İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (28 noyabr 2013; 11:30)

HÖRMƏTLİ ADNAN OKTARIN VAQİƏ SURƏSİ VƏ NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

 

Vaqiə surəsi, 61-ci ayə

Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

“Sizi bənzərləriniz ilə əvəz etməyə …” Ruh eyni qalır, amma Allah bədəni dəyişdirir, başqa bir bədən inşa edir. “… və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa …” Yəni Allah, yeni inşa etmə şəklini indki elmlə bilməyiniz mümkün deyil deyir. Çünki elmin zəmini dəyişir, yəni fizika, kimya, biologiya qanunları dəyişəcəyi üçün Allah; “Siz dünyada bilməyəcəyinizi axirətdə biləcəksiniz” -deyir. Allah axirətdə bir məntiq yaradır. Məsələn axirətdə ciyərin vəzifəsi budur, ürəyin vəzifəsi budur deyə hər şeyin bir məntiqi olmuş olar.

 

Vaqiə surəsi, 62-ci ayə

 “Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün düşünmürsünüz?”

“Hüceyrənin quruluşunu görürsünüz, xromosomları, vakuolları, mitoxondrini hamısını görürsünüz, sitoplazmanın quruluşunu, virusların quruluşunu, hər şeyi bilirsiniz”. Allah, “Öyüd alıb, düşünüb, dərinliyinə baxıb, Allaha heyran olmağınız lazım deyilmi?” -deyir.

 

Vaqiə surəsi, 63-64-cü ayələr

“Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?”

Yəni o toxuma o gücü verən Allahdır. Bədiüzzamanın bənzətməsini edək. Məsələn torpağa kiçik bir əncir toxumu atılır. İynə ucu boyda toxumu var. 30 il sonra gəldikdə, 30 metr boyunda ağac olur, ən az 300.000 meyvə verir və gələcək nəsil əncirlərin kodu da iynə ucu boyda olan toxumun içindədir. Ballı, şirin, böyük əncirlərə vəsilə olan nədir? İynə ucu boyda bir toxumdur. Sürətləndirdiyini düşün; toxum yerə düşür, böyük ağac olur, yağış kimi oradan tonlarla meyvəsi yağır. Hər il toplanır. Bir ucu torpağa girmiş bir ağacdan meyvə sanki dəniz kimi axır.

 

Nisa surəsi, 172-ci ayə

Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

Baxın, “Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər”. Yəni Cəbrayıl, Mikayıl Allaha qul olmağa qətiyyən təkəbürlülük göstərməzlər. Allah burada mələklərlə eyni yerdə olan bir insandan bəhs edir. Mələklərlə birlikdə olan bir insan var. O da İsa Məsihdir. Allah: “Məsih və yaxınlaşdırılmış mələklər” -deyir. Başqa heç bir peyğəmbərdən bəhs etmir. Allah, mələklərlə birlikdə ibadət edən bir insandan bəhs edir. Bu insan da İsa Məsihdir. Bu ayə, İsa Məsihin göydə olduğunun əlamətlərindən biridir. “Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər”. Yəni ibadət edərlər, birlikdə Allaha boyun əymişlər, Allaha quldurlar.

“Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır”. “Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin …” Allah burada ibadət etməkdən bəhs edir. İsa Məsih də, mələklər də göydə Allaha ibadət edir. İsa Məsih onlarla birlikdə rüku edir, səcdə edir, qiyam edir. Ona görə Allah deyir: “Məsih də, onun yanında olan yaxınlaşdırılmış mələklər də; Cəbrayıl, Mikayıl və digər minlərlə mələk onun enişini təmin edəcək, hədislərdə də var bilirsiniz. Onlar da birlikdə namaz qılırlar, birlikdə ibadət edirlər. Amma əsl burada, ayənin ifadə etdiyi İsa Məsih və yaxınlaşdırılmış (yüksək dərəcəli) mələklər. Cəbrayıl var, Mikayıl var, İsrafil (ə.s) var. Və bizim bilmədiyimiz başqa mələklər də var. Yəni bunlar mələklərə liderlik edən mələklərdir. Hal-hazırda İsa Məsih onlarla birlikdə eyni mühitdə həyat sürür.

 

Nisa surəsi, 174-cü ayə

“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik”. Ayə Qurana işarə etməklə birlikdə İsa Məsihin enişinə işarə edir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz