İçeriğe geç

Radikal, təkamülçü bir iddianın çöküşünü qəbul etdi

“Radikal qəzetinin 7 oktyabr 2007-ci il tarixli sayında “işə yaramaz orqan” apendiksin funksiyası tapıldı!” başlıqlı xəbər dərc olundu. Xəbərdə, apendikslə əlaqədar korlaşmış orqan iddiasının ləğvi elmi dəlilləriylə eşitdirilirdi. Bu elmi inkişaf aşağıdakı sözlərlə ifadə edilirdi:

 

“Bədənin “baş bəlası və işə yaramaz orqanı” apendiksin funksiyası tapıldı: Həzm sistemi üçün yaxşı mikroblar çıxarıb onları qoruyur. ABŞ-dakı Duk Universiteti Tibb Fakültəsindən cərrah və immunitet elmi mütəxəssisləri apendiksin həzm sistemindəki bakteriya toplusuyla əlaqəli olduğunu ortaya çıxardı.

Əsrlər boyunca lazımsız olaraq xarakterizə edilən, həkimlərin nə işə yaradığını tapa bilmədiyi, cərrahlarınsa nizamlı olaraq kəsib atdığı apendiks, “bir işə yaramadığı” kimi iltihablandığında da (apendisit) ölümcül ola bilirdi. Həzm sistemindəki bakteriyaların çoxu yaxşı və yeməklərin həzm edilməsinə kömək edir. Lakin bəzən bağırsaqlardakı bakteriya florası ölür və ya yox edilir. Yeni çalışmaya görə isə apendiks, belə vəziyyətlərdə həzm sistemini yenidən yükləyir.”

492bd57e1af9eAppendicitis2

Radikalda yer alan bu sətirlər, əhəmiyyətli elmi inkişafdan xəbər verməklə yanaşı, bir əsrdən çoxdur davam edən təkamülçü doqmatizmin az da olsa tərk edildiyini göstərməsi baxımından ümidvericidir. Təkamülçülər XX əsrin əvvəllərində funksiyası hələ kəşf edilməmiş bir çox orqanı (məsələn apendiks, quyruq hissəsi və s.) “işə yaramaz, korlaşmış orqanlar” olaraq qarşıya qoymuş və təkamül lehində dəlil kimi göstərməyə çalışmışdılar.

 

Ancaq sonrakı tibbi araşdırmalar, “işə yaramaz” sayılan orqanların əhəmiyyətli funksiyalarını ortaya çıxarmışdır. Elmi məlumat artdıqca təkamülçülərin məlumatsızlıqla bəslədikləri korlaşmış orqan iddiası da çürüdülmüşdür. Təkamülçü yazar S. R. Skaddinqin ifadəsiylə “biologiya məlumatı artdıqca, korlaşmış orqanlar siyahısı da gedərək azalmış” və sonda yox olmuşdur. (S. R. Scadding, “Do “Vestigial Organs” Provide Evidence for Evolution?”, Evolutionary Theory, 5-ci cild, may 1981, səh. 173.)

 

Radikalda xəbər verilən bu son elmi iş, təkamülçülər tərəfindən çox uzun müddət guya korlaşmış orqan kimi adlandırılan apendiksin funksiyasını ortaya çıxarmışdır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz