Ateistlər müasir elm sahəsindəki inkişaflar qarşısında sürətlə məhv olmaqdadır. Vyana universitetinin dünyada məşhur din sosioloqu Paul M. Zulehnerin, “The Washinqton Times” qəzetində “Ateizm dünya miqyasında çökməkdədir” başlıqlı xəbərdə ifadə edildiyi kimi, “Avropadakı həqiqi ateistlər çox kiçik qruplaşma qurdular. [Belə ki] sosioloji araşdırma mövzusu belə olacaq miqdarda deyildirlər”.1

 

Avropanın bu çox kiçik ateistlər qrupu, fəlsəfələrinin elm və cəmiyyət nəzdində geriləməsinin oyandırdığı can heyi ilə artıq son çırpınışları yaşayırlar. Bu istiqamətdə son olaraq ingilis psixoloqu Riçard Lennin zəka və imanla əlaqədar elmdən kənar təhrif etmələrinin gündəmə gətirildiyi görülür. Ulster universitetində vəzifədə olan Riçard Lenn, “Intelligence” adlı elmi jurnalda nəşrə hazırlanan yazısında, cəmiyyətin aydın qismi və alimlər arasında Allaha inanmayanların, inananlara nisbətən daha çox olduqlarını, bir cəmiyyətdə ortalama zəka səviyyəsi artdıqca inananların nisbətinin buna bağlı olaraq azaldığını qarşıya qoyur.

Axşam qəzetinin isə bu iddianı “zəka dindən, imandan edir” başlığıyla sahiblənərək, inanclı türk millətinə təhqir mənasını verən bu yalana dəstək verdiyi görünür.

Halbuki Lennin zəka səviyyəsi və iman arasında qurmağa çalışdığı tərs mütənasib əlaqənin heç bir elmi əsası yoxdur. Bu işin hazırlanma və mediada gündəmə gəlmə şəkli yalnız zəbt etmək məqsədi güdüldüyünü göstərir. Bu yazıda, Lennin Axşam qəzetində yer alan iddiaları cavablandırılır.

 

Allaha imanı ağılsızlıq olaraq görənlər, ağılsız olanlar özləridir

Allahın varlığını inkar edərək özlərinə görə guya aydın və elita şəxsiyyəti qazandıqlarını düşünənlər çox böyük səhv edirlər. Ətrafını az da olsa açıq vicdan və şüurla araşdıran bir insan, istər öz bədənində, istərsə də təbiətdə çox həssas nizamlamalara əsaslanan, üstün ağıl və qüdrət tələb edən plan olduğunu görə bilər. Daşdan, havadan, sudan yaranan və heç bir ağlı olmayan təbiətin, bu planı yaratma gücü olmayacağını, bütün bunların ancaq üstün Yaradıcının əsəri olduğunu asanlıqla qavraya bilər.

 

Yaxşı bəs, o halda təbiət haqqında olduqca məlumatlı və ağıllı bəzi alimlərin ateizmi mənimsəməsi nədən qaynaqlanır?

 

İnsanın nəfsi, öz xüsusiyyətləriylə qürurlanaraq təkəbbürlənməyə və özünü hər şeydən üstün görməyə meyillidir. Ateist alimlər də elmi təcrübəsi artdıqca özlərini digər insanlardan üstün saymağa başlayaraq, Allahın yaratdığı bir qul olduqları həqiqətindən tamamilə uzaqlaşırlar. Özlərini yaradan və davranışlarından məsul tutan Yaradıcının varlığını, ona ibadət etməyi bu qürurlu aldanmaları ilə rədd edirlər. İnkarçıların bu rəftarı Quranda belə bildirilir:

 

“Vicdanları qəbul etdiyi halda, zülm və böyüklənmə səbəbindən bunları inkar etdilər. Artıq sən, təxribatçıların necə bir sona uğradıldıqlarına bir bax.” (Nəml surəsi, 14)

 

Axşam qəzetində ateizmə zəka məhsulu düzgün düşüncə bəzəyi verilməsi tamamilə yalandan ibarətdir. Ateizm ağılın yoluna uyğun gəlməyi deyil, onu tamamilə kənarlaşdırmağı tələb edən batil düşüncədir. Bu elə ağıdan kənar düşüncədir ki, canlılığın ən fundamental quruluş daşı olan funksional zülallardan bir dənəsinin də təsadüfən ortaya çıxma ehtimalı “sıfır” olduğu halda buna kor-koranə inanmağı tələb edir. Məsələn, ölkəmizin tanınmış darvinist bioloqu sitokrom-c adlı zülalın təsadüfən meydana gəlmə ehtimalı olmamasına baxmayaraq, buna inanmağı seçdiyini yazır:

 

“Bir Sitokrom-C-nin düzülməsini yaratmaq üçün ehtimal sıfır deyiləcək qədər azdır… Ya da meydana gəlməsini bizim təyin edə bilməyəcəyimiz fövqəltəbii güclər yerinə yetirmişdir. Bu sonuncusunu qəbul etmək elmi məqsədə uyğun deyil. O halda birinci fərziyyəni araşdırmaq lazımdır.”

