Bir qəzet və ya jurnalın elm səhifələrində göz gəzdirildiyində, müxtəlif araşdırmaları xəbər verən başlıqlar gözə dəyir. Oxucular bunların elm adamlarının dərin və əhatəli araşdırmalar nəticəsində əldə etdikləri məlumatların, obyektiv bir xülasəsi hesab etməyə meyillidirlər.

Bir çox insan, xüsusilə, təkamül ilə əlaqədar verilən bu xəbər başlıqlarını, davam etdirilən işlərin ortaya qoyduğu həqiqi elmi “nəticələr” zənn edər. Halbuki təkamülə guya dəlil təqdim edən başlıqların əsl qaynağı, elmi nəticələr deyil, yalnız təxəyyüldür. Darvinist araşdırmaçıların, növlərin mənşəyiylə əlaqədar guya tapıntıları ən başdan bir doqma olaraq mənimsənmiş fərziyyələri ehtiva etməkdə və Darvinist yazarın təxəyyülü əks etdirməkdədir.

İnsanın mənşəyiylə əlaqədar təkamüllü iddiaları gündəmə gətirən işlər, əslində elm adamlarının obyektiv araşdırmalar nəticəsində əldə etdikləri həqiqətləri deyil, araşdırmalarının ən başında mənimsədikləri və məlumatlara əsaslanmış dünyagörüşünü əks etdirir. Həftəlik olaraq nümayiş olunan elmi işlərdə təkamül nəzəriyyəsiylə əlaqədar olaraq gündəmə gələn sözdə nəticələr, təkamülçü elm adamlarının insanın tarixiylə əlaqədar olaraq mənimsədiyi elmdən kənar nağıllardan başqa bir şeyi əks etdirmir.

“Science Daily” xəbər xidməti tərəfindən bildirilən bir işə baxıldığında tam olaraq bu vəziyyət gözə dəyir. “Early Apes Walked Upright 15 Million Years Earlier Than Previously Thought, Evolutionary Biologist Argues” (Təkamül bioloqu, ibtidai meymunların zənn edildiyindən 15 milyon il daha əvvəl dik gəzdiklərini iddia edir) başlıqlı və 10 oktyabr 2007-ci il tarixli xəbərdə, təkamülçü elm adamının fərziyyələri, elmi olaraq çox mötəbər tapıntılarmış kimi bir izahatla təqdim edilir.

iki-ayakliliga-gecis-aldatmacasi 591x270

Xəbərə mövzu olan iş, təkamül nağılının insanın mənşəyiylə əlaqədar olan hissəsini əhatə edir. Harvard Universitetinin müqayisəli zooloji muzeyi və Sedars Sinasi Onurğa narahatlıqları İnstitutu nəzdində çalışan dr. Aaron Feller, onurğa anatomiyası üzrə mütəxəssisdir və soyu tükənmiş bir meymun olan Morotopitekus fosilinin onurğa anatomiyasıyla insanınkı arasında qurduğu oxşarlıqdan çıxış edərək yeni təkamül hekayəsi hazırlayır. Feller 21 milyon il əvvəl yaşamış bu meymunun onurğasının insanın onurğasına bənzədiyini, buna qarşı şimpanze və qorilla kimi müasir iri meymunlarının onurğa anatomiyasının insanınkından fərqli olduğunu müəyyən edir. Bu təsbitlərini, təkamül nəzəriyyəsinin dördayaqlıdan ikiayaqlı gediş şəklinə doğru anatomiyası guya təkamülləşən meymun adamın hekayəsi çərçivəsində edir, Morotopitekusu insanın guya təkamüllü atası olaraq elan edir.

Bel onurğalarında olan, meymun və insanda əzələlərin birləşməsini təmin edən bir sümük uzadılma, olduğu yerə görə bu iki canlıda fərqlidir. (Baxın: Yandakı şəklin alt tərəfi. Homo sapiens yazılı şəkil sümüyün insandakı versiyasını, Monkey yazılı şəkil isə meymundakı versiyasını göstərir)

 

yurume evrimMorotopitekus fosilini bu ikisiylə müqayisə etdiyində meymunlardan çox insanınkına bənzər quruluşda olduğunu görən Feller, tamamilə xəyal gücünə əsaslanan təkamül nağıllarına bir yenisini əlavə edir.

Bilindiyi kimi təkamülçülərin klassik nağılına görə insan, dörd ayaq üzərində yeriyən meymunların zaman içində ayağa durmasıyla bugünkü dik yerimə şəklini qazanmasıdır. İnsanın yaşayan guya ən yaxın qohumları şimpanze və qorilla dörd ayaq üzərində yeriyən canlılardır və insan soyunun bu canlıların soyundan 7-10 milyon il əvvəl ayrıldığı fərz edilir.

