32400 neandertaller_duygusal_falan_degildi_neandertalleri_de_kendileri_gibi_yapmislarSon bir genetik tədqiqatın nəticələri neandertalların eynilə müasir insanlar kimi danışıq qabiliyyətinə sahib olduğunu ortaya qoyaraq neandertalların müasir insanlardan fərqlənməyən irq olduğunu bir daha sübut etmiş oldu.

Alman və ispan elm adamları 43.000 il əvvəl ölmüş neandertal insanlarının fosillərindən çıxardıqları DNA-nı araşdırdılar. Əldə etdikləri DNA da, dil və danışma qabiliyyətiylə əlaqədar olduğu bilinən FOXP2 genini, müasir insandakı qarşılığı ilə müqayisə edən elm adamları, ikisi arasında heç bir fərqliliyin olmadığını ortaya çıxardılar.

Tədqiqat qrupunda iştirak edən və Maks Plank Təkamüllü Antropoloji İnstitutu nəzdində çalışan tədqiqatçı Cohannes Kraus, əldə etdikləri nəticəni belə yekunlaşdırır:

“FOXP2 geni baxımından qiymətləndirildiyində, neandertalların insanlar kimi danışmadığını düşünmək üçün heç bir səbəb yoxdur”(1) Elm adamları bu araşdırmanı “Current Biology” jurnalında nəşr etdilər.(2) İşə imza atanlar arasında, Maks Plank Təkamüllü Antropoloji İnstitutu nəzdində çalışan, tanınmış tədqiqatçı Stivn Paabo da iştirak edir.

Daha əvvəlki tədqiqatlarda, Paabo neandertalların mitokondriyal DNA-sını çıxarmağı bacarsa da, bu son çalışmada neandertallardan ilk dəfə nüvə DNT-sı əldə edildi. (DNT hüceyrələrimizdə həm nüvə içində, həm də mitoxondri nəzdində yerləşir. Mitoxondri, enerji istehsalından məsul orqanoiddir). Məhz araşdırılan neandertal DNT-sı, Şimali İspaniyadakı El Sidron mağarasında olan iki fərdə aid fosil əldə edildi.

FOXP2 geninin anormal versiyalarını daşıyan və adı gizli saxlanılan ingilis ailənin üzvlərinin danışıq və anlamada çətinlik çəkdiyi daha əvvəl göstərilmiş, beləcə bu genin danışmaqla əlaqədar olduğu aydın olmuşdu. İndi neandertal müasir insanı ilə eyni FOXP2 geninin tapıldığının ortaya çıxması, neandertalların də öz aralarında eynilə müasir insanlarının etdiyi kimi rahatlıqla danışmasını göstərir.

 

Tədqiqatın təkamülçü ön mühakimələrə zərbəsi

neandertal sahte(1)Təkamülçülər insanın bütün bioloji və zehni funksiyalarının təsadüfi bir müddət içində və zamanla ortaya çıxdığını düşünərlər. İnsanı və insanın tarixini izah, yaşca qədim olanın “ibtidai” olması lazım olduğu kimi bir ön mühakimə ilə məlumatları izah edər, öz doqmatik dünyagörüşləri üçün dəlillərdən sui-istifadə edərlər. İnsanla əlaqədar nə zaman paleoantropoloji bir kəşf edilsə, mövzunu həmişə “ibtidai-inkişaf etmiş” çərçivəsində yazıya almış, insanın tarixini inkişaf ssenarisi kimi qurmuşlar. Dörd ayaq üzərindəki xəyali gəzmə şəklimizi iki ayaq üzərindəki dik gəzməyə xəyali keçid; kiçik və meymunabənzər beyin həcmindən iri beyin həcminə xəyali keçid; xorultularla başlayıb minlərlə ayrı dillə davam etdirilən danışıq qabiliyyətimizi xəyali keçid kimi iddialar həmişə bu dünyagörüşünün məhsuludur və heç bir elmi dəlilə əsaslanmayan böyük bir yalandır.

Neandertallar də 1956-ci ildə ilk dəfə kəşf edildiklərində bu qərəzli dünyagörüşündən nəsiblərini almışlar, təkamülçülərə görə dizləri əyri və donqar yeriyən, yarı meymun, yarı insan görünüşlü, qəribə səslər çıxaran və kobud varlıq olaraq təsvir edilmişdir. Bu ön mühakimələrini dərs kitabları və digər nəşrlərdə tez-tez təkrarlamışdırlar ki, ingilis dilində “neandertal” sözü “kobud” sözüylə eyni mənalı olaraq yerləşmişdir.

Ancaq daha sonrakı hadisələr bir daha göstərmişdir ki, ön mühakimə və xəyal gücü heç vaxt həqiqətlərin qarşısına keçə bilməyəcək. Təkamülçülər neandertallarla əlaqədar ibtidai meymun adam hekayələrini yaradarkən, dəlillərin naməlum və az olmasından istifadə etmiş, bunlar arasındakı boşluqları öz fərziyyələriylə doldurmuşlar.

Paleoantropoloji kəşflərin bir-birinin ardınca gəlməsiylə yanaşı, təkamülçü nağıl danışanların istifadə etdiyi bu məlumat boşluqları azalmağa, neandertalların qaranlıqda qalan üzü getdikcə meydana çıxmağa başlamışdır. Və fosil qeydlərindən əldə edilən məlumatlar nəticəsində aydın olmuşdur ki, neandertallar müasir insandan fərqsiz bir insan soyudur.

Müasir insanlara görə daha güclü sümük quruluşuna və hətta daha iri beyin həcminə sahib olan bu insanlar indiki dövrdən 250.000 il qədər əvvəl ortaya çıxmış, Yaxın Şərq, Asiya və Avropada yayıldıqdan sonra 30.000 il əvvəl sirli bir şəkildə nəsli kəsilmişdir.

