Keçdiyimiz günlərdə müxtəlif qəzet və veb səhifələrində Dənizlidə olan bir kəllə sümüyü fosili haqqında xəbərlərə yer verildi. Hər yeni fosil tapıntısında olduğu kimi bu kəllə sümüyü də darvinist təbliğat üsullarına alət edilmiş və xəbər, təkamül yanlısı nəşrlərdə Anadoluda olan ilk “Homo erektus” kəllə sümüyü olaraq deyilmişdi.

Tapıldığı qayalıqlar üzərində edilən tarixləmələrdən yola çıxılaraq 500 min illik olduğu təxmin edilən və sırf bu səbəblə darvinistlər tərəfindən Homo erektus yaraşdırması edilən fosil, təkamül nəzəriyyəsinin elmi çöküşünün qəti olaraq elan edildiyi bu günlərdə nəzəriyyəni ayaqda tuta bilmək üçün darvinistlər tərəfindən vəsait mövzusu olmuşdur.

Halbuki, bu fosil bir insana aiddir və insanın saxta təkamülü ilə əlaqədar heç bir iddiaya dəlil təşkil etməməkdədir. Tam tərsinə insanın 500 min il boyunca heç bir dəyişikliyə məruz qalmadığını göstərməkdədir.

Darvinistlərin insan fosilləri üzərində etdikləri kateqoriyalandırmalar, heç bir elmi dəlilə əsaslanmayan, heç bir tapıntı ilə dəstəklənilməmiş olan fərziyyələrdən ibarətdir. Təkamül nəzəriyyələrinin Australopitekus, Homo habilis, Homo erektus, Homo neandertalensis və Homo Sapiens olaraq etdikləri təsnif etmə, saxta kəllə sümükləri və bir dəlili olmayan fərziyyələri qaynaq olaraq alar. Hələ də müxtəlif vəsilələrlə gündəmə gətirilməyə çalışılan bu saxta təsnif etmənin etibarsızlığı qəti olaraq aydın olmuş və elmi olaraq qəbul edilmişdir.

Homo habilisin Australopitekuslardan fərqsiz olduğu, Australopitekusların isə soyu tükənmiş meymun növündən başqa bir şey olmadığı açıqca aydın olmuşdur. Darvinistlər tərəfindən sözdə ara-keçid növü olaraq tanıdılmağa çalışılan Homo erektus və Neandertalların da soyu tükənmiş insan irqindən başqa bir şey olmadığı, bu mövzuda qalıqlar üzərində edilən fərziyyələrin tamamilə həqiqətdən kənar olduğu sübut edilmiş vəziyyətdədir. Buna baxmayaraq darvinist nəşrlər, olan fosilləri bu təsnif etməyə daxil etməyə çalışmaqdadırlar.

 

Homo Erektus üzərində edilən təbliğatlar yalandır, Homo Erektus insan irqidir

Homo erektus anlayışı “dik yeriyən insan” mənasını verər. Təkamülçülər bu insanları, “erekt” sifəti ilə daha əvvəlki dövrlərə aid təsnif etmələrdən ayırmaq məcburiyyətində qalmışlar. Çünki darvinistlər tərəfindən Homo erektus olaraq adlandırılan əldəki bütün qalıqlar, sözdə ataları olduğu iddia edilən və əslində bir meymun növü olan Australopitekus və Homo habilis nümunəsində görülmədiyi qədər dikdir. Müasir insan skeleti ilə Homo erektus skeleti arasında heç bir fərq yoxdur.

