Elm jurnalları, canlılar arasındakı bənzərlikləri dəlilləndirib, bunların təkamül müddətinin məhsulu olduğunu qarşıya qoyan yazılarla doludur. Ancaq bu elm jurnallarının ziddiyyəti, bu cür bənzərliklərin “necə”, bir başqa deyişlə “hansı mexanizmlərlə” və “hansı mərhələlərlə” xəyali şəkildə təkamülləşmiş ola biləcəyinə dair heç bir cavab ehtiva etməməsidir. Bənzərliklər üzərindəki təbliğat, təkamül nəzəriyyəsinin fərziyyələrini doqma olaraq mənimsəmə və bənzərlikləri sorğusuz sualsız təkamül məhsulu qəbul etmə anlayışına söykənəndir.
Təkamülçülərin bu elmdən kənar tutumuna yaxşı nümunə meydana gətirməsi baxımından “Science Daily” adlı elmi xəbər saytında yer alan yazını burada araşdırmaqda fayda görürük. Mövzu ilə bağlı saytın 26 oktyabr 2006-cı il tarixli xəbərində, 100 milyon il əvvəl yaşamış arıların, çöl arılarında olan bəzi strukturları saxlaması “təkamül” olaraq xarakterizə edilməkdə və oxucular yanıldılmaqdadır.
“Research Discovers Oldest Bee, Evolutionary Link (Araşdırmada ən qədim arı və təkamüllü əlaqə kəşf edildi)” başlığını daşıyan xəbərdə, Oreqon əyalət universitetindən araşdırmaçıların kəhrəba içində saxlanılmış 100 milyon illik arı fosili tapıntısı xəbər verilməkdədir. Detalları “Science” jurnalında nümayiş olunan bu çalışma, arıların bilinən fosil qeydini 35 milyon daha geriyə daşımaqda və 100 milyon əvvəlinə aparmaqdadır. Bundan əvvəl elm adamlarının əldə etdiyi ən qədim arı fosilləri təxmini olaraq 65 milyon il əvvələ uzanmaqda idi.
Tapdıqları fosili yeni arı ailəsi olaraq ədəbiyyata qazandıran araşdırmaçılar, bu kateqoriyanı Melitosfesidae olaraq adlandırmaqdadırlar. Oreqon əyalət universitetində zooloq işləyən və çalışmada yer alan Corc Poinar, Melitosfesidae haqqında “bu, təyin edə bildiyimiz ən qədim arı və çöl arılarının bəzi xüsusiyyətlərini də paylaşır” deməkdədir.
Növün adı “Melittosphex burmensis” olaraq təyin olunan arı, ayağının alt qismində iki oynağa sahib olmasının yanında arxa ayaqlarının dar olmasıyla çöl arılarının xüsusiyyətlərini göstərməsinə qarşı, ümumiyyətlə polen yayan arı xüsusiyyəti göstərməkdədir. Məsələn, bədəninin hamısı, polen yayan arıların xarakteristika xüsusiyyəti olan çəngəlli quruluşdakı tüklərlə örtülüdür.
Görüldüyü kimi, Melitosfesidae burmensis, polenləmə funksiyasını mükəmməl şəkildə yerinə yetirməsini təmin edən strukturlara sahib qüsursuz canlıdır. Yalnız çöl arılarının ayaq quruluşuyla əlaqədar xüsusiyyətləri saxladığı üçün Poinarın təkamül nağıllarına mövzu olmaqdadır. Poinar bu arıyla əlaqədar olaraq bu cür təkamül nağılı izah etməkdədir:
Arxeologiyada, bir çox insan, ilk quş və bir mənada yarım quş, yarım da sürünən olan arxeopteriks növünü qiymətləndirir. Bunun kimi növlər, təkamülün nə vaxt fərqli yollara sapdığını anlamağımıza kömək etməsi baxımından kritik əhəmiyyət daşımaqdadır. Bu baxımdan baxıldığında, bu fosil bizə təməldə yalnız ətyeyən olan çöl arılarının, bitkiləri polenləyərək tamamilə fərqli bir bioloji funksiyaya xidmət edə bilən arılara çevrildiyini anlamağımıza qatqıda ola bilər.
