clip image027_0000Radikal qəzetinin 21 oktyabr 2007-ci il tarixli iki əlavəsində, “Başımız balacalaşdı, beynimiz böyüdü” başlıqlı yazı nəşr olundu. Zəfər Kantar tərəfindən hazırlanan yazıda, dünyanın ən kasıb ölkələrindən biri olan Efiopiyada davam etdirilən insanın mənşəyi barədə araşdırmalar mövzu kimi götürülür, Ankara Universiteti Antropoloji Tədqiqatlar rəhbəri Erkin Güleçin də bu işlərə imza atan türk elm adamı olduğu göstərilirdi. Tapıntılar və bunların xüsusiyyətləri yaxud tətbiqlərinə dair hər hansı məlumat qeyd olunmayan, insanın təkamülü ssenarisinin bəzi məlum fosillərinə qısaca nəzər salınır, o illərdir təkralanan eyni darvinist nağıl yenidən gündəmə gətirilirdi.

 

Yazıda 1974-cü ildə tapılan 3.7 milyon illik Lusi fosilinin insanın atası olaraq qəbul edildiyi, ancaq 1994 və 2001 illərində Tim Vaytın üzə çıxardığı bəzi tapıntılarla bu vəziyyətin dəyişdiyi qeyd olunurdu. Bu Lusi fosili, Avstralopitekis afarensis növünə aid, soyu tükənmiş meymunun fosillərindən ibarətdir. Skeleti qismən qorunmuş halda olan fosillər, aid olduqları canlının dik yeriyən ola biləcəyi iddiasıyla, təkamülçülər tərəfindən itkin halqa statusuna yüksəldilmişdir. Ancaq təkamülçülərin digər bütün itkin halqa iddialarında olduğu kimi, Lusi ilə əlaqədar bu iddianın da yeni tapıntıların əldə edilməsi və yeni müqayisə edilməli anatomik tədqiqatlarla etibarsız olduğu aydın olmuşdur.

 

Radikal qəzeti yazısında toxunulan ikinci tapıntılar isə Ardipitekus ramidus fosilləridir. Vayt, insanın xəyali şəcərəsinin təməlində Ardipitekusu oturtmağa çalışır. İnsanın təkamülü ssenarisini bu istiqamətdə don geyindirməyə çalışır, Ardipitekus> Avstralopitekis> Homo şəklində bir ssenari hazırlayır.

 

Ancaq Vaytın Ardipitekusla bağlı təkamüllü ata iddiası təkamülçülər arasında da az tərəfdar tapmışdır. Çünki bu canlının sümükləri aşkar şəkildə şimpanzeyə uyğundur və əldəki fosillərdən irəli sürülən iki ayaqlılıq fərziyyələri tamamilə təbliğat məqsədlidir. Məsələn, məşhur təkamülçü anatomiyaçı Bernard Vud, “New Scientist” jurnalının 26 oktyabr 2002-ci il tarixli sayında nəşr olunan bir məqaləsində Ardipitekus ramidusun iki ayaq üzərində yeriməsini bilinmədiyini yazmışdır. (Bernard Wood, Who are we?, New Scientist, 2366 saylı, 26 oktyabr 2002, səh. 44) Çünki sümüklər üzərində dik gəzmə iddiasını sübut edəcək heç bir dəlil yoxdur.

Digər tərəfdən, Ardipitekusun “foramen magnum”u (onurğanın kəlləyə girdiyi dəlik) də bu canlının insan soyunda olduğu iddiasına zərbə vurur. Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyindən təkamülçü araşdırmaçılar Yan Tattersall və Jefri Şvartz bu problemi belə ifadə edirlər:

 

Ardipitekus, hominidlərlə ortaq ataya sahib olsa da, “foramen magnumun”un mövqeyini, fərz edilən nəvələrindən xüsusi şəkildə fərqlidir. Bir ata, nəvələrindən daha əvvəl törəmiş [müəyyən xüsusiyyətlər baxımından daha çox formalaşmış] ola bilməyəcəyinə görə [Ardipitekus] bunlardan birinin atası ola bilməz. (Ian Tattersall & Jeffrey Schwartz, Extinct Humans, Westview Press, 2000, səh. 98)

 

Qısası, Radikal qəzetində bəhs edilən növlər, insanın atası olduğu iddiası təkamülçülər arasında da mübahisəli olan soyu tükənmiş meymun növləridir. Hörmətli Kantar Güleçin təkamül nağıllarını elmi həqiqətləri olaraq izah etməklə oxucularını yanıldır. Əgər hörmətli Kantar insanın təkamülüylə bağlı yazılar qələmə almaq istəyirsə, özünə insanın təkamülü ssenarisinin məhvinə gətirib çıxaran tapıntıları araşdırmasını tövsiyə edərik. Xatırladaq ki, təkamülçülər tərəfindən Homo erektusun atası olaraq göstərilən Homo habilisin H. erektus ilə eyni dövrdə yaşadığının ortaya çıxması təkamülçülərin illərdir izah etdikləri ssenariləri yaxın zamanda çürütmüşdü. Hörmətli Kantar tapıntılarla əlaqədar yazımızı oxuduğu təqdirdə hörmətli Güleçin izah etdiklərinin elmi həqiqət daşımayan köhnə darvinist nağıllar olduğunu görəcək.