 

Eyni bioloqun mövzuyla əlaqədar başqa izahı isə belədir:

 

Sitokrom-C-nin müəyyən amin turşusu düzülməsini təmin etmək bir meymunun kompüterdə heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır (meymunun təsadüfi düymələrə basdığını qəbul edərək).2

 

Beləliklə, Allaha imanın ağılsızlıqla əlaqələndirilməsi ancaq bu iddia sahiblərinin ağıl və məntiqdən uzaq hərəkət etdiklərini göstərir. Uca Allah, Quranda bu insanların vəziyyətini belə bildirir:

 

“Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)

 

Axşam qəzeti yazısındakı təhriflərə cavablar

1) Alimlər arasında ateistlərin nisbətinə dair verilən rəqəmlər gözdən pərdə asmaq üçündür

Axşam qəzetində, Lennin çalışmasına əsaslanaraq tamamilə yanıldıcı bəzi rəqəmlər və iddialar verilir. Məsələn, alimlər içində ateistlərin nisbəti olduqca çox göstərilir, ingilis alimlərin yalnız 3.3%-in Allahın varlığına inandığı qarşıya qoyulur. Halbuki 2005-ci ildə Rays Universiteti sosioloqu Elain Hauard Eklund tərəfindən 1646 seçmə alim üzərində aparılan araşdırma bu kəslərin 2/3-in Allaha inandığını ortaya çıxarmışdır. Yenə 2005-ci ildə və Çikaqo Universiteti araşdırmaçıları tərəfindən aparılan bir başqa tədqiqat isə həkimlərin 76%-nin Allaha inandığını göstərir. Bu iki işin ortalaması götürülsə və inanan alimlərin nisbəti ortalama 70% qəbul edilsə, bu dəyərin Axşam qəzetində ingilis alimlərdən verilən 3.3%-in dəyərindən ən az 20 dəfə çox olduğu ortaya çıxır. Qısası, Axşam qəzeti, aydın olmaz şəkildə ateizmin məhvini gizləmə məqsədiylə bəzi dar əhatəli və gözdən pərdə asacaq rəqəmləri oxucularına təqdim etməyi seçir.

 

2) Dünyada məşhur ateistlər belə açıq imani həqiqətlər qarşısında Allaha inandıqlarını açıqlamışlar

Ateizm tərəfdarlarının, fəlsəfələrinə alimlər arasında ateizmdən kömək axtarışlarının etibarsızlığının, bəlkə də, ən gözəl göstəricisi məşhur ateist filosof Antoni Flunun bir Yaradıcıya inandığı şərhi olmuşdur. İngilis fəlsəfə üzrə professoru Flu, 15 yaşında ateist olmağı seçmiş və adını akademik sahədə ilk olaraq, 1950-ci ildə nəşr etdiyi bir məqaləylə tanıtmışdı. Sonrakı 54 illik müddətdə, dərs dediyi Oksford, Aberdeen, Keele və Reading Universitetləri ilə əlaqəli olduğu üçün olduğu çoxlu sayda Amerika və Kanada universitetində, müzakirələrdə, kitab, dərs və məqalələrdə ateizmi müdafiə etmişdi. Ancaq Flu, 2004-cü ildə bu səhvdən əl çəkdiyini və kainatın yaradıldığını qəbul etdiyini açıqlamışdı. Flu, bu inanc dəyişikliyinin kökündə yatan elmi səbəbləri bu sözlərlə açıqlayırdı:

 

“Bioloqların DNT üzrə tədqiqatları, həyat üçün lazımlı nizamlamaların az qala inanılmaz olan kompleksliyini ortaya qoyaraq, həyatın təməlində şüurlu yaradılışın lazım olduğunu göstərdi”.3 “Artıq törəyə bilən o ilk hüceyrənin naturalist təkamülə əsaslanan bir izahını verməyi düşünməyə başlamaq belə həddindən artıq çətindir.”4 “İlk canlının cansız maddədən təkamül keçirdiyi və fövqəladə kompleks canlıya çevrildiyi iddiasının heç bir etibarlı əsası olmadığı qənaətinə gəldim”.5

 

3) “Alimlərin ateist olması lazımdır” düşüncəsi axmaqlıqdır. Elmi intizamların qurucuları Allaha iman etmiş tədqiqatçılardır

