Radikal qəzeti yazıçısı İsmət Berkanın, təkamül nəzəriyyəsi və viruslarla bağlı son yazısında yanıldığı görünür (“Viruslarla yaşamaq: Təkamülə yeni dəlil”, Radikal, 2 dekabr 2007-ci il). Virusların xəyali təkamüldəki roluyla bağlı izahlar edən Berkan, bu yazısını oxuduğu bir məqalədən ruhlanaraq yazdığını ifadə edir. İzah etdiklərindən aydın olur ki, Berkan oxuduqlarını birbaşa mənimsəyib “dəlil” olaraq qiymətləndirmiş, üstəlik bunu oxucularına “təkamülə yeni dəlil” başlığıyla təqdim etmişdir.

Halbuki yazdıqları darvinizmin yeni iddiaları deyil, buna görə dəlil də deyil. Hörmətli Berkanın etdiyi şey, 1990-cı illərdən qalma “korlanmış DNT” nağıllarını təkrarlamaqdan və təkamüllü psixologiyanın elmdən kənar bir hekayəsini çox əhəmiyyətli bir şey öyrənmiş ədasında həyəcan qataraq izah etməkdən ibarətdir. Berkanın yanılmaları aşağıda izah olunur.

 

Korlanmış DNT yanılması

“Korlanmış DNT” anlayışı, genomun funksiyası bilinməyən qisimlərini ifadə etmək üçün doqmatik təkamülçülər tərəfindən uydurulmuş anlayışdır. Təkamülçülər genomun təsadüfü müddətdə ortaya çıxdığını fərz etdikləri üçün, zülal kodlaşdırmayan qisimlərin funksiyasız olduğunu iddia etmişlər, bunların xəyali təkamül müddətində yığılan qalıqlar olduğunu fərz etmişlər. Özlərinə görə lazımsız qalıqlar olaraq izah etdikləri bu DNT parçalarını 1990-cı illərdən etibarən, korlanmış DNT olaraq adlandırmışlar.

Hörmətli Berkan da yazısında bu yanlışlığı təkrarlayır:

 

“Düşünə bilirsinizmi, genetik kodumuzun 2%-i, yaşamaq üçün lazımlı zülalların istehsalında funksiyalı, 8%-i isə genetik təkamül tariximizin kim bilir hansı zamanında təsirsizləşdirdiyimiz virusları daşıyan “korlanmış DNT”.

 

Hörmətli Berkanın yazdıqlarına baxıldığında köhnə təkamülçü iddiaları əzbərləyərək qələmə aldığı, bunları həqiqətmiş kimi asanlıqla öyrətməyə meylli olduğu görünür. Korlanmış DNT haqqında yazdıqları da bunun son bir nümunəsini meydana gətirir.

Halbuki oxucularına “təkamülə yeni dəlil” olaraq yazdığı bu korlanmış DNT hekayəsi, illər əvvəl ortaya atılmış, çoxdan çürüdülmüş və təkamülçü elm adamları tərəfindən artıq saxta dəlil olaraq istifadə edilməz hala gəlmiş son bir təkamülçü yanılmadır. Korlanmış DNT anlayışı, artıq təkamülçülər belə etiraf edirlər ki, hər hansı həqiqət daşımır və bunun istifadəsi səhvdir. Təkamülçüləri bu etirafa məcbur edən inkişaf, son illərdə aparılan araşdırmalar olmuşdur. Dünyanın müxtəlif ölkələrindən çoxlu sayda elm adamı funksiyası bilinməyən bu DNT hissələri üzərində tədqiqat aparmış, zülal kodlaşdırmayan bu DNT qisimlərinin başqa bir çox hücreyrəvi əməliyyatda rol oynadığı çoxlu sayda araşdırmayla göstərilmişdir.

Dünyanın ən hörmətli elmi jurnallarından biri olan “Science”də 2003-cü ildə nümayiş olunan bir məqalədə bu istiqamətdəki işlərdə gəlinən nəticə, “Not Junk After All (Artıq korlanmış deyil)” başlıqlı məqalədə bu sözlərlə yekunlaşdırılmışdır:

 

Xüsusilə, təkrarlanan elementlərlə əlaqədar olan korlanmış DNT fikri 1990-cı illərdə dəyişməyə başladı… İndi isə getdikcə daha çox sayda bioloq təkrarlanan elementlərə genomik xəzinə olaraq baxır. Bu hesabat göstərir ki, təkrarlanan elementlər “Korlanmış DNT deyil”, ökaryotik genomların əhəmiyyətli, birləşdirici komponentləridir. O halda təkrarlanan DNT “Korlanmış DNT” olaraq adlandırılmamalıdır.1

 

Göründüyü kimi korlanmış DNT anlayışının elmdə yeri olmadığı həqiqəti ən prestijli elm jurnallarında, dəlilləri ortaya qoyularaq təsdiq edilir. Korlanmış DNT anlayışı elm adamlarının ortaq fikri olaraq tarixdə qalmışdır. Başqa sözlə digər yalançı təkamül dəlili daha etibarsız imiş.

 

Təkamüllü psixologiyanı elm zənn etmə yanlışlığı

İsmet Berkan, təkamül nəzəriyyəsini mənimsədiyi üçün nəzəriyyə xeyrinə qarşıya qoyulan hər iddianı doğru qəbul edib oxucularına təqdim edir. Hətta yazısında təkamül psixologiyasının elmdən kənar nağıllarını son dərəcə əhəmiyyətli məlumatlar görünüşü verərək köçürməyə çalışır. Berkan insanın qorxularının təkamüldən qaynaqlandığını və beynində bunların təptəzə izləri daşıdığı hekayəsini bu sözlərlə qeyd edir:

 

“İllər əvvəl, insan beyninin öz təkamülünün bütün izlərini içində təptəzə daşıdığına dair araşdırma oxumuşdum. Buna görə, məsələn siçan qorxusu, ilan qorxusu, sürünən qorxusu, qaranlıq qorxusu kimi əsas qorxularımız əslində bizə uzaq atalarımızdan, bəlkə, insan belə olmayan atalarımızdan qalıb.

Ulu atamız sürünənlər tərəfindən ovlanan bir heyvan idisə, biz bu gün sürünəndən qorxurduq və s.

Qısası, insan beyni, əgər araşdırılsa, bizim təkamül tariximizi az qala sətir-sətir oxuya biləcəyimiz bir kitaba çevrilə biləcək.”

 

Göründüyü kimi hörmətli Berkan irəli sürdüyü iddialara heç bir əsas göstərmir, yalnız “mən oxumuşdum” deməsiylə izah etdiklərini oxucularına elmi və həqiqi məlumat olaraq qəbul etdirə biləcəyini düşünür. Halbuki bu metod darvinistlərin həmişə müraciət etdikləri təbliğat üsullarından biridir. Elmi dəlil yoxdur, amma hekayə yoluyla insanları razı salmağa çalışırlar.

Halbuki bir yazarın oxucularına belə məlumatlar verərkən, bu sualları da cavablandırması lazımdır: Bu xəyali ulu atalar siçan, ilan və qarşılaşdıqları zaman necə bir mexanizm sayəsində bu qorxular beyinlərinə yerləşmişdir? Bu xəyali ulu ataların beyinləri bu gün əlimizdə olmadığına görə, beyinlərində ilan qorxusu, siçan qorxusu, sürünən qorxusu kimi duyğular üçün xüsusi bölgələr təkamülləşdiyi iddiasını hansı müşahidə və dəlillərə əsaslanır? Bunların izi fosil qeydlərində haradadır? Əgər yoxdursa, belə bir iddia üçün təxəyyül xaricində mənbə nə ola bilər?

Halbuki bu hekayələrin qaynağı olan təkamüllü psixologiya, elmin meyarlarını təmin etmədiyi üçün qabaqcıl təkamülçülər tərəfindən də elm olaraq qəbul edilməyən sahədir.

Məsələn, Şeffild Universitetindən davranış ətraf mühit alimi Tim Birkhed, Çikaqo Universitetindən Ceri E. Koynenin “Təkamüllü psixologiyanın pəri nağılları” başlıqlı yazısında qeyd olunan sözlərində bunlar söylənmişdir:

 

“Çoxlu səyə ehtiyac qalmadan, təkamüllü psixologiya həqiqi elm olmaq yerinə nəzəri əyləncə olaraq qalacaq.”2

 

Nəticə

Göründüyü kimi hörmətli Berkanın yazısında nə yeni bir tapıntı, nə də təkamülə dəlil vardır. Hörmətli Berkan, korlanmış DNT iddiasında olduğu kimi, qorxular və beyinlə əlaqədar iddiasında da elm ədəbiyyatında etibarlılığı olmayan təkamülçü hekayəni qeyd edir.

Halbuki elmi qaynaqlar oxunarkən diqqət yetirilməli bəzi meyarlar vardır. Yazıda hansı problemin qələmə alındığı, nə kimi nəticələrin ortaya qoyulduğu, bu nəticələri dəstəkləməkdə hansı dəlillərin qarşıya qoyulduğu, bu dəlillərin keyfiyyətli və həqiqətən, dəstəkləyici olub olmadığı kimi meyarlar… Təkamül nəzəriyyəsindən bəhs edildikdə isə bu həqiqətin heç bir şəkildə unudulmaması lazımdır: Darvinin təkamül nəzəriyyəsi bütün iddiaları elmi olaraq yalanlanmış bir nəzəriyyədir. Nəzəriyyəni dəstəkləyən bir dəlil yoxdur. Dəlil olaraq qarşıya qoyulan bütün fosillər və saxta dəlillər etibarsızdır. Bu iddiaya təlqin metodlarıyla dəstək olmağa çalışmaq, müasir doqmatik darvinistlərinin davamlı olaraq müraciət etdiyi bir üsuldur.

 

 

1) Wojciech Makalowski, “Not Junk After All”, Science, Volume 300, Number 5623, 23 may 2003,

2) Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 aprel, 2000)