Bunun yaxşı göstəricisi, Homo erektus sinfinə daxil edilən “Turkana uşağı” fosilidir. Bütün təkamülçü fərziyyələrin əksinə bu fosil sahibinin 12 yaşında uşaq olduğu və böyüdüyü zaman təxminən 1.83 boyunda olacağı müəyyən olunmuşdur. Fosilin dik skelet quruluşu günümüz insanından fərqsizdir. Amerikalı paleoantropoloq Alan Valker, “ortalama bir patolojistin bu qalığın skeletiylə, müasir insan skeletini bir-birindən ayırmasının çox çətin olduğunu” söyləyir.1

Təkamülçülərin Homo erektusu “ibtidai” saymaqdakı yeganə dayaqları isə, kəllə sümüyü həcminin (900-1100 cc.) müasir insanın ortalamasından kiçikliyi və qalın qaş çıxıntılarıdır. Halbuki bu gün də dünyada Homo erektus ilə eyni kəllə sümüyü ortalamasında bir çox insan yaşamaqdadır (məsələn piqmeylər) və bu gün də müxtəlif irqlərdə qaş çıxıntıları vardır (məsələn Avstraliya yerliləri Aborijinlər). Kəllə həcmi fərqliliyinin zəka və bacarıq cəhətdən heç bir fərq meydana gətirmədiyi isə bilinən gerçəkdir. Zəka, beynin həcminə görə deyil, beynin öz içindəki təşkilatına görə dəyişər.2

Necə ki, dünya tərəfindən tanınmış təkamülçü Riçard Likey belə Homo erektusun günümüz insanı ilə olan fərqin irqi fərqdən başqa məna daşımadığını belə ifadə edər:

 

Hər hansı bir adam fərqi dərhal görə bilər: Kəllənin forması, üzün bucağı, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün dəyişik coğrafiyalarda yaşamaqda olan insan irqlərinin bir-birləri arasındakı fərqlərdən daha çox deyil.3

 

Qısacası, təkamülçülərin Homo erektus təsnif etməsinə daxil etdikləri insanlar, zəka səviyyələri bizdən fərqli olmayan itkin insan irqidir. Bir insan irqi olan Homo erektus ilə “insanın təkamülü” ssenarisində sözdə özündən əvvəl gələn meymunlar (Australopitekus ya da Homo habilis) arasında heç bir bənzərlik yoxdur.

 

Dənizlidə olan yeni kəllə fosili heç bir şəkildə təkamülə dəlil yararmır

Homo erektus ilə əlaqədar yuxarıdakı izahlar diqqətə alındığında Dənizlidə olan yeni kəllə fosili ilə əlaqədar Homo erektus yaraşdırmalarının da heç bir dəlilə əsaslanmadığını görərik. Darvinistlərin insanın xəyali təkamülü mövzusu ilə əlaqədar olaraq inkişaf etdirdikləri, 1871-ci ildə Darvinin “İnsanın Törəməsi” adlı kitabını yazmasından etibarən müxtəlif şəkillər alan ssenarilərinə görə, meymun atalarından xəyali şəkildə törəyən insana bənzər, ilk olaraq Afrikada ortaya çıxmış, ardından dik yeriməyə başlamış və oradan bütün dünyaya yayılmışdır. Darvinistlər bu saxta ssenarini canlı tuta bilmək üçün tapa bildikləri bütün kəllə fosillərini buna uyğun hala gətirməyə çalışarlar. Dənizlidə olan bu fosil də eyni yanlış darvinist məqsəd üçün istifadə edilmişdir.

Halbuki, əldəki fosil bir insan fosilidir. İndiki vaxtda yaşayan insanlardan fərqsizdir. Fərziyyə vəsaiti olmasını tələb edəcək tək səbəb isə bu qalığın 500 min illik olduğunun təxmin edilməsidir. Bu tarix, darvinistlərin saxta ssenarilərinə görə yer üzündə Homo erektusların hökm sürdüyü bir tarixdir. Bu iddianın xaricində darvinistlərin əllərində bu canlının bir “insan kimi” olduğuna dair tək bir elmi dəlil yoxdur. Bütün darvinist nəşrlərdə böyük bir həyəcan içində müdafiə olunan Homo erektus iddiası, elmi dəlillərə deyil əyri darvinist ssenarilərə uyğun düşdüyü üçün gündəm mövzusu edilməyə çalışılmaqdadır.