Bir fosil qalığı tapan elm adamının psixologiyası, əldə etdiyi nümunənin əhəmiyyətini şişirtməyə meylli olar. Təkamül nəzəriyyəsi tərəfdarları üçün isə bunun vasitəçi “ara forma” nağılları izah etməkdir. Poinarın ifadələrində də ortaya çıxan vəziyyət budur. Ara formalar, təkamül nəzəriyyəsinin çevrilmə iddiasına görə fosil qeydlərində çox-çox sayda olmalı olan, növlər arası sözdə keçidin izlərini daşıyan fosillər olmalıdır. Ancaq Darvin sonrası dövrdə, yüz ildən çox paleontoloji araşdırmanın ortaya qoyduğu nəticələr, fosil qeydlərində ara formalardan əsər tapılmadığını göstərməkdədir.
Derek V. Aqer adlı İngilis paleontoloq, fosil qeydlərinin darvinizm əleyhindəki bu gerçəyini aşağıdakı sözlərlə ifadə etmişdir:
Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda, növlər ya da təsnif edər səviyyəsində olsun, davamlı olaraq eyni gerçəklə qarşılaşarıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən yer üzündə yaranan qruplar görərik. (Derek V. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, cild 87, 1976, səh. 133)
Görüldüyü kimi, paleontologiyanın gerçəkləri darvinizmə qarşıdır, ancaq yenə də təkamül tərəfdarları nəzəriyyələrini ayaqda tuta bilmək üçün ara forma statusuna yüksəldə biləcəkləri fosil nümunələrinə şiddətlə ehtiyac duymaqdadırlar. Tapıntısını bu baxımdan önə çıxararaq məşhur olma psixologiyası da buna əlavə olunduğunda, təkamülçü elm adamları Poinar kimi davranmaqda və əldə etdikləri qalıqlar bəzi bənzər növlərin xüsusiyyətlərini saxladığında dərhal bunların ara forma olduğunu iddia etməkdədirlər.
Halbuki, Poinarın arı fosilində, çöl arısının ayaq quruluşu xüsusiyyətlərinin görülməsi bu tapıntının arıların təkamülü iddiasını sübut etdiyini qəti olaraq göstərməməkdədir. Poinar yalnız bənzərliklərə diqqət çəkməkdə, dərhal sonra bunu təkamül dəlili olaraq elan etməkdədir. Ancaq bu bənzərliklərin, heç bir plan və məqsəd olmadan, tamamilə təbiətin öz bağlı sistemində və kor müddətlərlə təsadüfün motivimində necə inkişaf etmiş ola biləcəyinə dair heç bir elmi şərh təqdim etməməkdədir. Poinar arıların təkamülündən danışdığı halda, təkamülçü ədəbiyyatda arıların kompleks fizioloji və davranış sistemlərinin təkamüllə necə ortaya çıxmış ola biləcəyinə dair dəlilləndirilmiş elmi şərhlərdən əsər yoxdur.
Məsələn, arıların uçuş mexanizmlərinin, riyazi hesablamalara əsaslanan və iqtisadi baxımdan ən məhsuldar olan pətək istehsal planlarının; bu planların minlərlə arının qüsursuz əməkdaşlıq və uyğunlaşması daxilində heç bir xaos mühiti və səhv istehsal olmadan tətbiq olunmasının; arıların qida qaynağının yerini izah etmək üçün müraciət etdikləri ünsiyyət sistemlərinin hansı mexanizm və mərhələlərlə təsadüfən inkişaf etmiş ola biləcəyi sualları təkamülçülər üçün cavabsızdır. Bu cavabsızlıq, arıların təkamülü iddiasının elmdən kənar nağıllardan ibarət olduğunu göstərməkdədir.
Tozlandıran arıların ən erkən nümunələrində günümüz çöl arısının ayaq xüsusiyyətlərinin görülməsi də bu nağıl daxilində təhrif edilməkdədir. Qısaca açıqlamaq lazım olsa, təbiətdə yaşamaqda olan milyonlarla növ canlı vardır. Balina, yarasa, kərtənkələ, qurbağa, at, pişik, it, aslan, meymun kimi çox sayda canlı, özlərinə xas xüsusi strukturlar saxlamaqla birlikdə, ortaq orqanlara da sahibdirlər. Məsələn, yuxarıda sayılan canlıların bütünü, struktur olaraq təşkilatı baxımından fərqlilik göstərsə də gördüyü funksiya baxımından eyni olan “göz” orqanına sahibdirlər.
