150 ildir insanlar təkamül nəzəriyyəsi ilə aldadılarkən onlara deyilən həmişə bu yalan olmuşdur: “təkamül elmidir”(!). Halbuki təkamül elm deyil. Elmi olan hər şey təkamülü rədd etmişdir. Elmin hər sahəsi, təkamülə meydan oxuyur. Paleontologiya, təkamülçülərə ən böyük məyusluğu yaşatmışdır, təkamülü sübut edən bir ara fosil yoxdur. Genetika elmi, hüceyrənin sadə olmadığını göstərmişdir. Biologiya, mikrobiologiya, antropoloji, paleoantropoloji və bütün digər elmlər təkamülü həmişə çətinliyə salmış, hər keçən gün, dərhal hər elmi inkişaf sonrasında təkamülün baş verməsinin qeyri-mümkünlüyünü bir daha göstərmişdir.
Təkamülçülərin əllərində təkamül təbliğatı apararkən məhz bu səbəblə bir dənə belə elmi dəlil yoxdur. Onlar insanları yalnız söz ilə razı salmağa çalışarlar. Yalnız demaqoqluq edərlər. Yalnız olmasını istədikləri şeyləri izah edərlər. “Ara fosil varmı?” deyincə cavab verə bilməz, boş söz ilə ötüşdürməyə çalışarlar. “Zülal yaradıla bildimi?” sualına əlaqəsiz cavablar verərlər. Təkamül adına niyə saxtakarlıq edildiyini açıqlaya bilməzlər. Paleontoloqların tapdığı milyonlarla fosili niyə saxladıqlarını açıqlaya bilməzlər. Sualları cavabsız qoyar, amma demaqoqluğa davam edərlər. Çünki 150 ildir insanları demaqoqluq ilə aldatmışlar. Zehinlərindəki hekayəni bəzəyərək, elmi sözlərlə bəzəyərək, bunların məktəblərdə oxudulmasını qanunlaşdıraraq ayaqda dayanmışlar. Çünki başqa cür ayaqda dura bilməzlər.
Bu əyri darvinist metod XXI əsr ilə birlikdə bir anda təxribata uğramışdır. Çünki XXI əsr ilə birlikdə, təkamülü rədd edən milyonlarla fosil bütün dünyaya göstərilmişdir. Hörmətli Harun Yəhyanın Yaradılış Atlası adlı əsərində minlərlə fosilin sərgilənməsi, bu fosillərin hamısının əskiksiz və mükəmməl görünüşləriylə və yaşayan fosil olmalarıyla təkamülü qəti olaraq rədd etmələri, darvinist ortamda böyük şok yaratmışdır. Bu böyük şokun ardınca təkamülçülər bir də baxıblar ki, illərdir davam edən saxtakarlıq artıq bir nəticə vermir, insanlar demaqoqluq ilə razı salınmırlar. Elmi dəlillərlə elm ilə cavab verə bilmədiklərindən və artıq demaqoqluq da fayda vermədiyindən, başqa göz boyama taktikalarına müraciət etmişlər. Bu aciz və nəticəsiz taktikalardan biri, son günlərdə darvinistlər tərəfindən təkidlə gündəmdə tutulmağa çalışılan bir kompüter oyunudur: Spor (bəzi ibtidai bitki və heyvanlarda cinsiyyətsiz çoxalma orqanı).
Həqiqi təbiətdə baş verməyən xəyali canlı təkamülünü bir animasiya içində reallaşdırmağa çalışan darvinistlər, bir hüceyrənin dəyişmələrə və çevrilmələrə uğrayaraq mədəniyyətləri meydana gətirən canlılara çevrildiyini hazırlamışlar. Üstəlik oyunda, darvinistlərin xəyali təbiət tarixində fərz etdikləri təsadüfü, başıboş və şüursuz hadisələrin yerinə bu dəfə hadisələri istiqamətləndirdiyi fərz edilən şüurlu insanlar vardır. Ciddi məntiq məğlubiyyətləri ilə darvinistlər yenə də şüuru, sıravi bir oyuna daxil etmək məcburiyyətində qalmışlar. Çarəsiz qalan darvinistlər, insanların başına təkamül fikrini bu şəkildə soxacaqlarına inanırlar.
Əslində bu oyun darvinistlərin acizliyini və məntiq məğlubiyyətini açıq ortaya çıxaran əhəmiyyətli dəlillər təqdim etmişdir. Bu sıravi video oyununda yalnız bir hüceyrənin animasiyasını edə bilmək üçün minlərlə sənətkar çalışmış, çoxlu sayda texniki heyət cəlb edilmiş, minlərlə çalışan vəzifəsini yerinə yetirmişdir. Hüceyrənin yalnız görünüşünü əldə edə bilmək üçün animatorlar günlərlə məşğul olmuşlar. YALNIZ GÖRÜNÜŞÜNÜ YARATMAQ ÜÇÜN…
Bu onu göstərir: hüceyrənin təsadüfən meydana gəldiyini iddia edən darvinistlər HƏLƏ HÜCEYRƏNİN GÖRÜNÜŞÜNÜ DƏ TƏSADÜFƏN YARADA BİLMİRLƏR. Bir şəkil üçün belə ən qabiliyyətli ən ağıllı texniki heyətini, ən inkişaf etmiş texnoloji studiyaları və texniki cihazları istifadə edir, bunun üçün də aylarını illərini sərf edirlər. Ekrandakı bir görünüş üçün bu qədər məşğul olan insanların, fövqəladə komplekslikdəki bir hüceyrənin təsadüfən ortaya çıxdığı iddiasıyla nə qədər yazıq vəziyyətə düşdüyü ortadadır.