Təkamülə dəlil təqdim edəcək bir tapıntı önə sürə bilmək üçün darvinistlərin, gerçək bir insan olan Homo erektus ilə Austrolapitekus ya da Homo habilis təsnif etmələri arasında keçid formaları tapmaları lazımdır. Lakin buna dair tək bir ara forma yoxdur. Darvinistlər bu iki təsnif etmə arasında keçidi göstərən və təkamülçü iddialara baxıldığında milyonlarla olması lazım olan ara fosilləri dəlil olaraq təqdim edə bilmədikləri müddətcə, “insanın təkamülünə dəlil tapıldı” şəklindəki fərziyyələrinin heç bir dəyəri yoxdur.

Necə ki, son illərdə Homo erektus insanının günümüz insanından heç bir fərqi olmadığı elmi kütlələr tərəfindən də qəbul edilməyə başlanmışdır. Paleoantropoloji sahəsində dünyanın müxtəlif ölkələrindən əsas adların qatıldığı Senkenberq konfransı bu qəbulun ön plana çıxdığı konfrans olmuşdur:

“Senkenberq konfransındakı iştirakçıların çoxu, Miçiqan universitetindən Milford Volpof, Kanberra universitetindən Alan Torn və həmkarlarının başlatdığı və mövzusu Homo erektusun taksonomik mövqeyi olan qızğın mübahisəyə başladılar. Bu insanlar Homo erektusun bir növ olaraq etibarlılığının olmadığını və tamamilə ələnməsi lazım olduğunu təkidlə irəli sürdülər. Bu növün bütün üzvləri, təbii hər hansı bir ara və ya alt hissə olmadan, təxminən 2 milyon il əvvəlindən bu günə, çox dəyişkənlik göstərən, geniş sahəyə yayılmış tək bir növə, Homo sapiensə aid idi. Homo erektusun bir növ olaraq mövcud olmadığı, konfransın ana mövzusu oldu.4

Görüldüyü kimi variasiyalarıyla geniş coğrafiyaya yayılmış Homo sapiens növü, yəni insan, 2 milyon ildir sabit növdür. Homo erektus isə artıq bir insan irqi olaraq qəbul edilməkdədir.

Miçiqan universitetindən antropoloq Milford H. Volpof isə, “Science” jurnalına yazdığı “Homo təsnif etməsi” başlıqlı məqaləsində bu xəyali ara növün günümüz insanından başqa bir şey olmadığını belə açıqlamaqdadır:

 

Çoxu paleoantropoloq ənənəvi görüş olaraq, coğrafi mənada dağınıq olan çox tipli Homo erektus növünü, yenə coğrafi olaraq dağınıq olan çox tipli Homo sapiens növünə təkamülləşdiyini qəbul etməkdədirlər. Digərləri isə, şəcərəsinə bağlı yanaşma ilə, bütöv haldakı insan nəslini tək bir təkamüllü növ olaraq təyin etməkdədirlər. Bu, taksonomik olaraq ortada yalnız tək bir Homo növü olduğu mənasını verir: Homo sapiens. Bu hər iki təkamüllü meyl və fərqli regional xüsusiyyətlərin varlığı üçün də etibarlı olan tək şərhdir. Əks halda bir-birini izləyən keyfi olaraq təyin olunmuş növlər olmuş olarlar.5

 

Homo Habilis və Homo Erektus fosillərinin birlikdə tapılması və çökən təkamül nağılı

Xatırlanacaq olsa, çox yaxın zaman əvvəl müxtəlif elmi jurnal və saytlarına mövzu olan bir fosil tapıntısı, təkamül nəzəriyyəsi ilə əlaqədar ən fundamental iddialardan birini ortadan qaldırmışdı. Homo habilis və Homo erektus fosillərinin eyni dövrdə yaşadığını göstərən tapıntılar bunların bir-birlərindən təkamülləşmiş olduğu fərziyyəsini geri dönüşü olmayan şəkildə ortadan qaldırmışdı. Bu kəşfin detalları isə “Nature” jurnalında nəşr olunaraq elmi ədəbiyyata daxil edilmişdi.

