah edirlər. Bir canlının fosili, özündən sonra yaşamış başqa canlı qrupunun anatomiyasına yaxın xüsusiyyətlər daşıyırsa, təkamülçülər bunu dərhal ortaq ata mövqeyinə yüksəldir, bunun bir itkin halqa ola biləcəyi nağılını izah etməyə başlayırlar. Fosillərin miqdarından, keyfiyyətindən və məruz qaldıqları qərəzli şərhlərdən xəbərsiz olan ümumi xalq isə, elm adamlarının təkamül nəzəriyyəsinə dəlil tapdıqlarını fikirləşib aldanırlar. Halbuki tapılan fosillərin itkin halqa olaraq təqdim edilməsi, ən başda, elmdən kənar tutumdur. “Nature” jurnalının redaktoru və eyni zamanda paleontoloq olan Henri Qii, 1999-cu ildə “In Search of Deep Time” başlıqlı kitabında bunları yazır: Jurnalistlər və başlıq yazarlarının, ataları tapma axtarışları və itkin bağların kəşfi ilə bağlı dörd bir yanda davam etdirdiyi axmaqlıqla müqayisədə bunu öyrənmək çaşdırıcı gələ bilər:

 

Bir çox professional paleontoloq, canlılığın tarixini ssenari və hekayələrə əsaslanaraq araşdırırlar və təkamül tarixin hekayə izahat şəklini, elmdən kənar olmasına görə otuz ildən çox müddət əvvəl tərk etmişlər.(3)

 

Bir fosilin itkin halqa olaraq təyin olunması, başqa fosillərə təkamül meyarları baxımından güclü əlaqə və keçidlər verdiyi üçün deyil, nəzəriyyələrini saxlamaq yolunda təkamülçülərin əsaslanacaqları budaq tapmaq cəhdindən qaynaqlanır. Amerika Təbiət Tarixi Muzeyindən Qaret Nelson, itkin halqa olaraq irəli sürülən xəyali meymun atalar haqqında belə etiraf tapılmışdır:

 

“Bizim bəzi atalara sahib olmamız lazımdır. Bunları seçək”. Niyə? “Çünki bilirik ki, orada bir yerdə olmalıdırlar və əlimizdəkilər də ən yaxşı namizəddirlər.” [Fosillərin itkin halqa anlayışıyla əlaqələndirilməsi] böyük miqyasda bu şəkildə reallaşmışdır. Şişirtmirəm.(4)

 

Elm adamları Nakalipitekus Nakayamanın sahib olduğu dişlərdən bu növün yalnız yemək yemə vərdişi haqqında məlumat sahibi ola bilərlər. Bunun xaricində necə göründüyü və ya davrandığına dair məlumata sahib deyildirlər. Dişlərdəki mina təbəqəsinin qalınlığı, bu canlının qabıqlı yemiş, toxum və meyvə kimi sərt qidalarla bəsləndiyinə işarə edir. Tədqiqatçılardan Yutaka Kunimatsu başqa bir təxminin çətinliyini belə ifadə edir:

 

Fərz edək ki, bir neçə insan dişi sizə verilsin və bu insanın nəyə bənzədiyini təxmin etməyiniz istənilsin. O insanın dərisi ağdımı, qaradımı yoxsa ikisi arasındadırmı? O, qısa və ya uzun boyludurmu? Kökdür yoxsa arıqdırmı? Gözləri mavidirmi yoxsa qaradırmı?

Elm adamları Nakalipitekus Nakayamanın həyat və hərəkət tərziylə görünüşü haqqında hər hansı bir şey bilmədiyinə görə bu canlını itkin halqa olaraq iddia etməyin mənasızlığı da açıqdır. Çünki hələ ortada bu canlı haqqında, digər canlılarla müqayisə ediləcək bir məlumat belə yoxdur.

 

Nəticə:

Təkamülçülərin müəmmalıqla dolu xəyali meymun ata nəzəriyyələri olan bu son fosillə bir zərbə almışdır. Bununla bərabər, tapıntının həmişəki kimi qeyri-kafi olması, təkamülçülər arasındakı müzakirələrin davam edəcəyindən xəbər verir. Bəzi yayın orqanlarında tapıntıyla əlaqədar olaraq itkin halqa kimi xarakterizə edilməsi isə tamamilə elmdən kənar yanaşmadır və təkamülçülərin çarəsizliyindən qaynaqlanır. Bu cür fosil kəşfləri xəbəri çıxdığında və itkin halqa nağılları oxunarkən bu nüansları unutmağın təkamülçü ön mühakimə və xəyal gücüylə aldatılmanın qarşısını almaq baxımından son dərəcə vacibdir.

 

 

1) Rare great ape fossil challenges evolutionary theory: study, 12 noyabr 2007, http://afp.google.com/article/ALeqM5g-BDjcKrIh9YFbsqsJiky6m2g6Nw

2) Yutaka Kunimatsuet.al, A new Late Miocene great ape from Kenya and its implications for the origins of African great apes and humans, PNAS, 16 noyabr 2007

3) “IN SEARCH OF DEEP TIME, Beyond the Fossil Record to a New Hıstory of Life”, Henry Gee, The Free Press, A Division fo Simon & Schuster, Inc. , 1999, səh. 5

4) Nelson, Gareth [Chairman and Curator of the Department of Herpetology and Ichthyology, American Museum of Natural History, New York], interview, Bethell T., The Wall Street Journal, 9 dekabr 1986, in Johnson P.E., “Darwin on Trial,” InterVarsity Press: Downers Grove Ill., Second Edition, 1993, səh. 76