Təbiəti davamlı qarşıdurma sahəsi və güclünün zəifi yox etdiyi bir rinq olaraq şərh etmək meylində olan darvinistlər, anatomik olaraq müasir quruluşa sahib irqlər tərəfindən (homo sapiens) aradan qaldırılması lazım olduğu düşüncəsini ortaya atmışlar. Bu darvinist ssenarinin əsas fərziyyələrindən birisini də, homo sapiensin mədəni və zehni olaraq üstün olduğu iddiası yaratmışdır. “National Geographic”, “Discovery Channel” kimi sənədli filmlərdə, neandertal-homo sapiensin bir-birlərini ilk dəfə gördükləri anlar təsvir edilmiş, bu qarşılaşmalarda neandertallar donquldanan ibtidai canlılar olaraq canlandırılarkən homo sapienslər çox gözəl danışa bilən, dik və məğrur, düzgün görünüşlü insanlar olaraq göstərilmişdir. Məhz bu son genetik iş, daha əvvəl əldə edilən saysız dəlilin göstərdiyi kimi, bu təkamül tələləri reallıqdan nə qədər uzaq olduğunu ortaya qoymuşdur. Kaliforniya Universiteti, Berkelidən antropoloq Terrense Dikon işin bu darvinist ssenariyə təsirini bu sözlərlə ifadə edir: “Bir çox tədqiqatçı, dil qabiliyyətini homo sapiensi neandertal ayıran və bəlkə də, ikincisinin aradan qalxmasına gətirib çıxaran bir xüsusiyyət olaraq görürdü. Ancaq bu yeni çalışma, bu görüşün yanlış olduğuna işarə edir”. Dikon sözlərinə bunları da əlavə edir: “Bu çalışma, danışılan dilin yaxın bir zamanda təkamül keçirməsi və homo sapiensə xas bir qabiliyyət olduğu barədəki iddialara güclü şəkildə meydan oxuyur”(4) Beləcə, son bir neçə on min ildə homo sapiensin təkmilləşdirdiyi iddia olunan dil qabiliyyətinin, daha əvvəllərə gedib çıxan və daha qədim insanların da istifadə etdiyi qabiliyyət olduğu ortaya çıxır. Bu barədə yazı yazan başqa tədqiqatçı da Oksford Universitetindən statistik genetik Qilean Mister Veandır. Mister Vean mövzuyla əlaqədar bu sözləri deyir: “Neandertalların, ölülərini basdırma ayinləri və zərgərlik ilə musiqi və sənət ehtiva edən inkişaf etmiş mədəniyyətə sahib olduqları düşünüldüyündə, bu insanların danışacaqları düşüncəsi də şişirtmə kimi görünmür. Daha qədim bəzi insan da böyük ehtimalla, dil qabiliyyətinə sahib idilər. Alət istifadəsi, ovlanma və dünyaya yayılma baxımından bu cür inkişaf etmiş olan Homo erektusu dil qabiliyyətindən məhrum düşünə bilmirəm”.(5) Darvinistlər təyin etdikləri saxta təkamül sxeminə uyğun gələcək “ibtidaidən aliyə” ssenarisi qurularkən, şübhəsiz, fosil qeydlərinin bu ssenarini yalan çıxaracağını nəzərə almamışdılar. Necə ki, bu ssenari, hər yeni dəlil nəticəsində insanın da bütün digər canlılar kimi təkamül keçirmədiyini, Allahın əmri ilə bütün mükəmməl xüsusiyyətlərə sahib olaraq yoxdan yaradıldığını göstərir. Nəticə: Bilinməlidir ki, dünyanın ən qabaqcıl neandertal mütəxəssisləri, bu insanların mədəni və anatomik olaraq müasir insandan fərqli cəhəti olmadığı qənaətinə gəlmişlər və bunu hər fürsətdə dilə gətirirlər.(6) Bu son çalışma da neandertalların müasir insan kimi danışdığını göstərməkdə, təkamülçülərin insanın tarixiylə əlaqədar izahatlarında əsas tutduqları “qədim olan ibtidaidir, hayvanidir” dünyagörüşünün elmi tapıntılar qarşısında keçərsiz olduğunu sübut edir. Neandertallar təsadüfi müddətdə ortaya çıxmış yarı heyvani varlıqlar deyil, Uca Allahın “OL” əmri ilə yaratdığı və müasir insanın sahib olduğu zehni qabiliyyətlərlə təchiz edilmiş qədim irqdir.

 

 

(1) Neandertals, humans share key changes to “language gene”, 18 oktyabr 2007,

http://www.eurekalert.org/pub_releases/2007-10/cp-nhs101107.php

(2) Krause et al.: “The Derived FOXP2 Variant of Modern Humans Was Shared with Neandertals.” Current Biology 17, 1–5, 6 noyabr 2007. DOI 10.1016/j.cub.2007.10.008

(3) Mason Inman, Neandertals Had Same “Language Gene” as Modern Humans, 18 oktyabr 2007,

http://news.nationalgeographic.com/news/2007/10/071018-neandertal-gene.html

(4) Mason Inman, Neandertals Had Same “Language Gene” as Modern Humans, 18 oktyabr 2007,

http://news.nationalgeographic.com/news/2007/10/071018-neandertal-gene.html

(5) Karen Kaplan, Did Neanderthals natter?, Los Angeles Times, 20 oktyabr 2007,

http://www.latimes.com/news/science/la-sci-neanderthals20oct20,1,1868659.story?coll=la-news-science

(6) Bu barədə ətraflı məlumat üçün baxın. “İlkel Neandertal” Tezi Neden Geçersizdir?