Şərqi Afrikada yarım milyon il qədər əvvəl birlikdə yaşadıqları aydın olan bu qalıqlar, gerçək mənada təkamülçülərin iddia etdikləri ata-soy əlaqəsini tam olaraq ortadan qaldırmış vəziyyətdədir. İddia edilən bu keçidin etibarsızlığına dair buna bənzər elmi tapıntılar davamlı olaraq var və bunlar təkamül nəzəriyyəsini yalanlamaqdadır. Lakin darvinistlər bu saxta keçidə dair tək bir dəlil gətirə bilməməkdə, tək bir ara forma nümunəsi göstərə bilməməkdədirlər.

Bu səbəbdən yeni təkamül xəbərlərini qiymətləndirərkən əvvəlcə gerçək elmi tapıntıları diqqətə almaq lazımdır. İnsanın təkamülü ssenarisində hər hansı bir keçidin olmadığı elmi olaraq sübut edilmiş vəziyyətdəykən, əldə heç bir dəlil olmadan insana aid bir qalığa Homo erektus yaraşdırması edilməsi elmə deyil, elmi aldatmaya daha uyğun düşməkdədir.

 

Afrikadan köç saxtakarlığı

Darvinist iddialara görə ilk xəyali insan kimilər Afrikada ortaya çıxmış və sonra yer üzünə yayılmışlar. Bu saxta ssenariyə uyğun düşə bilməsi üçün də Dənizlidə olan bu qalıq “insan kimilər Afrikadan köç edərkən Anadoludan keçdi” iddialarına dəlil göstərilməyə çalışılmışdır. Lakin diqqət yetirilsə, bunun üçün tək bir dəlil belə yoxdur. Bu fosil, insan irqinin 500 min il əvvəl Anadolu torpaqlarında yaşamış olduğu gerçəyini göstərməsi xaricində, daha əvvəl harada yaşadığı və ya haradan gəldiyi ilə əlaqədar heç bir məlumat verməməkdədir.

Necə ki, darvinistlərin məşhur iddiası olan “Afrikadan köç”ün də gerçək təsbit olaraq qiymətləndirilə bilməyəcəyi elmi kütlələr tərəfindən indi qəbul edilmiş gerçəkdir. Bu araşdırmanı icra edən elm adamları tərəfindən gəlinən nəticə budur:

 

Bu sinifin (H. Erektus) Avrasiyada və Cənub-Şərqi Asiyada ortaya çıxışı haqqındakı naməlumluqlar, H. Erektusun mənşəyinin yeri və zamanını doğru olaraq təyin etməyi qeyri-mümkün etməkdədir. Əlimizdəki dəlillər coğrafi yayılamının istiqamətini təyin etmək üçün qeyri-kafidir.6

 

Bu səbəbdən bu saxta iddia dəlilsizdir. Ayrıca təkamül nəzəriyyəsinə heç bir elmi dəstək təmin etməməkdədir. Bu qalıq ilə əlaqədar olaraq Afrikadan köç ssenarilərinin gündəmə gətirilməsinin tək səbəbi, qalığın təkamülə dəlil təşkil etdiyi təəssüratını verə bilməkdir.