Darvinistlərin yanlış dünyagörüşlərinə görə, yuxarıdakı canlılar göz kimi bir orqanı paylaşdıqlarına görə bu vəziyyət ancaq ortaq atadan törəmənin dəlili olaraq şərh olunmalıdır. Halbuki, bunun səbəbi, canlıları eyni biosferdə yaradan Uca Allahın, bənzər mühitlərdə bənzər funksiyalara ehtiyac duyan bu canlıları, bənzər quruluş və sistemlərlə təchiz etmiş olmasıdır. Bənzərlik sərgiləyən strukturlar bir plan və dizayn ehtiva etdiyinə görə, ağıl və məntiq sahibi hər obyektiv insan üçün bu vəziyyətin doğru şərhi, bu canlıların ortaq Yaradıcı tərəfindən yaradılmış olduğudur.
Bir arının, yenə başqa arı olan çöl arısının ayaq quruluşu xüsusiyyətlərinə sahib olması bu baxımdan son dərəcə təbii qarşılanması lazım olan vəziyyətdir.
Bunu da ifadə etmək lazımdır ki, darvinistlər xəyali təkamül müddətini tamamilə təsadüfi və heç bir plan ehtiva etməyən müddət olaraq qəbul etdikləri üçün, funksional olaraq qüsursuz olan bənzərlikləri deyil, fosil qeydlərində çox sayda olmalı olan qəribə görünüşlü varlıqları dəlil olaraq qarşıya qoymalıdırlar.
Təbiət, heç bir şüuru olmadan tamamilə kor sınaq müddətinin sözdə təcrübə sahəsi olduğuna görə, canlılardakı mükəmməl strukturlar ortaya çıxana qədər saysız mutasiya reallaşmış olmalı, bunların çox böyük əksəriyyəti də anormal xüsusiyyətlər sərgiləyən və daha çox inkişaf etmə şansı olmayan, öz həyatını da davam etdirmə imkanı tapa bilmədən ölmüş əcaiblərin qalıqları fosil qeydlərində çox olmalıdır. Darvinist iddialara görə, yarım kərtənkələ, yarım quş; yarım yarasa qanadlarına sahib qunduz kimi qəribə canlıların təsadüfi mutasiyalarla ortaya çıxması lazımdır. Halbuki, fosil elmi, keçmişdə yaşamış canlıların daim mükəmməl quruluşda olduqlarını, təkamül nəzəriyyəsinin tələb etdiyi təsadüfi müddətin izlərindən əsər tapılmadığını ortaya qoymuşdur.
Qısacası, Poinarın arı fosili ilə əlaqədar iddiaları, təkamül nəzəriyyəsini bir doqma olaraq mənimsəmiş olmasından qaynaqlanan elmi dayaqdan məhrum, şişirdilmiş izahlardır. “Science Daily” saytına darvinistlərin xəyali iddialarını elmi izah olaraq təqdim edib oxucularını yanıltmağa son verməsini və arılardakı mükəmməl sistemlərin bu canlıların Uca Allah tərəfindən yaradıldığının açıq dəlili olduğunu görməsini tövsiyə edirik.
Qeyd:
1) Arxeopteriks ilə əlaqədar olaraq edilən ara forma fərziyyələri, bu canlının mükəmməl uçuş qabiliyyətinə sahib quş olduğunu göstərən elmi inkişaflar qarşısında çürüdülmüşdür. Bu mövzuda baxın. <http://www.darwinizminsonu.com/doga_tarihi_2_06.html>
2) Arılar Uca Allahın yaratmasının ən güclü və açıq dəlillərini təqdim edən möcüzə canlılardır. Bu dəlillər o qədər çoxdur ki, Harun Yəhya bu canlılar üzərindəki araşdırmasını bir kitab halında yığmışdır. Harun Yəhyanın bu mövzuda kitabını buradan oxuya bilərsiniz.