Maykl Skenrə (Michael Skinner) cavab: Epigenom DNT-Nİ YENİ MƏLUMATLA TƏMİN ETMƏZ
“AEON digital” jurnalına aid veb saytında darvinist Professor Maykl Skenr yeni təkamül iddiası ilə ortaya çıxdı. 9 noyabr 2016-cı il tarixli məqaləsində Skenr, Neo-lamarkizm və Neo-darvinizm nəzəriyyələrinin Birləşmiş Təkamül Nəzəriyyəsiadı altında birləşdirilməli və epigenetikanın uydurma təkamül prosesinə təsirinin bu istiqamətdə araşdırılmalı olduğunu bildirmişdir. Müasir elm ilə tamamilə zidd olan Lamarkın və Darvinin 1800-cü illərdən qalma köhnə nəzəriyyələrini epigenetika elminin içərisinə yerləşdirməyə çalışmaq mənasız, boş bir işidir. Epigenetika, DNT-nin fəaliyyətindəki mükəmməlliyi daha da əhatəli ortaya qoyan müdhiş bir elm sahəsidir və təkamülün “təsadüf” mexanizmi ilə heç vaxt açıqlanmayacaq qədər mürəkkəb və səhvsiz işləyən bir mexanizmdir.
Bu yazımızda epigenetikanın nə olduğunu açıqlayaraq, xarici amillərin orqanizmə yeni bir genetik məlumat əlavə etmədiyini elmi sübutları ilə göstərəcəyik.
Məlumatların yazılı olduğu DNT kod sistemi
DNT materialist fəlsəfənin kor təsadüflərlə izah edə bilməyəcəyi mükəmməllikdə çalışan canlı bir kod sistemidir. Bu gün irəliləyən texnologiya sayəsində DNT-ni və necə işlədiyini daha yaxşı anlaya bilirik. İnsan DNT-sinin məzmunu, min cilddən ibarət olan bir ensiklopediyaya ancaq sığdıra biləcəyimiz bir məlumat okeanıdır. Molekullar arası reaksiyalar, kimyəvi maddələr arasındakı qarşılıqlı təsirlərin necə olduğu bu nəhəng məlumat bankında yazılmışdır.
Hazır olan ən kiçik bir məlumat parçası – bu istər bir hərf, bir işarə, ya da yarım bir cümlə olsun- ağıl sahibi birinin mesajı kimi şərh olunur. Kimsəsiz bir çöldə üst-üstə qoyulmuş və ya ardıcıl sıralanmış 3 daş parçası görüldükdə, bunun ağıl sahibi, şüurlu bir varlıq tərəfindən qoyulmuş bir mesaj olduğu dərhal anlaşılır. Molekullarla kodlanmış DNT də üstün bir ağlın varlığına işarə edir. Ağıl məhsulu hər hansı bir işarə, kəşfiyyatçıları necə həyəcanlandırıb o informasiyanın sahibini araşdırıb tapmağa yönəldirsə, elm insanı da DNT-ni yazan ağlı araşdırmaq və tapmaqla məsuldur.
Məlumatın seçilərək istifadə edilməsi
Hüceyrə içinə DNT-dən davamlı məlumat axını var. Ancaq təəccüblü olan, DNT-də kodlu məlumatın seçilərək köçürülməsidir. Məsələn, insanda, fərqli toxuma və orqanları təşkil edən təqribən 1 trilyon hüceyrə var. Tamamilə eyni DNT-yə malik olmalarına baxmayaraq hüceyrələri bir-birindən fərqləndirən içində olduqları toxumaya görə DNT-dəki fərqli genlərin işlək olmasıdır. Bu məqsədlə DNT-də lazım gələndə müəyyən genlər açıq, lazım olmayanda isə qapalı saxlanılır. Açıq olan genlər funksional ikən qapalı olan genlər neytraldır.
Genlər protein kodlayan DNT bölgələridir. Müxtəlif proteinlərin istehsalı, o hüceyrənin fərqli bir şəkildə davranmasına, məsələn sinir hüceyrəsi, qaraciyər, mədəaltı vəzi, əzələ və ya dəri hüceyrəsi kimi bir-birindən tamamilə ayrı hüceyrələr olaraq vəzifə yerinə yetirməsinə səbəb olur. Hüceyrənin olduğu mühit, şərait və ehtiyacların fərqində olan bu nəzarət mexanizmi ehtiyac duyulan genləri açıq tutub onu işlək hala gətirərkən, digərlərini qapalı saxlayır. Allahın yaratma sənətindəki incəliyi bu atomik həssaslığa malik sistemdə açıq şəkildə görürük.
