Təkamül elm adamları, insanın tarixiylə əlaqədar ssenarilərini hazırlayarkən, xəyal güclərini ibtidaidən inkişafa doğru xəyali çevrilmə meydana gətirməyə məcbur edərlər. Bu xəyali təkamüllü tarixə görə, yaşadıqları dövr baxımından əvvəl yaşamış insanların daha sonra yaşayan insanlara görə az qala daha ibtidai bir həyat tərzi keçirmələri, davranışlarında daha meymunabənzər xüsusiyyətlər saxlamaları lazımdır. İnsanın tarixinə aid tapıntıları bu hekayələrə uyğunlaşdırar və “ibtidai-müasir” sözlərinin tez-tez keçdiyi təkamül nağılları izah edərlər. Ancaq elmin tapıntıları tez-tez təkamülçülərin təxəyyülü boşa çıxaran, onları qarışıqlığa aparan nəticələr ortaya qoyar və təkamülçülər, daha əvvəl yaşamış insanların da öz gözləmələrinin çox kənarında müasir həyat davam etdirmiş olduqlarını etiraf edərlər.
ABŞ-ın Arizona Universitetindən Kurtis Marean və qrupu tərəfindən edilən son bir paleoantropoloji kəşf sırf bu istiqamətdə nəticələr ortaya qoydu. Hind okeanı sahilindəki “Pinacle Point” mağarasında təxminən 164 min il əvvəldən qalmış və insanlar tərəfindən istifadə edildiyi aydın olan fosilləri kəşf edən araşdırmaçılar, o dövrdəki insanların həyatlarıyla əlaqədar heç bilinməyən bəzi maraqlı xüsusiyyətlərin üzərinə işıq saldılar. Ntvmsnbc.com xəbər portalı isə bu inkişafı klassik darvinist təbliğat metodunu istifadə edərək “Atalarımız, çox əvvəl müasir həyata keçmiş” başlığıyla yayımladı.
Məhz əldə edilən tapıntılar, dəniz məhsuluyla qidalanmanın bilinən tarixini çox daha gerilərə atdı. Ntvmsnbc.com xəbərində bu vəziyyət bu sözlərlə qeyd edildi: “Elm adamlarının mağarada tapdığı müasir həyata dair üç dəlil, dənizdən çıxarılmış və bişirilmiş dəniz məhsulları, qırmızı kiçik daşlar və kiçik kəsici alətlər, sanıldığının əksinə atalarımızın daha da erkən dəniz məhsulu yediyini göstərdi.”
Bu xəbərdə, o dövrdə yaşayan insanların, (təkamülçülərin gözləmələrinin çox kənarında) ictimai və müasir həyat davam etdirdiyinə dair bəzi ifadələr bu sözlərlə yer aldı:
“Arxeoloqların Cənubi Afrikada tapdığı bir mağara, atalarımızın dəniz sayəsində bütün dünyanı kəşf etmiş və zənn ediləndən daha əvvəl müasir həyata keçə biləcəyini göstərdi… Homo sapiensin müasir həyata düşünüldüyündən daha əvvəl keçə biləcəyi də ortaya çıxdı… Marean və qrupunun tapdığı 57 qırmızımtıl qaya parçasının, indi edilən makiyaj kimi bəzənmək və digər insanlara ictimai işarələr vermək üçün istifadə edilə biləcəyini də ortaya çıxardı… İndiyə qədər olan ən qədim dənizə yaxın məskunlaşma yerləri 120 min il əvvələ təsadüf edir… Dəniz zənginliklərindən istifadə edən və buna görə müasir həyata daha erkən keçdiyi düşünülən homo sapiensin ayrıca dəniz məhsulları sayəsində sahil boyunca köç etdiyi və Afrikanın kənarına keçərək, əvvəl Qırmızı dəniz sahili, sonra Orta Şərq, Cənubi Asiya, Yeni Qvineya və Avstraliyanı kəşf etdiyi düşünülür.”
Göründüyü kimi bu son tapıntılar, dəniz məhsullarıyla qidalanmanın tarixini geriyə atmaqla yanaşı, o dövrdəki insanların bir çox mədəni xüsusiyyətinə dair də dəlillər təqdim etmişdir. Belə ictimai və ağıllı davranışlı insanların, təkamülçülər tərəfindən təsvir edilən ibtidai imiclərindən uzaq kənarında “müasir” davranışlar göstərdikləri ortaya çıxmışdır. Bu tapıntılar, darvinistlərin gözləmədikləri, görmək istəmədikləri və ya ört-basdır etmək istədikləri növdən tapıntılara son bir yenisini əlavə etmişdir. Bunun kimi daha bir çox maraqlı tapıntını Harun Yəhyanın “Tarixi Yalan: Daş Dövrü” başlıqlı əsərində tapa bilərsiniz.
Qeyd: Bu yazı eyni zamanda aşağıdakı xəbərə də cavabımızdır:
“Earliest Evidence Of Modern Humans Detected, Science Daily”, 17 oktyabr 2007