Tövbə surəsi, 24-cü ayənin təfsiri
“De:” deyir Cənabı Allah, “əgər atalarınız”, münafiqlər kimə düşkündür? Əvvəlcə atasına düşkündür. Sonra kimə? “Uşaqlarınız”, uşaqlarına düşkündür. Fikri həmişə onlarda qalır. Sonra münafiqlərin ən çox üstündə dayandıqları nədir? “Qardaşlarınız”, başı qardaşlarına qarışır. “Dinmi, Allahmı, Kitabmı, İslama xidmətmi, yoxsa qardaşlarınmı?” desən, “qardaşlarım” deyər. “Zövcələriniz”, münafiqin başı zövcəsinə qarışar. Yəni “dinmi, Allahmı, Allah yolunda mübarizəmi? Hansını seçərsən?” “Zövcəmi” -deyir. Fikri zövcəsində qalır. “Yaxın qohumlarınız”, yəni dost-tanış əhatəsi; Facebookda, orada-burada dost-tanış əhatəsi var. “İslama xidmətmi, iddiaya xidmətmi, hansı?” “Yaxın qohumlarım” -deyir. “Qazandığınız mallar”, nə qazandısa; az da olsa, çox da olsa əldə etdiyi qənimət, mallar. Münafiqlər qazandığı var-dövlətlərə çox ciddi olar. Kiminsə əlinə keçməsini istəməz, özünə aid olmasını istəyər. Ondan Allah yolunda xərcləmək istəməz. Allah yolunda xərcləməyi ağılsızlıq kimi görər. “İflasa uğramasından qorxduğunuz alış-verişiniz”, iflasa uğramaqdan necə qorxar? Ticarətə bütün gücüylə önəm vermək istəyər, bütün diqqətini vermək istəyər. İslama, Qurana vaxt ayırsa ticarətdə iflasa uğrayacağını düşünər. Ona görə İslama vaxt ayırmaq istəməz. “Və xoşunuza gələn evlər”, hansı ev? Küçədəki bir ev deyil. Özünə aid ev, ailəsinə aid ev xoşuna gələr. Çünki mülkü öz üstünə aid olduğu üçün oraya önəm verər. Müsəlmanın evinə getmək istəməz. Münafiq özünə aid, münafiqlərin olduğu, dinsizliyin hakim olduğu evə getmək istəyər. Onun üçün Allah “xoşunuza gələn evlər” deyərək ona diqqət çəkir. Allah bunların hamısını sayır, “sizə Allahdan, Onun Elçisindən” yəni, Allahın elçisindən, imamından, İslam yolunda mübarizə edən liderdən “və Onun yolunda cihad etməkdən” yəni İslamı yaymaqdan, İslamı təbliğ etməkdən, Mehdiyyətdən “daha əzizdirsə” daha xoş gəlirsə, “Allahın əmri gəlincəyə qədər gözləyin”. Yəni “Allah sizin bəlanızı verənə qədər gözləyin” -deyir. “Allah fasiqlərə hidayət verməz” -deyir Allah. Tövbə surəsi, 24.