Şeytanın murdar və hiyləgər bir üsulu vardır: İnsanlara “tərs məntiq” istifadə edərək təsir etməyə çalışır. Bu üsulla insanları din əxlaqının təbliğindən, ateizm ilə mübarizədən, gözəl əxlaqın yayılmasından uzaqlaşdırmağa çalışır. Bunu edərkən şeytan, özünə qulaq verən kəslərə son dərəcə məqbul görünən səbəblərlə yaxınlaşar. Şeytanın bu hiyləgər üsuluna uyanlar üçün ibadət etməmək, təbliğ etməmək, Allah üçün çətinliklərə sinə gərməmək, Allah rizası üçün yaşamamaq və azğın inanc sistemlərinə qarşı mübarizə aparmamaq üçün səbəblər, digər bir deyişlə bəhanələr olduqca çoxdur. Şeytanın metodu elə hiyləgər, elə alçaqca və elə aldadıcıdır ki, Allah adına mübarizə aparmaq mövzusunda tərəddüddə olan insanlar bu bəhanələrdən istifadə etməkdə bir an olsun tərəddüd etməzlər. Bəziləri özlərini səmimi bir müsəlman olaraq göstərir, lakin fərqində olaraq və ya olmayaraq şeytanın tərs məntiqini özlərinə qayda qəbul edərlər. Öz mənfəətlərini əsas götürər, Allah adına mübarizə aparmaq əvəzinə insanların nəzərindəki etibarlarını qorumaq ardınca qaçarlar. Allahın əmrlərini yerinə yetirmək mövzusunda tənbəl davranar, bu yolda səy göstərənləri isə öz düşdükləri tələyə çəkməyə çalışarlar. Bu şəkildə vicdanlarını rahatlaşdırar, doğru yolda olduqlarına aid qənaət gətirməyə çalışarlar. Lakin öz nəfsləri də şahiddir ki, Allahın razılığına uyğun olmadığı üçün vicdanları rahat deyil.
Şeytanın, vicdanları ilə hərəkət etməyən bu kəslərə verdiyi vəsvəsələrdən bir neçəsi belədir:
“Darvinizmin yalan olduğunu izah etməyin, darvinizm təbliğatı etmiş olursunuz” məntiqi:
Darvinizm, dünya səviyyəsində yayılmış, dünyaya ateizmi, zülmü, ağrı-acını, müharibələri, əxlaqsızlıq və degenerasiyanı gətirmiş, ötən iki əsrin ən böyük fitnəsi, ən azğın dinidir. Dəccalın bütün dünyaya yaydığı ən böyük kütləvi yalandır. Darvinizm ilə aparılan fikri mübarizə ateizm ilə mübarizədir, Allah inancına qarşı ortaya atılmış hər cür ideologiya, fitnə və bəla ilə mübarizədir. Və əlbəttə bu fikri mübarizə, Allah rizası üçün gözəl, davamlı və qərarlı bir mübarizə tələb edir.
İnsanlardan bəziləri vicdanən bu mübarizədə iştirak etməli olduqlarını bilirlər. Əsrin ən böyük fitnəsinin başının əzilməli olduğunun, Allah inancının və gözəl əxlaqının təkrar yer üzünə hakim edilməli olduğunun şüurundadırlar. Lakin mübarizədən qaçarlar. Allah üçün göstəriləcək səy onlara çətin gələr. Allahın “Əgər yaxın bir fayda və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Amma çətinlik onlara uzaq gəldi …” (Tövbə surəsi, 42) ayəsində qeyd olunduğu kimi, belə bir çətinliyin içinə girmək istəməzlər. Məhz bu səbəblə şeytanın irəli sürdüyü tərs məntiqə uyar və aparılan mübarizəni tərs istiqamətə çəkməyə çalışarlar. Darvinizm ilə mübarizənin bir darvinizm təbliğatı olduğunu iddia edirlər. “Darvinizm onsuz da öldü, niyə mübarizə aparırsınız” iddiasıyla ortaya çıxarlar. “Onsuz da ölmüş bir nəzəriyyəni izah edərək varmış kimi göstərirsiniz” məntiqini önə sürürlər. Bu tərs məntiqdən yola çıxaraq darvinizmin bir yalan olduğunun heç bir şəkildə izah edilməməli olduğunu iddia edərlər. Şeytanın tərs məntiqinə uyaraq, özləri də mübarizə aparmaz, başqalarına da mane olmağa çalışarlar.
Halbuki bu azğın din hələ də fəaliyyətdədir və bunun yox edilməsi üçün mütləq ciddi bir mübarizə aparılmalıdır. Darvinizm insanları ateizmə sürüyərkən, kütləvi qırğınlara gətirib çıxararkən, bunu görməməzlikdən gəlmək, səmimi bir müsəlmanın qəbul edə biləcəyi bir şey deyil.