Axşam qəzetindəki xəbərə baxıldığında, insanların elmlə maraqlanmağa başlayıb alim olduqları zaman Allah inancından uzaqlaşıb ateizmə yönəldikləri kimi tamamilə həqiqətdən uzaq təəssürat yaranır. Halbuki elm tarixi göstərir ki, təbiəti araşdırıb tədqiqata əsaslanan elmi metodologiya və intizamları yaradanlar daim Allaha inanmış insanlardan ibarətdir. Bunlardan bəzilərinin adları belədir:

 

Fizika: Nyuton, Faradey, Maksvel, Kelvin

Kimya: Boyla, Dalton, Ramsay

Biologiya: Rels, Linneaus, Mendel, Paster, Virkov, Aqassiz

Geologiya: Steno, Vudvard, Bruster, Bukland, Kuvier

Astronomiya: Kapernik, Qaliley, Papaqlar, Hersçel, Maunder

Riyaziyyat: Paskal, Leibnitz, Euler

(Ətraflı məlumat üçün baxın: Quran elmə yol göstərər, Harun Yəhya, Araşdırma Nəşriyyat) http://www.harunyahya.org/bilim/hy_bilime_yol_gosterir/bilim0.html

 

4) “Zəki olmaq geni”, elmdən uzaq, uydurma anlayışdır

Axşam qəzeti xəbərində həmçinin SSADH olaraq adlandırılan genin “zəki olmaq geni” olduğu və bu geni daşıyanların daha uzun yaşadığına dair məlumatlar yer alır. Axşam qəzetinin bu iddiaları, zəka və ateizm arasında qurulan əlaqə çərçivəsində düşünüldüyündə, sanki insanları ateizmə yönəldən bir gen varmış da elm bunu kəşf etmiş kimi tamamilə çaşdırıcı vəziyyət ortaya çıxarır. Halbuki elmi ədəbiyyatda bu genin və ya hər hansı başqa genin “zəki olmaq geni” olaraq qəbul edilmiş vəziyyəti yoxdur.

Amerika Təbiət Tarixi Muzeyinin Molekulyar Biologiya Laboratoriyası rəhbəri olan Rob Desalle və eyni laboratoriyada tədqiqatçı olan Maykl Yudell, Nyu York Times qəzetində nümayiş olunan izahlarında “insan zəkasının hələ tam anlamının yetərli şəkildə izah edilmədiyini, buna görə bunu bir genlə əlaqələndirməyin mümkün ola bilməyəcəyini” bildirir.

 

Nəticə: Ateizm süqut edir, yalan və uydurma rəqəmlərlə gözdən pərdə asmaq cəhdləri bu həqiqəti dəyişdirmir

Ateizm, elmin göstərdiyi açıq-aşkar yaradılış gerçəyini yalnız bir Yaradıcının varlığını rədd etmək adına rədd edən kor-koranə, batil inancdır. Axşam qəzetinin köçürdüyü xəbər, bu fəlsəfənin müdafiəçilərinin çaxnaşma havasında həyata keçirdiyi son çırpınış, son səydir. Yuxarıda göstərildiyi kimi, Riçard Lennin zəka və iman arasında qurduğu tərs nisbət istər elm tarixinin həqiqətlərinə, istərsə də digər sosioloji araşdırmaların nəticələrinə ziddir. Xüsusilə, Harun Yəhyanın çalışmalarının da vəsilə olmasıyla ölkəmizdə ateizm və təkamül nəzəriyyəsi tükənmə nöqtəsinə gəlmişdir. Axşam qəzeti inanc sahibi Türk millətinin tarixi boyunca olduğu kimi bundan belə də Allahına və dininə bağlı qalacağını görmələrini tövsiyə edirik.

 

 

1) Uwe Siemon-Netto, “Analysis: Atheism worldwide en decline”, The Vaşinqton Times, 1 mart 2005,

http://www.washtimes.com/upi-breaking/20050301-123015-2069r.htm

2) Prof. Dr. Ali Demirsoy, Varislik və Təkamül, Meteksan nəşriyyat, Ankara, 1995, yeddinci nəşr, səh. 61

3) Richard N. Ostling, “Lifelong atheist changes mind about divine creator”, The Vaşinqton Times, http://washingtontimes.com/national/20041209-113212-2782r.htm

4) Antony Flewin Philosophy Now jurnalının avqust-sentyabr saylı məktubu; http://www.philosophynow.org/issue47/47flew.htm

5) Stuart Wavell and Will Iredale, “Sorry, says atheist-in-chief, I do believe en God after all,” The Sunday Times, 12 dekabr 2004, http://www.timesonline.co.uk/article/0,,2087-1400368,00.html

6) http://query.nytimes.com/gst/fullpage.html?res=9A0DE2D91739F93AA25756C0A96E958260