Feller isə Morotopitekus fosilinin daha qədim yaşını göz qarşısında saxlayaraq alternativ nağıl çıxarır. Buna görə Morotopitekus ilə təmsil edilən iri meymunların müasir dövrdən 21 milyon il qədər əvvəl dik yeriməyə başladıqlarını, sonrakı bir neçə milyon il içində qorilla və şimpanze soylarında meymunların dörd ayaqlı yerimə şəklinə doğru təkamülləşdiklərini, insanda isə bu gediş xüsusiyyətinin qorunduğunu iddia edir.

Başqa sözlə, bir çox təkamülçü insanın yerimə şəklini primatlar içində xüsusi təkamül şəkli olaraq xəyal etdiyi halda, Feller insanın əslində çox qədimdən yaşamış meymunlar kimi dik yeridiyini, qorilla və şimpanzenin yerimə şəklinin meymunlar üçün adi qəbul edilməsi lazım olduğunu iddia edir.

Bu ssenarinin elmi olaraq hər hansı konkret əsası olmadığı açıqdır. Feller Morotopitekus ilə insanın bel onurğalarındakı bir bənzərliyə baxaraq Morotopitekusun insan kimi gəzdiyini iddia edir. Ancaq təkamüllə bağlı iddiaları nağıl olmaqdan başqa bir şey deyil. Çünki iki canlının onurğaları arasındakı bənzərlik bir meymunun yeriyərək beyninin böyüdüyü, çənəsinin kiçildiyi, önə çıxmış üzünün geriyə çəkildiyi, tüklərinin töküldüyü, ağaclara uyğun və qıvrımlı barmaq və əl-ayaq quruluşunun itirildiyini göstərən tapıntı əsla ola bilməz. Bir meymunun heyvanlar aləmində yoldaşı olmayan danışıq-dil qabiliyyətinə və ağıla sahib olan, məlumat çıxaran və onu gələcək nəsillərə köçürən, kainatı və özünü anlamaq üçün elmi araşdırmalar aparan, universitetlər, xəstəxanalar, kitabxanalar, dövlətlər quran, kosmosa məkik göndərən bir insana çevrildiyi, üstəlik bütün bunların təsadüfən reallaşan genetik dəyişmələr nəticəsi olduğunu qarşıya qoyan bu hekayə Fellerin araşdırmasından da, hər hansı bir başqa təkamülçünün işindən də elmi əsas almır. Bu, elmi dəlillərdən çıxan tutarlı nəzəriyyə deyil, qədim fəlsəfə olan materializmin yaranma ssenarisi olaraq müdafiə olunan hekayədir.

Təkamülçü təbliğat, hər nə qədər əksinə təəssürat verməyə çalışsa da, əslində dik yeriməyin təkamülü ssenarisinin heç bir elmi dayağı yoxdur. Paris Universiteti professorlarından riyaziyyatçı və doktor Marsel-Paul Skützenberqer, iki ayaqlılıq da daxil olmaqla insan və şimpanze arasındakı fərqliliklərin təkamüllə açıqlana bilmədiyini bu sözlərlə etiraf etmişdir:

 

“Mərhələli inkişafı və sıçramalı təkamülü müdafiə edənlər, insanı (guya təkamüllə) inkişaf etmiş primatlardan ayıran bu bir neçə bioloji sistemin bir ölçüdə bərabər zamanlı şəkildə ortaya çıxmasını izah etməkdə tamamilə yetərsizdirlər: Çanaq sümüyünün dəyişməsinin yoldaşlıq etdiyi iki ayaqlılıq və şübhəsiz, beyincik, barmaq ucları, xüsusilə, həssas toxunma duyğusu verən, daha bacarıqlı əllər; fonasyona (səs çıxarmağa) icazə verən udlaqdakı dəyişiklər; mərkəzi sinir sisteminin, xüsusilə, temporal sıçrayış səviyyəsində, xüsusilə dili tanımaya icazə verən dəyişiklər. Embrion meydana gəlməsi baxımından bu anatomik sistemlər bir-birlərindən tamamilə fərqlidirlər” 1

 

Fellerin iki ayaqlılıqla əlaqədar ssenarisi, yuxarıda elmi əsassızlığı göstərilən klassik ssenaridən (dörd ayaqlıdan iki ayaqlıya keçid ssenarisindən) daha elmdən kənardır. Fellerin xəyali ssenarisinə görə, insanın onurğa quruluşundakı xüsusiyyət, embrioloji inkişafı təşkil edən Paks genlərindən birində meydana gələn mutasiya nəticəsində ortaya çıxmış olmalıdır. Buna görə dörd ayaq üzərində yeriyən meymunların balalarından biri, bədənində meydana gələn mutasiyaya görə insandakı kimi onurğa quruluşuna sahib olmalı və dik yerimək özünə daha rahat gəldiyi üçün (qardaşları dörd ayaq üzərində gəzdiyi halda) həyatına iki ayaq üzərində yeriyərək davam etməyə qərar verməlidir (!). Fellerin xəyali ssenarisinə görə insanın bu guya təkamüllü atası olan xəyali varlıq, Moropitekus kimi erkən meymun olmalıdır.