“İslamı yaysanız hər yerdə adınız eşidilər, şöhrət qazanarsınız. Şöhrətdən uzaq olmaq üçün İslamı yaymaqdan imtina etməlisiniz” məntiqi:
Şeytan insanları tərs məntiqi ilə aldadaraq dinin təbliğ edilməsinə də mane olmağa çalışar. Şeytan bu saxta təlqin ilə, təbliğ edən kəslərin özlərini ön plana çıxarmağa çalışdıqlarını, öz şöhrətlərini yaydıqlarını və bunun da səhv olduğu fikrini ortaya atar. Aciz və alçaqca məntiqi ilə təbliğ edən insanların İslam əxlaqını nə qədər çox izah edərlərsə o qədər şöhrətlənərək öz şöhrətlərini artdırdıqlarını, bu səbəblə dərhal təbliğə son verməli olduqları təlqinini yaymağa çalışar.
Halbuki bu bir yalandır.
Şeytan bu aldatma üsulunu tarix boyu peyğəmbərlərin təbliğinə istiqamətli olaraq da istifadə etmişdir. Beləliklə, inkarçılar şeytanın bu yalanına aldanaraq, peyğəmbəri “şöhrətlənmiş bir şair” olaraq xarakterizə edib onun təbliğinə uymamışlar:
Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik. Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?” Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi. (Saffat surəsi, 34-37)
Şeytan, tarixdə inkarçıları bu yolla azdırdığı kimi, indiki vaxtda da eyni fitnəçi metoddan istifadə edir. Şeytanın verməyə çalışdığı bu təlqinə qarşı mütləq açıq şüurla, səmimiyyətlə və Quranla cavab vermək lazımdır. Keçmişdə peyğəmbərlərə istiqamətli eyni böhtanlar atılmış olsa da, onlar heç bir zaman Allah inancını izah etməkdən, din əxlaqının təbliğindən güzəştə getməmiş, haqqı söyləməkdən heç bir zaman çəkinməmişlər. Onlar, şeytanın aldatma üsullarına deyil, yalnız Qurana uyaraq hərəkət etmişlər, haqqı və doğrunu gətirmişlər. Əgər bir müsəlman səmimidirsə, şeytanın bu oyununun dərhal fərqinə varmalı Qurana və vicdanına görə dinin təbliğinin Allahın bir əmri olduğunu bilərək boynuna götürdüyü məsuliyyəti yerinə yetirməlidir.
“Masonluq və ateist Sionizm ilə mübarizə aparmayın. Bunların təbliğatını etmiş olarsınız” məntiqi:
Şeytan öz sistemini davam etdirə bilmək, Allah inancının yayılmasına mane olmaq üçün cəmiyyətlərə bəla olaraq sardırdığı bütün azğın dinlərin güclü qalmasını istəyir. Masonluq və ateist Sionizm hazırda bütün ölkələri təsiri altına almış, ateizmi, darvinizmi cəmiyyətlərə yayan, müharibələrin, zülmlərin ən böyük səbəbi olan şeytanın əsas oyunudur. Bunlarla mübarizə, şeytanın bütün səylərini alt-üst edəcək, bütün oyunlarını ortadan qaldıracaq. Məhz bu səbəblə şeytan bir qisim insanlara özünə görə məqbul bəhanələrlə yaxınlaşaraq bu azğın inancların davam etdirilməsi və yayılması məqsədini güdür. Bunu edərkən insanlara bu təlqini verir: “Əsla bu azğın inanclarla mübarizə aparmayın, bunların təbliğatını etmiş olarsınız”.
Şeytan Masonların və ateist sionistlərin gizli fəaliyyətlərinin, əxlaqsızlıqlarının, dinsizliklərinin ortaya çıxarılmasının onları gündəm halına gətirib inkişaf etdirdiyini iddia edir. Məhz bu səbəblə də, Allah inancı ilə mübarizə halındakı bu kəslərin gizli fəaliyyətlərinin ortaya çıxarılmamasının ən yaxşısı olacağı təlqinini verir. “Buraxın istədikləri kimi fəaliyyət göstərsinlər, təki onlardan bəhs etməyin” deyərək çirkli oyununu davam etdirər.
Rəbbimiz bir ayəsində belə buyurur:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa Surəsi, 75)
Ayədə ifadə edildiyi şəkildə Allah adına mübarizə apara bilmək üçün, Allah inancına qarşı ortaya çıxmış bütün batil inanc və ideologiyalara qarşı güclü bir mübarizə halında olmaq lazımdır. Allah üçün yaşayan səmimi bir insan, Allah rizasına uyğun olanın bu olduğunu, ateizm yayılarkən, insanlar vicdansızca zülmə uğrayarkən oturub qalmağın, Qurana və vicdana uyğun olmadığını bilir. Edilməli olan tək şey, şeytanın hiyləgər tərs məntiqlərini dərhal ortaya çıxarıb, Qurana görə ən səmimi şəkildə düşünməkdir. Qurana görə düşünüldükdə isə, Allah rizası üçün, Allah inancını inkar üzərinə qurulmuş bu azğın axınların mütləq başının əzilməli, bunlara qarşı qəti və güclü bir mübarizə aparılmalı olduğu dərhal aydın olacaq.
