26 dekabr 2007-ci il tarixində Vətən qəzetində Mina G. Kırıkkanatın “Dörd ayaqlı dizayn” başlıqlı yazısı dərc olundu. Kırıkkanat bu yazıda, bir il əvvəl təkamülçü elm adamları tərəfindən meymundan insana xəyali təkamülə böyük dəlil olaraq göstərilməyə çalışılan, lakin etibarsızlığının ortaya çıxmasının ardınca digər darvinist saxtakarlıqlar arasında yerləşmiş Hataylı bir ailə ilə əlaqədar iddianı gündəmə gətirirdi. Hatay Kırıkhanda bir cütlüyün əl və ayaqları üzərində gəzən 6 uşağı haqqındakı bu xəbər Kırıkkanat tərəfindən təkrar mövzu edilmiş və ayrıca Yaradılış Atlası əsərinin dünya səviyyəsindəki müvəffəqiyyətinə və təsirinə istinad etmişdi.

 

Yaradılış Atlası adlı əsərin bütün dünyaya paylanması və açıq və qəti dəlillərlə təkamül nəzəriyyəsinin etibarsızlığını göstərməsinin ardınca, bütün dünyada darvinistlər cəbhəsində çox böyük çaxnaşma başlamışdır. Bunun gözlənilən nəticəsi olaraq darvinizm müdafiəçiləri, məktəblərdə yaradılış gerçəyinin oxudulmasına mane olmağa və Yaradılış Atlası adlı əsəri şagirdlərə oxutmamağa çalışaraq bu təsiri aradan qaldırmağa çalışırlar. Bu çaxnaşmanın bir başqa göstəricisi də darvinistlərin 150 ildir heç dayanmadan müdafiə etdikləri dəfələrlə çürüdülmüş iddiaları çox əhəmiyyətli yeni fikirmiş kimi gündəmə gətirmələridir. İndiyə qədər təkamül nəzəriyyəsi adına elmi dəlil gətirə bilməyən darvinistlər, köhnə iddiaları gündəm mövzusu etdikləri müddətdə insanların nəzərində müvəffəqiyyət qazanacaqlarını düşünürlər. Halbuki artıq insanlar, açıqca gördükləri, internetdən də asan əldə edə biləcəkləri elmi dəlillərə diqqət yetirir, gerçək, doğru, elmi dəlillərə rəğbət bəsləyirlər. Buna görə doğru məlumata hər an çatmaq imkanı olan insanları, XIX əsrin köhnə metodlarıyla aldatmağa çalışmaq artıq darvinistlərə bir fayda vermir.

 

Mina G. Kırıkkanat da bu yazısında eyni köhnə metoda müraciət etmiş, məntiqsizliyi və elmi etibarsızlığı açıq bəlli olan və dəfələrlə bu səhifələrdə deyilən Hataylı ailə ilə bağlı iddianı təkamülə dəlil olaraq gətirməyə səy etmişdir. Bir darvinist olaraq hörmətli Harun Yəhyanın Yaradılış Atlası əsərinin dünya səviyyəsindəki təsirlərindən olduqca narahat olacaq ki, bu saxta iddianı bəhanə olaraq istifadə edərək, darvinizmin məğlub olmasından doğan narahatlığını açıq-aşkar göstərmişdir. Bu çırpınışlar tanışdır, son vaxtlarda bunun nümunələri daha çox görünür. Darvinistlər heç bir şəkildə elmi dəlil təqdim edə bilmədikləri üçün daim təbliğat üsullarına müraciət etmişlər. Bu ənənə hələ də davam edir, tək fərqi bu təbliğat üsullarının artıq şüurlu xalq üzərində təsirinin olmamasıdır.

 

Burada yenə də www.netcevap.org saytında dəfələrlə elmi etibarsızlığını göstərdiyimiz, dörd ayağı üzərində gedən ailə mövzusundakı təkamülçü iddialar bir daha cavablandırılmır.

