“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə “yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların keçmişdə malik olduqları xəyali ayaqlardan qalma olduğu” iddia edilirdi.
Əvvəlcə, onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan strukturlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyil. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur.
Həmçinin bu günə qədər olduqca çoxlu miqdarda yatağan ilanı fosili tapılıb. Məsələn,Pachyrhachis problematicusvəHaasiophis terrasanctusfosilləri yatağan ilanı və piton ilanı fosilləridir. Bu fosillər həmin növlərin keçmişdə də müasir yatağan ilanları və pitonlarla eyni anatomik xüsusiyyətlərə malik olduğunu sübut edir. Bu da bizə iddianın əksinə, yatağan ilanlarının da, piton ilanlarının da dəyişmədiyini, milyonlarla ildir eyni qaldığını və təkamül keçirmədiyini göstərir.
Bu günə qədər tapılan bütün ilan fosilləri ilanların 100 milyon il əvvəl ayaqları olduğu, lakin daha sonra bu ayaqların yox olduğu fikrini təkzib edir.
İngiltərənin Dorset bölgəsindən çıxarılanParviraptor estesi(145-140 milyon il), ABŞ-ın Kolorado bölgəsindən çıxarılanDiablophis gilmoreifosili (155 milyon il), Portuqaliyanın Qimarota bölgəsindən çıxarılanPortugalophis lignitesfosili (157-152 milyon il), İngiltərənin Oksfordşir bölgəsindən çıxarılanEophis underwoodifosili (167 milyon il) kimi fosillərin hamısı indiki ilanlarla eyni xüsusiyyətlərə malikdir və ilanların heç bir təkamül prosesi keçirmədiyini sübut edirlər.
Genetik mutasiya təcrübələri iddiasına cavab
“Science” jurnalı yenə eyni xəbərin içində ilanların təkamülü iddiasını uydurma “elmi təcrübə ilə” dəstəkləməyə çalışmışdır. Florida Universitetindən Martin Kon müxtəlif sürünən növləri və fərqli ilan növləri ilə müqayisə edildikdə pitonlarda “sonic hedgehog” adlı genin fəaliyyətlərini idarə edən genetik açarda 3 DNT silinməsi tapmış və bu silinmələri pitonların ayaqlarını itirmə səbəbi kimi göstərmişdir. Siçanlar üzərində aparılan analoji təcrübələrdə də yenə ayağın çıxmamasını bu iddialarına “dəlil” göstərirlər.
Əvvəla, “3 müxtəlif sahədə DNT kodlarının silinməsi” ifadəsinə diqqət etmək lazımdır. Aparılan tədqiqatda başqa sürünənlərin və başqa ilan növlərinin DNT-ləri ilə müqayisəyə əsasən kodların silindiyi nəticəsinə gəlinmişdir. Bu, xətalı və qərəzli düşüncə formasıdır. Çünki digər sürünənlərdə və ya ilanlarda mövcud olan DNT-lərin pitonlarda olmaması çox təbidir. Bir canlını başqa canlıdan ayıran, onsuz da, bu genetik fərqlərdir. Piton ilanı, gürzə ilanı, yatağan ilanı kimi hər ilanın özünə aid DNT-si var və onları bir-birindən ayıran da DNT-lərindəki bu fərqlərdir.
Siçanlar üzərində aparılan mutasiya təcrübələrində siçanların ayaqlarının çıxmaması isə ilanların təkamülünə dəlil deyil. Əksinə, mutasiyanın dağıdıcı təsirinə işarədir.
Ayaqları olan bir canlıda ayağın inkişafına nəzarət edən gen əskik olanda, əlbəttə, ayağın formalaşması mümkün olmayacaq. Bu, yeni məlumat deyil. Bu, mutasiyanın əsas məntiqidir. Hər bir genin özünə xas funksiyası var və bu genlərdən yalnız biri belə mutasiyaya məruz qalsa və funksiyası dayansa, eynilə bu siçan təcrübələrində olduğu kimi, ortaya şikəst canlılar çıxacaq.
Bu iddiaların hamısı “təkamülün həqiqətən baş verdiyi” şərti ilə irəli sürülüb və təcrübələrdən çıxan göstəricilər də yenə təkamülü dəlilsiz qəbul etməklə şərh olunmuşdur. Bu səbəbdən obyektiv və qərəzsiz fikri deyil, təkamül təbliğatı aparmaq üçün şüurlu olaraq manipulyasiya edilmiş “şərhləri” ehtiva edir. Elmi həqiqətlər daima təkamülü süquta uğradıb.
Bu günə qədər 150-160 milyon illik bir çox ilan fosili tapılıb. 150-160 milyon əvvələ dair bu çox dəqiq fosillər, sanki o vaxtkı ilanlara dair daş üzərində həkk olunmuş müfəssəl fotoşəkillərdir. Hətta canlıların şəxsən özünə aid qalıqlar olduğu üçün fotoşəkillərdən də həqiqi faktlardır.
Əgər əvvəldən ayaqları olan bir ilan sonradan bu ayaqları itirsəydi, milyonlarla il davam etdiyi iddia edilən “ayaqitirmə prosesi”ndə bir ayağı yeni yaranan, digər ayağı əskik saysız-hesabsız ilan fosili tapılmış olmalı idi. Ancaq bu günə qədər bu cür yarımçıq xüsusiyyətlərə sahib bir ilan fosili belə tapılmayıb. Bu günə qədər tapılmış bir dənə də keçid forma fosili yoxdur, olması da mümkün deyil. Təkamül elmi dəlillərin məhv etdiyi, amma buna baxmayaraq, ayaq üstə saxlanılmağa çalışılan tarixin ən böyük cəfəngiyyatıdır.
Göründüyü kimi, darvinist elmi jurnalların təqdim etdiyi təkamülə dair iddiaların hər biri darvinizmin dünya miqyasında məruz qaldığı məğlubiyyət qarşısında çarəsiz çırpınmadan ibarətdir.
Təkamül nəzəriyyəsi hər keçən gün sayı artan elmi fəaliyyət və tədqiqatlarla və hər gün torpağın altından çıxarılan milyonlarla illik fosillərlə tamamilə yerlə yeksan olmuş vəziyyətdədir.
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!”
(İsra surəsi, 81)
Mənbələr:
http://www.sciencemag.org/news/2016/10/tiny-dna-tweaks-made-snakes-legless