“Dini təbliğ etməyin, din onsuz da Peyğəmbərimiz zamanında təbliğ edilmişdir” məntiqi:
Uca Allah bir ayəsində belə buyurur:
Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 120)
Şeytan, Allahın ən böyük əmirlərindən biri olan təbliği etməmək mövzusunda bəhanələr təqdim edir. Belə ki insanlara, dini təbliğin yalnız peyğəmbərlərə aid olduğunu, təbliğin bundan 1400 il əvvəl Peyğəmbərimiz tərəfindən edilmiş olduğunu və beləliklə də Quranın hökmünün yerinə yetirilmiş olduğunu təlqin etməyə çalışır. Bundan əlavə, hal-hazırda bu vəzifəni Diyanət İşləri kimi təşkilatların boynuna götürmüş olduğunu və onların fəaliyyətlərinin də insanlar üçün yetərli olacağı məntiqiylə ortaya çıxır. Bu səbəblə də Allah inancının şifahi və yazılı olaraq davamlı təbliğ edilməsini insanlara gərəksiz göstərməyə çalışır, bu yolla təbliğ edən insanlara mane olmağa çalışır.
Halbuki bu böyük bir hiləgərlik, böyük bir yanılmadır.
Din əxlaqının təbliği, bütün insanlar üzərinə yüklənmiş böyük bir məsuliyyətdir. Uca Allah, Quranda belə bildirir:
Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)
İnsanlar zülm görərkən, ateist ideologiyaların idarəsi altında əzilərkən və bütün dünyaya dinsizlik hakimkən; Quran əxlaqını yaşayan, Allaha coşğulu bir eşq və şövqlə bağlı olan bir insanın edəcəyi ən əsas şey, din əxlaqının təbliğidir. Belə bir insan Qurana və vicdanına uyaraq, edilməli olan ən vacib mövzunun insanlara Quran əxlaqını izah etmək olduğunu bilir. Ateist ideologiyaların təsiri altındakı cəmiyyətlərin ancaq Quran əxlaqını tanıdıqları və Allaha iman etdikləri müddətdə rifaha qovuşacaqlarından əmindir. Məhz bu səbəblə var gücü ilə, bütün imkanları ilə Allahın dinini təbliğ etmək vəzifəsini boynuna götürər. Şeytanın tərs məntiqinə uyaraq vicdanı kor etmək, dürüst və səmimi müsəlmana yaraşmaz. Allahın dininin təbliği, hazırda dünyadakı zülm mühitində edilməli olan ən əsas ibadətlərdəndir. Bunu, şeytanın batil iddialarına uyaraq inkar etməyin məsuliyyəti Allahın qatında böyük ola bilər.
Rəbbimiz, şeytanın insanları aldatma formasını bir ayəsində bu şəkildə izah edir:
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Bir başqa ayədə isə Allah, şeytanın qorxutma üsullarına uyanları şeytanın dostları olaraq tanıdır:
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali İmran surəsi, 175)
Əgər bir insan Allahdan qorxursa, Allah dostu isə, Qurana görə güzəştə getmədən yaşayır və dünyanı deyil axirəti hədəfləyirsə, məhz o zaman mütləq səmimiyyətlə və vicdanlı şəkildə davranmalıdır. Səmimi olan bir insan üçün Allah rizasına görə edilməli olanlar açıqdır. Bunların təhrif edilməsi, müxtəlif bəhanələrlə maneə törədilməsi ancaq şeytanın bir oyunudur. Min illərdir ki, bütün qövmlər, müxtəlif vəsilələrlə şeytanın bu aldadıcı taktikalarına uymuş və böyük bir yanılma içinə düşmüşlər. Məhz bu səbəblə səmimi müsəlmanların üzərinə düşən vəzifə keçmiş qövmlərdən ibrət götürərək, şeytanın batil iddialarına və azğın üsullarına dərhal qarşı çıxa bilmək, dinin təbliğində, dindən kənar ideologiyaların qarşısının alınmasında yalnız Quranı və peyğəmbərləri rəhbər almaq və güclü bir mübarizə reallaşdırmaqdır. Şübhəsiz ki, Allah öz dinini möhkəmlədib yerləşdirəcəkdir. Və şübhəsiz ki, Allah bunu dilədiyi an, dilədiyi şəkildə reallaşdırmağa qadirdir. Allah heç kimə və heç bir vəsiləyə ehtiyacı olmayandır (Allahı tənzih edirik). Allahın səmimi müsəlmanları bu müqəddəs vəzifə üçün vəsilə etməsi Allahın lütfündəndir. Buna görə səmimi insanların bu həqiqəti görərək, şeytanın batil iddialarına əməl etmədən Allah adına təbliği və Allah adına ateist ideologiyalarla mübarizəni güclərinin çatdığı qədər, ən qərarlı şəkildə yerinə yetirmələri lazımdır. Rəbbimizin ayədə ifadə etdiyi kimi, “Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”. (Nəhl surəsi, 99)
Uca Allah səmimi müsəlmanlara vəd etmişdir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)