 

Ulaş ailəsində olan genetik pozğunluğun təkamülə dəlil kimi göstərilməsi çox məntiqsizdir

Kırıkhanlı Ulaş ailəsinin 16 uşağından 6-sı qohum evliliyinin meydana gətirdiyi genetik pozğunluqlara görə əl və ayaqları üzərində gəzə və danışa bilmirlər. Bu xəstəlik, eynilə Daun sindromu kimi, ana və atadakı xarab genlərin birləşməsi nəticəsində meydana gələn bir genetik xəstəlikdir. Necə ki, mövzuyla bağlı yenilikləri ilk olaraq təkamülçü şərhlərlə köçürən Milliyyət qəzeti, 16 yanvar 2006-cı il tarixli “Təkamül deyil, genetik pozğunluq” başlıqlı yazısıyla geri addım atmış və bu narahatlığın həqiqi mahiyyətini açıqlamışdır. Bu yazıda Çukurova Universiteti Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri prof. Osman Dəmirxanın şərhləri köçürülmüş və Dəmirxanın bu sözlərinə yer verilmişdir:

 

“Xəstəliyə səbəb olan genetik xəta 17 xromosomun qısa qolunda tapıldı.”

 

Eyni genetik narahatlığa Kırıkkanatın bəhs etdiyi şəkildə İraqdakı bir ailədə də rast gəlinir. Çünki bu ailə üzvlərinin də eyni xromosomlarında meydana gələn genetik xəta oxşar təsiri meydana çıxarmışdır. Buna görə bu genetik xəta indi hansı sağlam üzvdə olursa olsun reallaşsın bənzər təsirlər meydana çıxacaqdır. Bu, xəyali meymun atalarımızdan bizə miras qalmış bir şey deyil, mutasiyaların meydana gətirdiyi pozucu təsirdir.

 

Bunun Kırıkkanat tərəfindən canla-başla təkamülə dəlil olaraq müdafiə olunmasının yeganə səbəbi, bu ailə üzvlərinin bu genetik xəstəlik zamanı əllərindən də istifadə etmələridir. Kırıkkanat, öz ifadələriylə “təmiz pak geyimli və baxımlı” bu ailə üzvlərinə açıqcasına “hominid” (meymunabənzər) adını qoyur. Lakin bu ailə üzvlərini olduqca hörmətdən salan bu iddia diqqət yetirilsə nə Kırıkkanat, nə də başqa təkamülçü tərəfindən heç bir elmi tapıntı və ya dəlillə dəstəklənilmir. Onsuz dəstəklənilməsi də qeyri-mümkündür.

 

Bu ailə üzvlərinin bu narahatlıqları əslində təkamül nəzəriyyəsi üçün böyük bir problemdir. Çünki ailə üzvlərindəki bu təsir mutasiyalar nəticəsində meydana gəlmiş təsirdir. İnsanın genetik məlumatında meydana gələn tək bir mutasiyanın sağlam ana-atadan doğan bir uşağı nə hala salacağı açıq şəkildə görünür. Ulaş ailəsinin genetik narahatlığı olan üzvləri canlılığın mutasiyalar nəticəsində bir-birlərindən təkamülləşərək daha mükəmmələ doğru inkişaf etdiyini iddia edən təkamül nəzəriyyəsi üçün böyük çıxılmaz vəziyyət yaradır. Kırıkkanat buradan çıxış edərək möhkəm fərdlərin cütləşmə və artma sonrasında mutasiyalara görə şikəst canlılar halına çevrilə bildiyini təkamülə dəlil kimi göstərir. Halbuki mutasiyaların şikəstliklərə səbəb olması təkamülə dəlil deyil, əksinə təkamülün iddiaları ilə ziddiyyət təşkil edir. Mutasiyalar, meydana gətirdikləri mənfi təsirlərə görə təkamül nəzəriyyəsinin iddialarını etibarsız edən pozulmalardır. Buna görə Kırıkkanatın iddiası elə məntiqsizdir ki, nə elmi dəlillə dəstəklənilə bilər, nə də təkamül nəzəriyyəsinə bir faydası toxunar. Tam əksinə, təkamül nəzəriyyəsinin ən fundamental iddialarından olan “mutasiyalar təkamülləşdirər” qanunu ilə ziddiyyət təşkil edir.

 

Darvinizmin sözdə dəlili(!): Şikəstliklər

Təəccüblü olan, Mina Kırıkkanat kimi darvinizmi dəstəkləyənlərin 150 ildir təkamülə dəlil olaraq yalnız xəstəlikləri, şikəstlikləri, qüsurları təqdim etmək işləridir. Normal şərtlərdə elmi nəzəriyyənin saysız elmi dəlillə dəstəklənilməsi lazımdır. Ancaq təkamül nəzəriyyəsi üçün bu etibarlı deyil. Təkamül nəzəriyyəsi tək bir elmi dəlillə belə dəstəklənilməmişdir. 150 ildir təkamül nəzəriyyəsi adı ilə ancaq demaqoqluq, təbliğat və saxta dəlil çıxarılır. Ulaş ailəsinin vəziyyətində olduğu kimi şikəstlik və xəstəliklərin dəlil olaraq göstərilməyə çalışılması da bir başqa diqqəti yayındırma fərziyyə üsuludur.

 

Təkamülçülərin bir canlıda meydana gələn xəstəliyi təkamülə böyük bir dəlil olaraq təqdim etməzdən əvvəl, necə olub da təkamülün mükəmməl strukturlar meydana gətirdiyini, necə olub da bir-birindən möhtəşəm canlıları qüsursuz, fövqəladə əsərlər olaraq yaratdığını, hüceyrə kimi bənzərsiz quruluşu və hətta hüceyrə içindəki kompleks orqanelləri necə meydana gətirdiyi izahı lazımdır. Əlbəttə, bu mövzular bütün darvinistlər üçün izahsızdır. Haqqında danışılan yazıda da Kırıkkanat ehtimal ki, təkamül nəzəriyyəsinin hələ həyatın mənşəyinə izah gətirə bilmədiyini bilmir və ya bilmirmiş kimi görünməyi seçir. Halbuki elmi mənada insana və ya başqa bir canlıya aid saysız möhtəşəm quruluşdan birinin belə təkamüllə meydana gəlməsinə dair bir dəlil ortaya çıxara bilmir. Darvinistlərin palçıqlı suda, zaman içində, təsadüflərin təsiriylə öz-özünə meydana gəldiyini iddia etdikləri hüceyrə, laboratoriyalarda Nobel mükafatlı elm adamları tərəfindən çıxarılır. Genetika elmi, Kırıkkanatın iddiasının əksinə əsl darvinist elm adamları üçün böyük bir dağıtma gətirmiş, Darvinin 1959-cu ildə kitabını yazarkən ortaya atdığı bütün iddiaları bütünlüklə aradan qaldırmışdır.

 

Kırıkkanat göründüyü qədəriylə insan və şimpanzenin genetik qarşılaşmaları mövzusuyla bağlı da yetərli məlumata sahib deyil. Ona bu mövzu ilə əlaqədar şərh və qənaətlərini bu işlərlə əlaqədar yazımızı oxuduqdan sonra təkrar nəzərdən keçirməsini tövsiyə edirik.

 

Kırıkkanatın “Ağıllı dizayn” səhvi

Mina G. Kırıkkanatın diqqətindən qaçmışdır, nə Yaradılış Atlasında, nə də Harun Yəhyanın digər əsərlərində “ağıllı dizayn yaratdı” şəklində aciz ifadəyə yer yoxdur. Canlıların hamısını Uca Allah yaratmışdır. Növlərin hamısı ayrı-ayrılıqda, Allahın əmri və diləyi ilə meydana gəlmişdir. Ulu Rəbbimiz Allah “Ol” əmri ilə hər varlığı yoxdan var etməyə qadirdir. Allahın varlığı göz ardı edilərək (Allahı tənzih edirik) qarşıya qoyulan bir “ağıllı dizayn” iddiası son dərəcə ağılsızca və məntiqsiz iddiadır.