 

Darvinistlərin qorxusu

Darvinistlərin qorxusu 500 min il əvvələ aid bir insan kəllə sümüyünün olduqca diqqətə çarpan və açıq şəkildə, heç bir meymun atası və ya keçmişi olmadan ortaya çıxmış olmasıdır. Darvinistlər, günümüzdən yarım milyon il əvvəlinə aid qorunmuş, belə ki, müxtəlif anatomik araşdırmalar nəticəsində vərəm xəstəsi olduğu belə aydın ola bilmiş olan bu cür əhəmiyyətli tapıntının yaradılış gerçəyinə böyük dəlil təşkil etdiyini açıqca görməkdədirlər. Məhz bu səbəblə fosilə tələm-tələsik Homo erektus yaraşdırması edib darvinizmin çöküşünün elan edildiyi bu günlərdə bu çöküşü sürətləndirəcək bir dəlil daha verməməyə çalışmaqdadırlar. Halbuki, darvinizm təməldən çökmüşdür, darvinistlərin heç bir səyi, Allahın diləməsi xaricində, bu çöküşü dayandıra bilməyəcək.

21-ci əsrin başları etibarı ilə, yaşayan qalıq nümunələrinin bütün dünyaya elan edilməsinin ardından darvinist çaxnaşma ciddi ölçülərə çatmışdır. Darvinistlər tarixdə ilk dəfə olaraq ciddi etiraz ilə qarşılaşdıqlarını və ilk dəfə elmi və güclü mübarizəylə üz-üzə qaldıqlarını görmüşlər. Əvvəllər əhəmiyyət vermədikləri təkamülü yalanlayan dəlillərin açıq-aşkar dəlillər ilə açıqca insanlara göstərilməsinin, “Yaradılış Atlasları”nda nəşr olunmasının, veb saytlarda yer almasının və insanların əllərinə keçməsinin ardından, bu saxta nəzəriyyənin gerçək mənada çökməyə uğradığını anlamışlar.

Məhz bu səbəblə, əvvəldən təsirli olan təbliğat üsulları indi bir nəticə verməməkdədir. Tapılan insan fosillərinin üzərinə Homo erektus adını qoymaq, Afrikadan necə köç etdiyini uzun-uzun izah etmək darvinist nəzəriyyəyə artıq bir qatqı təmin etməməkdədir. İnsanlar artıq elmi dəlillər gözləməkdədirlər. Darvinistlər isə bunu təmin edə bilməmişlər, təmin etmələri də qeyri-mümkündür.

Bu səbəbdən Dənizlidə tapılan bu yeni fosil 500 min il əvvəldə yaşamış bir insana aid olması və günümüz insanlarından fərqsiz olması baxımından təkamül nəzəriyyəsinə təkrar böyük zərbə vurmuş vəziyyətdədir. Bu qalıq, bir çox nümunədə olduğu kimi, yarım milyon illik keçmişində insanın insan olaraq var olduğunu və fosil qeydlərində bugünkü görünüşü və xüsusiyyətləri ilə birdən ortaya çıxdığını göstərməkdədir. İndiyə qədər darvinistlərin sözdə dəlil olaraq təqdim etmiş olduqları bütün fosillərin etibarsızlığı elan edilmiş və bunlar həmişə yaradılış gerçəyini təsdiqləmişlər. Bu fosil də eyni xüsusiyyəti göstərməkdə, hər nə qədər təkamülçülər tərəfindən fərziyyə vəsaiti edilməyə çalışılsa da, Uca Allahın möhtəşəm və qüsursuz yaradılışına dəlil təşkil etməkdədir.

 

“Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!” (Səcdə surəsi, 7-9)

 

 

  • Boyce Rensberger, The Washington Post, 19 noyabr 1984
  • Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, səh. 83
  • Richard Leakey, The Making of Mankind, London: Sphere Books, 1981, səh. 62
  • Pat Shipman, Doubting Dmanisi, American Scientist, noyabr-dekabr 2000 səh. 491
  • Milford H. Wolpoff,The Systematics of Homo, SCIENCE, sayı 284, nömrə 5421, səh. 1773, 11 iyun 1999
  • Tim White et al, Remains of Homo erektus from Bouri-Middle Awash-Ethiopia, Nature 416, səh. 317-320, 21 mart 2002