16 sentyabr 2015 tarixində New Scientist jurnalı internet səhifəsində [1] və daha bir çox nəşriyyat orqanında, Vaşinqton Universitetində bioloq olaraq işləyən Peter Vard tərəfindən aparılan araşdırma ilə bağlı bir məqalə dərc olunub. Bu məqalə, günümüzdən 500 milyon il əvvəl yaşamış və heç dəyişməmiş olan bu səbəblə “Yaşayan fosil” adlandırılan Nautilusun yeni tapılan bir nümunəsi olan Allonautilus scrobiculatusa ayrılmışdı.
Sözügedən məqalədə, yeni olan bu nautilus növünün 30 il saxlanmasının ardından yenidən ortaya çıxdığı ifadə olunurdu. Məqalədəki cəlbedici olan hissə isə, “bu nautilus növünün keçmişdə yaşamış nautiluslardan bir sıra fərqləri olduğu, bu fərqlərin da son vaxtlar qazanılmış keyfiyyətlər olmalı olduğu” iddiası idi.
Əvvəla, bu cümlə yalnız bir iddiadan ibarətdir və elmi həqiqətlərlə heç bir şəkildə uyğun gəlmir.
Bu məqalədə, sözügedən qəribə dəniz canlısının bəzi xüsusiyyətləri yenidən xatırladılacaq və Vaşinqton Universitetinin internet səhifəsində dəqiqləşdirilən yazıda yer alan ziddiyyətlərə və səhvlərə cavab veriləcək [2].
NAUTİLUS NİYƏ “YAŞAYAN FOSİLDİR?”
Nautilus bu adı ən çox haqq edən heyvanlardan biridir. Qızıl nisbətə malik çox özəl xarici qabığı ilə dərhal diqqət çəkir. Kembri dövrü fosil qeydlərinə qədər varlığına rast gəlinən bu canlı, günümüzə qədər nəslini eynilə davam etdirmişdir. 500 milyon il yaşlı nautilusun qalıqları indiki yaşayan nümunələrindən fərqsizdir.
DƏRİNLƏRDƏ DAVAM EDƏN SİRLİ YAŞAM
Nautilusu maraqlı edən digər xüsusiyyəti isə dənizin dərinliklərində yaşamasıdır. 200 və 900 metr arası dərinliklər bu canlının yaşayış sahəsidir. Məlum olduğu kimi, 200 metrdən daha dərin sularda yaşayan canlı sayı olduqca azdır. Qida maddələrinin azlığı, günəş işığının buralara çatmaması və çox yüksək təzyiq kimi səbəblər bu bölgəni çətin həyat sahəsi edər. Beləliklə, Nautilus bu çətinliklərə dözəcək xüsusiyyətlərə sahib olaraq ortaya çıxır. İsti suları çox sevmədiyi üçün bu canlılara dayaz sularda rast gəlmək mümkün deyil. Bu səbəblə tədqiqatçılar üçün nadir hallarda müşahidə olunan sirli canlıdır.
Yüksək təzyiqə dözümlü bədən quruluşu, dərin sularda yaşadığı ilk anda mövcud olmasaydı, nautilus o anda öləcək və nəsli də yox olacaqdı. Reaktiv uzaqlaşma sistemi ilə rahat üzən nautilus, öz istehsal etdiyi qazları vurduğu xüsusi qaz təzyiq otaqları da üzdüyü dərinliyi dəyişdirib, möhkəmləndirir. Bu xüsusiyyətləri ilə canlı günümüzün sualtı gəmilərindən daha irəli sistemlərə malikdir. Nautilus bir çox canlı üçün ölümcül olan dərinliklərə hazır sistemlərlə doğulur. Bunların da o şəraitdə sınaq yanılma ilə inkişaf etdirilə biləcək sistemlər olmadığı aydındır. Hər şeyin biliyinə malik Uca Allahın nautilusu mövcud avadanlığı ilə bir anda yaratmış olduğu şübhə aparmayan həqiqətdir. |
NAUTİLUS HƏQİQƏTƏN İTMİŞDİ Mİ ?
Sözügedən məqalədə nautilusun “30 ildir itkin” olduğu bildirilir. Əslində bu canlı itkin deyildi. Təkcə elm adamları canlını yenidən müşahidə etmək üçün yeni bir iş görməmişdilər. Ən son 1986-cı ildəki müşahidənin ardından bu il görülən işlərdə nautilus kameralara düşdü. Çünki dərin sularda aparılan belə bir iş yüksək dəyər, xüsusi avadanlıq və uzun zaman tələb edir. Həmçinin, nautilusa dünyanın müəyyən bölgələrində rast gəlindiyi üçün hər yerdə müşahidə etmək mümkün olmur. İndiyə qədərki müşahidələr də maddi səbəbiylə yalnız müəyyən bölgələrdə keçirilmişdi.
ALLONAUTİLUS SCROBİCULATUS, DİGƏR NAUTİLUSLARDAN FƏRQLİDİR?
