Header

Dəccalın oyunu sona çatdı – 2

Aa4a

deccal ile ilgili görsel sonucuYaşadığımız dövr, hədislərdə bildirilən çox müxtəlif əlamətlərdən aydın olduğu üzrə “Axırzaman” dır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən aydın olduğu qədəriylə Axırzaman hal-hazırda yaşanır və hz. İsanın yenidən yer üzünə gəlişi, Allahın diləməsiylə, bu dövrdə gözlənilir. Yenə hədislərdə xəbər verildiyi kimi, yaşanan Axırzamanda dəccalın fitnəsi də hiss edilir, üsyankarlıq, pislik, ayrılıq və fitnə-fəsad dünyanın hər yerinə yayılır. İnsanların böyük bir qismi dəccalın fitnəsinə uymuşlar, gözəl əxlaqdan uzaqlaşmışlar, yer üzündə inkara əsaslanan şeytani bir sistemi qəbul etmişlər.

Dəccalın yaşadığımız Axırzamanda ideoloji cəhətdən ən böyük fitnəsi isə darvinizm olmuşdur. 19-cu əsrin ən böyük xurafatı olan darvinist ideologiya, ilk başlarda əks reaksiya görsə də, dəccalın təsiri ilə 20-ci əsrdə cəmiyyətlərə yayılmış, kütlələri arxasından sürümüş, bir çox tərəfdar toplamış, məktəb kitablarına, elmi ədəbiyyata daxil olmuşdur. Böyük bir yalan olmasına, elm iddiası ilə ortaya çıxıb elmi heç bir dəlillə dəstəklənməməsinə baxmayaraq, dəccalın təsiri ilə bütün dünyanı aldatmağı bacarmışdır. Dəccalın təsiri ilə insanlar, olmayan bir şeyi mövcud qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan bir nəzəriyyəni” həyatın mənşəyinə izah ” olaraq mənimsəmişlər. Uşaqlar, ilk məktəb çağlarından etibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlamış, ən çox izlənilən darvinizm tərəfdarı televiziya kanalları təkamülə dair saxta ssenariləri “elmi iş” olaraq ön plana çıxarmış, universitet professorları bu saxtakarlığı canla başla müdafiə etmişlər. Bu, öz-özlüyündə batil inanc sistemidir. Darvinizm, batil bir din olaraq ortaya çıxmışdır; insanlar isə bu batil dinə kor-koranə inandırılmaya çalışılmış, inanmayanlar kənarlaşdırılmışlar, susdurulmuşlar. 1.5 əsrdir nəzəriyyənin lehinə heç bir elmi dəlil yoxdur. Olması da qeyri-mümkündür. Amma darvinizm saxta bir inanc sistemi olduğundan, təkamül nəzəriyyəsi adına daima saxta dəlillər çıxarılır, təkamülü çürüdən həqiqi elmi dəlillər isə gizlədilir. Bu saxtakarlığın ölçüləri həqiqi mənada çox böyükdür və bu, Allahı inkara əsaslanan, batil, saxta bir inanc sistemi olmasıyla, dəccalın bilinən və hədislərə görə Axırzamanda gözlənilən bir oyunudur.

Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın meymun əcdadları olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz heyvan olduğuna inandırmağa çalışan, güclü olanın zəif olanı əzməsi kimi azğın bir fikirlə yola çıxaraq kütlələri qətl edən, savaşları başladan, insanları kiçik və alçaq görən bu saxta inanc sistemi, dəccalın ən böyük oyunlarından biri olan darvinizmdir. Lakin 150 ildir davam edən bu oyun, 21-ci əsrin əvvəlləri ilə artıq məhvə uğramış vəziyyətdədir. Dəccalın oyunu bitmişdir. Dəccal artıq ölmüşdür. Kütləvi yalanı sona çatmışdır. Batil olan din, Allahın haqq dini qarşısında yerlə bir olmuşdur. Allah, şübhəsiz, Öz dinini üstün edəcək olandır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunis surəsi, 82)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313