Ntvmsnbc.com saytında 26 aprel 2008-ci ildə “quşların əcdadı Tyrannosaurus” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Harvard universitetindən Kris Orqan və qrupu, 2003-cü ildə ABŞ-ın Montana ştatının şərqindəki Hell Kreek bölgəsində edilən qazıntılarda olan, 68 milyon illik Tyrannosaurusun sümük toxumasından əldə edilən zülallar üzərində edilən çalışma mövzu edilirdi. Bu işdə ortaya qoyulan iddialar tamamilə fərziyyələrə və ön mühakiməyə əsaslanır, və araşdırmanın özü təkamül nəzəriyyəsinə heç bir elmi dəlil meydana gətirmir.

Tədqiqatçılar həmin çalışmada əldə etdikləri molekulyar məlumatları (zülalların müqayisəli strukturlarını) təkamül nəzəriyyəsinin fərziyyələri istiqamətində və quşların dinozavrlardan təkamül keçirməsi doqması çərçivəsində izah etmişlər. Quşlarla dinozavrlar arasında guya təkamül əlaqəni ən başdan mənimsədikləri üçün, zülallar arasındakı bənzərlikləri də xəyali təkamül prosesinin bir məhsulu olaraq izah edirlər. Darvinist xətdə nəşr edən Ntvmsnbc.com saytı da bu çalışmanı, “ətyeyən dinozavr tyrannosaurusun bugünkü quşların əcdadı olduğu dəqiqləşdi” şəklində iddialı və göz boyayan izahlarla cəmiyyətə göstərərək, təkamül təbliğatı edir.

Halbuki bu çalışmada ortaya qoyulan iddialar tamamilə fərziyyələrə və ön mühakiməyə əsaslanır, və araşdırmanın özü təkamül nəzəriyyəsinə heç bir elmi dəlil meydana gətirmir. Birincisi, çox yaxşı bilindiyi və hətta təkamülçü elm adamları tərəfindən qəbul edildiyi kimi, canlılar arasındakı bənzərliklər təkamülə dəlil meydana gətirmir. İkincisi, tədqiqatçılar bənzərliklərin təkamül məhsulu olduğunu fərz edib, tapdıqları bənzərlikləri təkamül dəlili olaraq izah etməklə məntiq səhvi ortaya qoyurlar. Üçüncüsü və ən əhəmiyyətlisi, quşların dinozavrlardan təkamül keçirməsi iddiası qabaqcıl ornitoloqların (quşbilimci) açıq və dəqiq dəlillər ortaya qoyaraq çürütdükləri nağıldan ibarətdir. Ntvmsnbc.com saytındakı darvinizm təbliğatının etibarsızlığı aşağıda maddə-maddə açıqlanır.

 

Zülal oxşarlıqları, gerçəkdə guya “təkamül sxemi”ni alt-üst edirlər

Ntvmsbc.com xəbəri, quşlarla dinozavrlar arasında qarşıya qoyulan təkamül qohumluq əlaqəsini molekulyar müqayisəyə əsaslandırır. Halbuki molekulyar qarşılaşdırmalara əsaslanaraq soy ağacı meydana gətirmənin hər hansı elmi əsası yoxdur. Bu günə qədər edilmiş müqayisələrin ortaya qoyduğu ümumi cədvələ baxıldığında, “molekulyar oxşarlıqları” mövzusunun təkamülə dəlil olmadığı, əksinə nəzəriyyəni çarəsiz buraxdığı görülür. Cənubi Karolina universiteti tibb fakültəsindən biokimya tədqiqatçısı dr. Kristian Şvab, molekulyar sahədə təkamülə dəlil tapa bilmək üçün uzun illərini vermiş təkamülçü elm adamıdır.

Xüsusilə insulin və relaksin növü zülallar üzərində araşdırmalar edərək canlılar arasında təkamül qohumluqlar qurmağa çalışmışdır.

Lakin bir neçə dəfə çalışmalarının heç bir nöqtəsində təkamülə hər hansı dəlil əldə edə bilmədiyini etiraf etmək məcburiyyətində qalmışdır. Şvab, “Science” jurnalındakı bir məqaləsində belə deyir:

 

“Molekulyar təkamül, təkamül qohumluqlar ortaya çıxarılması üçün az qala paleontoloji daha üstün bir metod olaraq qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü olaraq bundan qürurlanmağım lazım idi. Amma əksinə, növlərin nizamlı inkişaf etdiyini göstərməsi lazım olan molekulyar oxşarlıqların bir çox istisnası olması olduqca ürək darıxdırıcı görünür. Bu istisnalar o qədər çoxdur ki, gerçəkdə, istisnaların və qəribəliklər daha əhəmiyyətli mesaj daşıdıqlarını düşünürəm. “ (Christian Schwabe, “On the validity of molecular evolution”, Trends in Biochemical sciences, səh 11, iyul 1986)

 

Məşhur biokimyaçı Prof. Maykl Denton da molekulyar biologiya sahəsində əldə edilən tapıntılara söykənərək belə izah edir:

 