Nautilusun tipik görünüşə malik torpağın içində, sədəf divarlarla bölünmüş bir çox otağın yaratdığı daxili spiral uzanır. Canlı böyüdükcə, spiral qabığın ağız hissəsində, bir əvvəlkindən daha böyük otaqcıq inşa edir və arxasındakı qapını sədəf təbəqəsiylə örtərək daha geniş olan bu yeni hissəyə gedir. Bu qaz otaqcıqlarına, eynilə sualtı gəmidə olduğu kimi, otaqcıqları olan xüsusi boru sistemi ilə, hesablanmış miqdarda maye vuraraq dərinlik tənzimlənməsi aparılır. Yumurtadan yeni çıxmış Nautilus 7 qaz otağına onsuz da malikdir.
Fosil qeydləri bizə qaz otaqlarından ibarət olan burulmuş quruluşdakı xarici qabığın milyonlarla ildir dəyişmədən günümüzə qədər gəldiyini göstərir. Belə ki, sözügedən yazıda da bu reallıq qəbul edilir ancaq fərziyyə əlavə olunur və canlının yumşaq toxumalarının zaman içində dəyişmiş ola biləcəyi iddia edilir. Bu iddianı dəstəkləmək üçün, allonautilus scrobiculatusun qabıq açıqlığının (umbilikus) digər nautiluslardan daha geniş və kobud olduğu ifadə edilərək, qabıq üstündə yer alan təbəqədən (periostracum) sallanan nazik saçaqvari formanın digərlərindən fərqli olduğu iddia edilir. “Bu xüsusiyyətlərin son zamanlarda qazanılmış ola biləcəyi” şəklində şərh edilərək bu fərqliliklər darvinizmə dəlil kimi göstərilməyə çalışılır. Ancaq, əldə yumşaq toxumalara aid sübut olmadan, yalnız qabıq araşdıraraq edilən şərhlər, fərziyyə olaraq qalmağa məhkumdur.
Onu da dərhal qeyd etmək lazımdır ki, iki canlının fərqli növlər olduğu iddiasını sübut etməyin yeganə yolu var, o da hər iki canlının DNT düzülüşünə tam olaraq sahib olub, müqayisə edərək fərqlərin göstərilməsidir. Nə bu işdə, nə də başqa bir işdə genetik araşdırma aparılmamışdır.
Aparılan müqayisə isə tamamilə darvinist qərəzlərlə formalaşmış proqnozlara və fərziyyələrə əsaslanır. Çünki fenotip adlanan xarici anatomik fərqlər genetik müxtəlifliyi göstərməz. Bir nümunə verəcək olsaq, 1m 50 sm boyundakı bir insan ilə 1m 90 sm boyundakı insanın əslində fərqli növlər olduğunu iddia etmək nə qədər absurddursa, buradakı iddia da o qədər əsassızdır. Eyni növ içində, insanların xarici görünüşünə əks olunan fərqliliklər ola bilər, ancaq bunlar həmişə genetik düzülüşün icazə verdiyi sərhədlər daxilində qalır. Fərqli mənzərələr şəklində özünü göstərən bu müxtəliflik “varyasyon” olaraq tanınır. Allonautilus scrobiculatuste olduğu iddia edilən bu kiçik fərqlərin səbəbi də variasiyadır.
Bundan başqa, fosillər keçmişdə yaşamış canlıların yumşaq toxumalarına aid çox məhdud məlumat saxlayırlar. Bir canlının orqanlarının və yumşaq toxumalarının illər ərzində dəyişdiyini iddia edən adamın sırf fosillərə baxaraq hər hansı elmi dəlil təqdim etməsi isə mümkün deyil.
Nautilus fosillərində də, qeyd olunan yumşaq toxumalara aid izlər yoxdur, bu səbəbdən də, hansısa qənaətə gəlmək real olmayacaq. Bu halda, darvinistlərin “Nautiluslardakı dəyişiklik” iddiaları fərziyyədən uzağa getmir.
NƏTİCƏ
Məqaləyə mövzu olan müşahidə, nautilusun təkamül ilə dəyişikliyə uğradığını göstərən heç bir elmi fakt yoxdur. Sadəcə, ecazkar dəniz canlısını bizə yenidən tanıdır. Fosil izlərində minlərlə nautilus fosili, canlının milyonlarla ildir, hər hansı təkamül proses keçirmədiyini, əksinə, ortaya çıxdığı ilk andan bəri, nöqsansız xüsusiyyətləri ilə bir anda Allah tərəfindən yaradıldığını sübut edir. Nautilus, müasir yüksək texnologiyanın nümunə götürməyə çalışdığı fizioloji xüsusiyyətləri, Allahın yaratmasına gözəl nümunədir.
Qaynaq:
2. Urton, James (25 August 2015). “Rare nautilus sighted for the first time in three decades”. UW Today (University of Washington). Archived from the original on 26 August 2015. Retrieved 1 September 2015.