Buradakı həssas işi bir örnəklə araşdıraq. Beyindəki bir sinir hüceyrəsi, mədəaltı vəzi hüceyrəsinin istehsal etdiyi insulini istehsal etməz, digər tərəfdən mədəaltı vəzi hüceyrəsi də bir sinir hüceyrəsi kimi elektrik siqnalları istehsal etməz. Bəs bunu müəyyən edən nədir? İnsulin istehsalını kodlayan gen niyə digər bütün hüceyrələrdə susdurulmuşdur? Mədəaltı vəzindəki bir hüceyrə beyində deyil, qarın boşluğunda olduğunu haradan bilir? Qaranlıq mühitdə, 25 min gen arasında o genin insulin kodlayan gen olduğunu haradan bilir və onu necə açıb oxuyur? İndi epigenetika elminin mövzusu olan bu mexanizm necə işləyir, qısaca nəzər salaq.
Epigenom: DNT-ni idarə edən molekulyar beyin
Canlılığı müəyyən edən şeyin yalnız DNT kodlarından ibarət olmadığı bu gün artıq dəqiq bilinir. DNT-nin üzərində, onu idarə edən bir üst sistem var. Epigenetika elminin mövzusu olan bu üst sistem “epigenom” adlandırılır. “Epi” mənaca “üzərində” deməkdir ki, genomun yəni DNT-nin üzərində təsirli olan rəhbər mexanizmə işarə edir.
Epigenom anlayışı, zamana və ekoloji tələbatlara görə ehtiyac duyulan genlərin açılması və burada yazılı məlumatların oxunaraq müvafiq proteinlərin istehsalı mənasına gəlir. Məsələn, ana bətnindəki rüşeymin inkişafı zamanı kök hüceyrələr daim bölünərək çoxalır və çoxalan hər hüceyrə hansı tip hüceyrəyə çevriləcəyini bilir. Bəzi hüceyrələr sinir hüceyrəsi formasını almağa başlayır, bəziləri disk şəklini alıb qan hüceyrələri olur, bəziləri də incə uzun liflərə çevrilib əzələ hüceyrələrini yaradır. Bəs bir metrin milyardda biri ölçüsündəki qaranlıq bir boşluqda DNT, necə bir təlimatla bir kök hüceyrəni, həyat boyu təxminən 10 min neft tankerini dolduracaq miqdarda qanı vurma qabiliyyətinə malik, öz elektrik enerjisini istehsal edən bir ürək hüceyrəsinə çevirə bilər? Məhz bu epigenetika elminin mövzusudur.
Elm insanları, insan vücudunun inkişafındakı bu möhtəşəm yaradılışı dərk etmək üçün İnsan Genom Layihəsi çərçivəsində milyonlarla dollarlıq büdcəli araşdırmalar apardılar. Lakin embrion hüceyrəsinin necə olub, məsələn, bir ürək hüceyrəsi olmağa qərar verməsinin sirri hələ də tam olaraq aşkara çıxarılmış deyil. Aşkara çıxarılan hissə isə Allahın yaratma sənətindəki möhtəşəm incəlikləri nümayiş etdirir.
Epigenom: Qərar-Seçim-İstehsal
Qanın necə vurulacağı, böyrəklərin qanı necə süzəcəyi, insulinin bədənin şəkər nisbətini necə təmin edəcəyi kimi, orqanizmimizin işinə dair bütün məlumatlar DNT-lərimizdə kodludur. Ancaq bir kök hüceyrə, məsələn, qırmızı qan hüceyrəsinə çevrildikdən sonra artıq sabit olaraq sadəcə necə oksigen və karbon qazı daşıyacağı məlumatını istifadə edir. Hüceyrə, genlərində mövcud olan ancaq istifadə edilmədiyi digər bütün məlumatları bağlayır.
DNT-nin müəyyən bir qisminin açılıb, yəni aktiv hala gəlib, müəyyən bir qisminin qapalı qalmasını təmin edən, DNT spiralının dərhal xaricində yerləşən kimyəvi maddələrdir. Epigenom adı verilən karbon və hidrogen atomundan ibarət olan bu kimyəvi molekullar DNT spiralı boyunca uzanırlar. Vəzifələri, DNT-nin müəyyən bir hissəsini açıb-bağlayaraq DNT-dəki məlumatın istifadə edilən hala gəlməsidir. Bu prosesdə DNT, min cildlik ensiklopediya məlumatı ehtiva edən bir kompüter, epigenom isə DNT-dəki möhtəşəm məlumatı hərəkətə keçirmə qabiliyyəti olan bir super kompüter proqramıdır. Epigenom olmasa DNT istifadəyə yararsız olar, DNT olmasa epigenomun varlığının bir mənası olmaz. Allah genetikanı elə möhtəşəm, mürəkkəb bir sistemlə yaratmışdır ki, bu fəaliyyətin hər bir mərhələsi qüsursuz işləyir. Bu sistemdə ən kiçik bir səhvə, təsadüfi bir qərara əsla yer yoxdur. Burada orqanizmin o zaman nəyə ehtiyacı olduğunu anlayıb sonra da o ehtiyacın hansı kodlarda yazılı olduğunu bilən bir proses var. Bu mexanizm, o kodları spiral şəklində qablaşdırılmış DNT zəncirində tapıb daha sonra oxumaq qabiliyyətinə malikdir. Bu həssas molekulyar proses, şübhəsiz ki, heç bir şəkildə şüursuz, təsadüfi hərəkət edən mexanizmlərlə açıqlana bilməz. Lakin təkamülçülərin iddiası bütün bu ecazkar fəaliyyətin “təsadüfən” bu şəkildə reallaşmasıdır. DNT-dəki məlumatın “təsadüfən” əmələ gəldiyi iddiası, ağıla, məntiqə, elmə tamamilə zidd bir kor dalandır. Aydındır ki, epigenoma dair müşahidə etdiyimiz doğru qərar, düzgün seçim və doğru istehsal addımları, hər şeyi bilən bir ağıl və gücün varlığına dəlil təşkil edir. O güc və ağıl, bütün aləmləri yaradan və onlar üzərində daim qoruyucu olan Uca Rəbbimiz Allahdır.