Canlı hüceyrəsi, bütünlüklə mükəmməlliklərdən ibarətdir. Kompleks hər cür quruluşu özündə saxlayar. Sadələşdirilə bilməz kompleksliyə malikdir: Yəni sahib olduğu bir parça funksiyasını itirdiyində, hüceyrənin hamısı funksiyasız qalar. Hüceyrənin içindəki bu görünməz, lakin kompleks strukturları bir şəhər mərkəzinə bənzətmək mümkündür. 100 trilyon hüceyrənin hər biri, ətrafı divarla əhatə olunmuş bir şəhər kimi özünə və insan bədəninə aid bütün ehtiyacları qarşılayar, enerji çıxarar, xəbərləşmə, içində nəqliyyat və təhlükəsizlik vahidləri saxlayar. Stansiya vahidləri hüceyrənin enerjisini, fabriklər zülalları və həyati əhəmiyyət daşıyan kimyəviləri çıxararlar. Kompleks nəqliyyat sistemləri isə bu kimyəviləri hüceyrənin içərisində bir nöqtədən digər bir nöqtəyə və lazım olduğunda hüceyrənin kənarına daşıyarlar. Barrikadalardakı növbətçilər də ola biləcək təhlükə işarələrini almaq üçün xarici dünyanı gözləyirlər. İntizamlı bioloji ordular zəbt edənlərlə döyüşə bilmək üçün hazır vəziyyətdə gözləyərkən, içəridə qüsursuz nizam hakimdir.
Bir hüceyrənin möhtəşəm DNT-si vardır. Hüceyrə nüvəsi, ribozom, endoplazma ridikülüm, özünə aid DNT-si olan və hüceyrə içində başlı başına tamam ayrı bir şəhər olan mitoxondri, enerji anbarları ATP-lər və daha saysız orqanoid bu möhtəşəm sistemi tamamlayarlar. Əhəmiyyətlə ifadə edilməsi lazım olan nöqtə isə budur: Tək hüceyrə deyil, bu saydığımız parçalardan biri belə təsadüfən meydana gələ bilməz. Əsl məsələ isə hüceyrəni və bu orqanellərin hamısını meydana gətirən hüceyrə içindəki SAYSIZ PROTEİNDƏN BİRİ BELƏ təsadüfən meydana gələ bilməz. Darvinistlər, “hüceyrənin palçıqlı suda təsadüfən meydana gəldiyi” yalanını ortaya atdıqları ilk illərdən bəri, cəmi 1.5 əsrdir, hüceyrənin bir zülalını LABORATORİYADA BELƏ yarada bilməmişlər.
- Bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
- Zülal olmadan DNT meydana gələ bilməz
- DNT olmadan zülal meydana gələ bilməz
- Zülal olmadan zülal meydana gələ bilməz
- Bir zülalın meydana gəlməsi üçün 60 fərqli zülal lazımdır
- Bu zülalların biri belə əskik olsa zülal yarana bilməz
- Ribozom olmadan zülal meydana gəlməz
- RNA olmadan da zülal meydana gəlməz
- ATP olmadan zülal meydana gəlməz
- ATP-i çıxaracaq mitoxondri olmadan da zülal meydana gəlməz.
- Hüceyrə nüvəsi olmadan zülal meydana gəlməz
- Sitoplazma olmadan da zülal meydana gəlməz
- Hüceyrədəki orqanellərdən biri əskik olsa zülal meydana gələ bilməz
- Hüceyrədəki bütün orqanellərin mövcud olması və çalışması üçün də zülallar lazımlıdır
- Bu orqanellər olmadan da heç bir şəkildə zülal olmaz.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.
Qısacası:
BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətcə, BİR ZÜLAL BELƏ MEYDANA GƏLƏ BİLMƏZ.
Darvinistlər, təsadüf iddiasıyla heç bir zaman bir yerə çata bilməmiş, bunun elmi şərhini edə bilməmişlər. İndi isə, təkamülü dəstək olmaq adına inkişaf etdirdikləri bir oyun, təsadüf iddiasını yıxmaqdadır. Sıravi şəkili belə təsadüfən meydana gətirə bilməyən təkamülçülərin heç cür etiraf edə bilmədikləri gerçək budur: Yer üzündə mövcud olan heç bir canlı təsadüfən meydana gəlməmişdir.
Spor oyununun təqdim etdiyi olduqca nəzərə çarpan həqiqətlər vardır. Birincisi, Darvinistlərin məğlubiyyəti qəbul etmiş olmalarıdır. 100 milyondan çox yaşayan fosilin bütün dünyaya təkamülü çürüdən ən böyük dəlillərdən biri olaraq təqdim edilməsinin və insanların bunları görərək təkamülü sorğulamağa başlamalarının ardınca artıq demaqoqluğun fayda vermədiyini anlamalarıdır. İkincisi, təsadüf iddialarının etibarsız olduğunu insanlara özləri göstərmişlər. Üçüncüsü isə artıq darvinistlər üçün heç bir həll yolu qalmamasıdır. Təkamül nəzəriyyəsi, dünya səviyyəsində yıxılmış və çökmüş vəziyyətdədir. Allah bu batil dini yerlə-yeksan etmiş, yox etmişdir.
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”. (Ənkəbut surəsi, 52)