Fellerin belə bir ssenarini qarşıya qoyması, təkamül nəzəriyyəsinin, onurğa quruluşu haqqında mütəxəssis olan bir tədqiqatçını da elmdən kənar ssenarilərə məhkum edən ağıla sığmaz inanc olduğunu göstərir. İnsan və meymun yerimə şəkli baxımından tamamilə fərqli canlılardır və bu fərqlilik, yalnız onurğa quruluşundakı fərqlilikdən qaynaqlanmır. Düz oynaqlarının quruluşundan qol-ayaq nisbətinə, belin qövslü quruluşu və uzunluğundan çanaq sümüyünün anatomiyasına, ayaqların çanaq sümüyünə bağlandığı baxımdan sümüklərin əzələlərə birləşmə səthinə qədər bir çox faktor insanın iki ayaq üzərində yeriməsini təmin edir. Bu fərqliliklər təsis edilmədiyi müddətcə insanın xəyali atası dik yerimək və dörd ayaq üzərində yerimək arasında qarışıq gedişə çətinlik çəkəcək ki, belə bir qarışıq yerimək tərzi fizioloji olaraq qeyri-mümkündür. Qarışıq yeriməyin təkamülçülərə gətirdiyi çıxılmaz vəziyyət, ingilis paleoantropoloq Robin Kromptonun, 1996-cı ildə kompüter köməyiylə apardığı araşdırmalarla açıqca göstərilmişdir. Krompton, apardığı əhatəli araşdırmalarda bu növ bir-bir canlının ya tam dik, ya da tam dörd ayağı üzərində yeriyə biləcəyini göstərmişdir.2

 

Bu səbəbdən Fellerin iki ayaqlılığı bir doğum anormallığı olaraq göstərən xəyali ssenarisində iki ayaq üçün lazımlı anatomik meyarlara mükəmməl olaraq sahib olan xəyali bir bala, dörd ayaqlı yerimək qabiliyyətinə mükəmməl uyğun olan anadan doğulmalıdır ki, belə əhatəli fizioloji dəyişikliklərin çoxlu sayda və eyni anda mükəmməl şəkildə reallaşması tamamilə ehtimal edilməzdir.

Canılılıq iç-içə inteqrasiya olmuş çoxlu sayda alt sistemdən meydana gəlir. Belə sistemlərdə ediləcək çoxlu sayda və təsadüfi dəyişiklik, açıqdır ki, o sistemi bir başqa mükəmməl sistemə çevirməz və ya inkişaf etdirməz. Əksinə, o sistemi məhvə aparar. Uçmaqda olan bir reaktiv təyyarənin elektronika uçuş modullarında eyni anda qısa dövrə meydana gəlsə, o təyyarə daha yaxşı təyyarəyə çevrilməz, yerə çırpılar. Bənzər şəkildə, iki ayaq üzərində mükəmməl yeriməyə uyğun xəyali bala meymuna bənzərin, dörd ayaq üzərində yeriyən bir meymun anadan doğulması, hələ həyatda qalıb özü kimi təsadüfi şəkildə dik yeriməyə uyğunlaşmış yoldaş tapması və onunla uyğunlaşıb sağlam balalara sahib olması qeyri-mümkündür, məntiqsizdir!

Qısası, “Science Daily”də gündəmə gələn bu ssenari, təkamülçülərin elmə təlqin etdikləri kor-koranə dünyagörüşünün nəticəsidir və heç bir elmi dəlilə əsaslanmır. “Science Daily”ə, tamamilə ağıldankənar olan bu elmdən kənar ssenariləri darvinizm uğrunda sahiblənməkdən imtina etməsini, iki və dörd ayaq üzərində qüsursuz olaraq yeriyən canlıların, qüsursuz olaraq Uca Allahın yaratmasıyla ortaya çıxdıqlarını qəbul etməsini tövsiyə edirik.

 

 

1) Schutzenberger M-P., in “The Miracles of Darwinism: Marcel-Paul Schutzenberger ile Ropörtaj” Origins & Design , Vol. 17, No. 2, Bahar 1996, səh.10-15.

2) Ruth Henke, “Aufrecht aus den Baumen”, Focus, 39-cu cild, 1996, səh. 178