Header

Hörmətli Adnan Oktarın yeni izahları (28 sentyabr 2013; 22:30)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN MÖMİN SURƏSİNDƏN AYƏ İZAHI

Mömin surəsi, 7-ci ayə

“Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!”

“Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir”. Əlhəmdülillah deyirlər. Həmd etmək nə gözəldir. Allaha təşəkkür edirsən. İnsanlar bir-birlərinə təşəkkür edir. Məsələn, biri hədiyyə gətirir, “Təşəkkür edirəm” deyirsən. Allah bir yaxşılıq verir, bir gözəllik verir, Allaha təşəkkür edirsən, həmd edirsən, maşaAllah.

“Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər”. Mələklər Allaha iman edir. “… möminlər üçün də bağışlanma diləyirlər”. “Ya rəbbim, onları bağışla” -deyirlər.

“Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!” deyə mələklər davamlı belə dua edirlər. Müsəlmanlara, möminlərə şəfqətli olduqları üçün. Davamlı bunu, gözəl sözlər söyləyirlər.

Kuran ile ilgili görsel sonucu

Əlbəttə ki, mələkləri görsək ağılın ixtiyarı qalxar. Məsələn, hal-hazırda burada da mələklər var. Amma görsək insanlar tam fərqli bir aləmə girərlər, inşaAllah. Mələk görmək üçün əvvəlcə bir nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır.

Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi. Onsuz da o zaman Peyğəmbərimiz (s.ə.v)-in üstünü örtürdülər. Maddi olmaqdan çıxdıqda nur olaraq o ölçüyə girdikdə mələklərlə çox rahat görüşürdü. Cəbrayıl (ə.s) ilə görüşürdü, başqa mələklərlə görüşür, danışırdı. O hal qalxıb maddələşdikdə yenidən insanlarla danışırdı. Rahat bir əlaqə olurdu, inşaAllah. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mağarada təfəkkür edərkən yanına mələk gəldikdə həyəcanından huşunu itirmişdi. Çox cəsur, təvəkküllü bir insan olduğu halda həyəcanından bu halı qaldıra bilmir. Cəbrayıl (ə.s): “Oxu” -deyir. “Oxumağı bilmirəm” -deyir. Halbuki orada ayə enmiş olur, inşaAllah.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313