Epigenom yeni bir məlumat, yeni bir növ yaradarmı?
Epigenom sayəsində, orqanizmin şərtlərdən asılı olaraq açılan genlərinin 10 ilə 100 nəslə qədər fəaliyyətinə davam etdiyi müəyyən edilmişdir. Ancaq unudulmamalı olan burada yeni bir məlumatın meydana çıxmadığı həqiqətidir. Epigenom yalnız, hazırda mövcud olan genlərin istehsala daxil edilməsi və ya istehsaldan çəkilməsinə dair idarəetmə prosesidir. Lakin təkamülçülər, dəyişən şərtlər qarşısında orqanizmin yeni həllər icad etdiyini, bunu da yeni genlər istehsal edərək apardığını iddia edir. Ancaq genetika elmi bizlərə, belə bir mexanizm olmadığını göstərir. Genlərin açılıb bağlanması ilə yaranan variasiyalar, sadəcə o növün genetik məlumatı daxilində dəyişikliklərə yol açırlar. Bu, növün dəyişdiyi, yeni növün orta çıxdığı mənasına heç bir şəkildə gəlmir. Hər hansı bir növ xarici mühitdəki şərtlərdən asılı olaraq variasiyalar keçirsə də, yenə eyni növün üzvləri ilə cütləşir və yeni nəsillər törəyir. Qısacası, bu mayalanmadan yenə eyni növ canlı ortaya çıxar, tamamilə başqa bir canlı əmələ gəlməz.
NƏTİCƏ: Epigenom ilə təkamülə bir zərbə daha
Epigenom DNT-də mövcud olan genlərin açılıb bağlanmasını idarə edən müdhiş bir sistemdir. DNT-yə özündə mövcud olmayan tamamilə başqa bir xüsusiyyət əlavə etməz, edə bilməz. Bu halda təkamülçülərin, orqanizmin özünü zamanla inkişaf etdirdiyi, təkamül keçirdiyi iddiasını epigenetika elmi birmənalı olaraq təkzib edir. Genetik məlumat, orqanizmin yarandığı ilk andan etibarən eyni mükəmməllikdə mövcuddur və lazım olan hallarda bağlı hissələr açılıb, istifadə edilir. Bu o deməkdir ki, DNT kodları Allahın yaratdığı epigenom mexanizmi sayəsində ağıllı bir sistemlə istiqamətləndirilərək dəyişən şərtlərə görə fəaliyyətini istiqamətləndirir.
Maykl Skenr Lamark və Darvinin 1900-cü illərin köhnə elm anlayışı ilə ortaya atdıqları əsassız iddialara istinad etmiş və Birləşmiş Təkamül Nəzəriyyəsi adı ilə ortaya çıxaraq böyük səhv etmişdir. Ancaq bununla da qalmamış bəşəriyyəti Allahın yaratdığını aydın və qəti olaraq sübut edən genetika və epigenetika elmini də bu cəfəngiyyata daxil etməyə çalışmışdır. Halbuki Genom Layihəsinin sədrliyini də etmiş, dünyanın ən mühüm genetika mütəxəssislərindən biri olan Dr. Frensis Kollins, “DNT-nin şifrəsini açmaq məni Allaha bir az da yaxınlaşdırdı” – deyərək, genetika elmində təkamülün “təsadüf” mexanizminə heç vaxt yer olmadığını dəfələrlə bildirmişdir. Dövrümüzdə son dərəcə inkişaf etmiş laboratoriyalarda aparılan elmi tədqiqatlar bizə göstərir ki, DNT-dəki mükəmməl fəaliyyət, müdhiş bir yaradılışı, yəni Allahın yaratma sənətindəki qüdrəti göstərir.
İstinad:
https://aeon.co/essays/on-epigenetics-we-need-both-darwin-s-and-lamarck-s-theories