Hataylı Ulaş ailəsi də, İraqdakı ailə də, Mina G. Kırıkkanatın özü qəbul etsə də, etməsə də Allahın yaratdığı varlıqlardır. Yer üzündə təkamülün reallaşdığına dair heç bir dəlil yoxdur. Allah, Quranda “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat surəsi, 96) ayəsiylə xəbər verdiyi şəkildə bütün varlıqları yoxdan var etmişdir. Kırıkkanatın ağıllı dizayn yaraşdırması böyük ehtimalla bu mövzulardan uzaqlığından qaynaqlanır.

 

Nəticə: Darvinizmin böyük məğlubiyyəti

Kırıkkanat yazısında inancın elmi olmadığını ifadə etmiş, buna görə Yaradılış inancının elm ilə uyğunlaşdırılmaması lazım olduğundan bəhs etmişdir. Lakin Kırıkkanatın iddiasından çıxış edərək əslində vəziyyətin tam tərsi olduğu görünür. Burada inanc olan, buna görə də elmi olmayan təkamül nəzəriyyəsidir. Heç bir şəkildə elmi dəlili tapılmayan, illər boyunca elmi görünüşü verə bilmək üçün saysız saxtakarlıq ilə dəstəklənməyə çalışılan, hər keçən il elmi inkişaflar və edilən qazıntılar işığında etibarsızlığı bir daha isbat edilən təkamül nəzəriyyəsinin hələ də müdafiəçilərinin olmasının tək səbəbi darvinizmin bir din olmasıdır. Darvinizm dini illərlə insanları bir yalanla aldadacaq, insanlara meymundan yaranmış məsuliyyətsiz heyvan olduqları təlqinini edəcək, qüsurlu insanları açıqca təhqir ifadəsiylə guya “hominid” olaraq adlandıracaq qədər ürküdücü və azğın dindir.

 

Bununla yanaşı Yaradılış gerçəyi, hər keçən gün dəlilləri açıqca və rədd edilməz şəkildə göstərilən, elmi olaraq da sübut edilmiş həqiqətdir. Onsuz da darvinistlərin də çaxnaşma və çətinliyi, təkamül nəzəriyyəsinə qarşı ilk dəfə bu qədər əhatəli və qərarlı mübarizənin aparılmasından qaynaqlanır. 150 ildir demək olar heç bir dəlillə dəstəklənilməyən bu azğın nəzəriyyə, insanların evlərinə qədər girən yaradılış dəlilləri qarşısında yerlə-yeksan olmuş vəziyyətdədir. Darvinist fərziyyə üsulları artıq son dərəcə təsirsizdir. Elm adamları, təlimçilər məktəblərdə şagirdlərinə qarşı bu nəzəriyyəni müdafiə edə bilməz hala gəlmişlər. Təkamülçü elm adamları konfrans keçirməyə adam tapa bilmirlər. Müxtəlif ölkələrdə göstərilmək istənilən təkamül sərgiləri xalqın reaksiyası qarşısında ləğv edilir. Yenə müxtəlif ölkələr uşaqlarına təkamül oxutmaq istəməyən valideynlərin mübarizəsinə səhnə olur.

 

Mina G. Kırıkkanata təkamül yalanı yazıların artıq insanlar üzərində bir təsiri olmadığını, insanların şüurlandıqlarını və konkret, elmi dəlilləri artıq son dərəcə ağılla qiymətləndirdiklərini xatırladırıq. Bu həqiqətlər qarşısında son darvinist çırpınışlar heç bir fayda verməyəcək, Yaradılış Atlasını görən bir adam, darvinist belə olsa, bu tip əsassız yazılara etibar etməyəcək.