Header

“Darvinin ölümcül mirası” ABŞ-da nümayiş olunur

Aa4a

Harun Yəhyanın, dinsizliyə qarşı iyirmi ildən çox müddətdir icra etdiyi fikri mübarizədə əhatəli olaraq ifşa etdiyi mövzu, 20-ci əsrdə inkişaf edən irqçi, faşist və kommunist ideologiyaların darvinizmə əsaslanır. Yazarın, bu istiqamətdəki vurğusunu başda Yaradılış Atlası olmaq üzrə çox sayda əsəri ilə Qərb cəmiyyətinin diqqətinə son dərəcə təəccüblü sənədlərlə təqdim etməsinin ardından, Amerikan ictimaiyyətdə mövzuya olan maraq artmağa davam etməkdədir. Son olaraq ABŞ-ın Florida əyalətində fəaliyyət göstərən, Evanjelik Xristian qrup “Coral Ridge Ministries”, “Darvinin ölümcül mirası” başlıqlı yeni sənədli film hazırladı. “Xristian Kabel TV” kanallarında və ölkə daxilində təxminən 200 TV stansiyası tərəfindən göstərilən sənədli filmdə, Adolf Hitlerin, soyqırımında Çarlz Darvinin təkamül nəzəriyyəsinə əsaslandığı izah edilir.

26-27 avqust 2007-ci il tarixlərində “Coral Ridge Ministries” adlı TV qurşağında nümayiş olunan sənədli filmində, təkamül-yaradılış mövzularında əsərlər yazmış olan 14 alim, elm adamı və yazar qatılır. “Coral Ridge Ministries” qurucusu olan D. Ceyms Kennedi mövzuyla əlaqədar olaraq “Qısaca, Darvin olmazsa Hitler [kimilər] də olmaz. Hitler, təkamülü sürətləndirməyə çalışdı, bu yolda milyonlarla insan tərifi mümkün olmayan şəkillərdə əziyyət çəkdi və öldü” şərhini edir. (2)

CRM spikeri Con Aman isə bunları söyləyir:

“Darvinizm bir fəlsəfə, bir dünya görüşüdür və içindəki təməl şey, təkamülün ölümlə irəlilədiyi, bu səbəbdən ölümün faydalı olduğudur. Hitler, yaşanmağa dəyər olmayan həyatları yox etməklə mədəniyyətin faydasına bir şey etdiyini zənn edirdi. Biz əlbəttə bunun, Darvinin başlatdığı və onun təqibçilərin tərəfindən yayılan dünya görüşünün nəticəsi və fövqəladə pis əxlaqi tragediya olduğunu düşünürük”.

Bu tragediyanın ölçülərini göstərməsi baxımından, Nazı soyqırımından sağ olaraq xilas olan kəslərdən biri olan Aleksandr Kimelin təsbitləri olduqca təəccüblüdür:

“Nasizm, ictimai darvinizmi qəbul edərək insanları heyvanlarla bərabər hala gətirdi, əllərindəki fərdi seçki azadlığını, özləri üçün düşünə bilmə qabiliyyətini aldı. Mərhəmətsizlik, terror, yalan və insanın insan tərəfindən mərhəmətsizcə istismar edilməsi bir davranış norması halına gəldi. Əgər insanları heyvanlar kimi eyni təbii seleksiya qanunları idarə edirsə, insanın şüurundakı ilahi qığılcım alındığında insanlara heyvanlar kimi davranıla bilər: Süni olaraq çıxarıla bilər və böyük baş heyvanlar kimi rəftar görə bilərlər.

Məsələn döyüş və döyüşün əhəmiyyətli hesab edilməz idarəsi çox böyük itkinlər gətirmişdi. Hitler isə, vəziyyəti itkinləri maneə törədərək deyil, çoxaltma metodlarını inkişaf etdirərək düzəltməyə çalışmışdı. Auskvitzdə (nazi həkim) Mengel, əkizlər üzərində, onları öldürərək, kəsib biçərək, çoxaltma metodlarının necə inkişaf etdiriləcəyinə, Alman qadınlarının doğum məhsuldarlığının necə iki qatına çıxardıla biləcəyinə dair “elmi” təcrübələr icra etdi. Almanlar törəyən heyvanlar kimi görüldü, S. S. onların çobanları və Fürerləri də təlimatçı əfəndiləri idi. Almanlar mükafat qazanmış böyük baş heyvanlar, digər xalqlar sıravi heyvanlar və Yəhudilər isə zərərli böcəklər olaraq qəbul edilmiş və elə rəftar görmüşlər.”

Darvin-Hitler ittifaqı, təxminən 40 milyon insanın ölümünə gətirib çıxaran tragediya ilə nəticələndi.

Qaynaqlar

(1) Mövzuyla əlaqədar Harun Yəhya qaynaqlarından bəziləri:

İctimai silah darvinizm (kitab)

Darvinizmin insanlığa gətirdiyi bəlalar (kitab)

Darvinizmin qanlı ideologiyası faşizm (kitab)

Sosial silah darvinizm (məqalə)

Darvinizm ilə elmi mübarizənin əhəmiyyəti (məqalə)

Terrorizmin gerçək ideoloji mənşəyi: Darvinizm və materializm (məqalə)

(2) ”Coral Ridge Ministries new “documentary” featuring Ann Coulter attributes Hitler to Charles Darwin”, Bill Berkowitz, 6 sentyabr 2006, http://www.mediatransparency.org/storyprinterfriendly.php?storyID=146

(3) Bill Berkowitz, ibid.

(4) Online Holocaust Magazine, Nazi Terror, Alexander Kimel, http://www.kimel.net/terror.html

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313