“Molekulyar səviyyədə, hər canlı sinfi, orijinal, fərqli və digərləri ilə bağlantısızdır. Bu səbəbdən molekullar, eyni fosillər kimi, təkamülçü biologiya tərəfindən uzun zamandır axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir… Molekulyar səviyyədə heç bir orqanizm bir digərinin “əcdadı” deyil, digərindən daha “ibtidai” ya da “inkişaf etmiş” də deyil… Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl mövcud olsaydı… üzvi təkamül düşüncəsi heç bir zaman qəbul edilməzdi.” (Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 290-91)

 

Canlılar arasında molekulyar oxşarlıqların olması əlbəttə olduqca təbiidir; çünki eyni molekullardan meydana gəlməkdə, eyni suyu və atmosferi istifadə edir, eyni molekullardan ibarət qidaları istehlak edirlər. Maddələr mübadiləsi və bu səbəbdən genetik strukturlarının bir-birinə bənzəməsi də çox normaldır. Məsələn fərqli modellərdə kompüterlərin paylaşdığı çip, yaddaş diski kimi ortaq strukturlar da mövcuddur. Ancaq, əlbəttə, bu vəziyyət kompüterlərin bir-birlərindən təkamül keçirdiklərini göstərməyəcək. Canlıların ortaq quruluşlarındakı plan və kompleks dizayn, bütün bunların təsadüfi bir müddətdə ortaq əcdaddan təkamül keçirdiklərini deyil, üstün ağıl tərəfindən yaradıldıqlarını sübut edir. Şübhəsiz ki, bu Yaradan, göylərin və yerin arasındakı hər şeyin Rəbbi olan Uca Allahdır.

Bənzərlikləri təkamül məhsulu olaraq izah edən təkamülçülər, bir sonsuz dövr içindədirlər.

“Sonsuz dövr içində düşünmək”, fərz edilən bir şeyi sübut etmək üçün fərziyyədə etmək davranışıdır və fəlsəfədə təməl məntiq pozuqluğudur. Məsələn, “A doğrudur” şəklində bir ifadəni, yenə A-nın doğruluğunu sübut etməkdə istifadə edən biri, sonsuz dövr içərisində düşünülmür.

Təkamülçülərin canlılardakı bənzərlikləri təkamül dəlili olaraq izah etmələri də, məsələn “dünyadakı qırmızı rəngli və üstü açıq avtomobillər eyni fabrikdən çıxmış olmalıdır” deyə təyin etmək, sonra da hər qırmızı rəngli üstü açıq avtomobili “baxın, bir-birlərinə bənzəyirlər, deməli eyni fabrikdən çıxmışlar” deyə izah etmək kimidir. Gerçəkdə ortada hər hansı bir şeyin dəlili yoxdur; yalnız sübutsuz fərziyyə və bu fərziyyəyə görə izah edilməli olan vəziyyətlər vardır.

 

Quşların təkamülü iddiası niyə dilemmadır?

Təkamülçülər quşların sürünənlərdən törədiyini iddia edirlər. Amma bu iddianın heç bir dəlili yoxdur. Əksinə, belə bir təkamülün qeyri-mümkün olduğunu göstərən bir çox dəlil vardır.

 

Quş ağciyərinin SADƏLƏŞDİRİLƏMƏZ kompleks quruluşu

Dinozavrlar sürünənlər sinfinə aid növdür. Quşlarla sürünənlər çox fərqli fizioloji xüsusiyyətlərə sahibdirlər. Əvvəlcə quşlar istiqanlı olduqları halda sürünənlər soyuqqanlıdır. Soyuqqanlı sürünənlərin maddələr mübadiləsi yavaş işləyər. Quşlar isə uçmaq kimi yorucu hərəkət üçün həddindən çox enerji istehlak edərlər. Maddələr mübadiləsi sürünənlərinkindən daha çox sürətli edir. Quşlarda hüceyrələrə oksigenin çatdırılması çox tez reallaşmalıdır. Bunun üçün xüsusi tənəffüs sistemi ilə təchiz edilmişlər. Ağciyərlərdə hava tək istiqamətdə irəliləyərək orqanizmin oksigen qazanmasını gecikdirmir. Sürünənlərdə isə alınan hava eyni kanallardan təkrar geri göndərilməlidir. Tək istiqamətli hava kanalı yalnız quş ağciyərində olan, xüsusi dizayndır. Belə kompleks quruluşun mərhələlərlə ortaya çıxması mümkün deyil. Çünki canlının həyatda qalması üçün bəhsi keçən tək istiqamətli hava kanalı sistemi və ağciyərlər qüsursuz şəkildə və hər an mövcud olmalıdır. Darvinizmə gətirdiyi tənqidlərlə tanınan molekulyar bioloq Maykl Denton bu mövzuda bunları söyləyir:

 

Belə xüsusi tənəffüs sisteminin təkamülünün, onurğalılardakı standart dizayndan mərhələlərlə və müəyyən istiqamət olmadan necə reallaşdırdığını zehində canlandırmaq; xüsusilə tənəffüsün orqanizmin həyatda qalmasında boynuna götürdüyü kritik rol nəzərə alındığında, çox çətindir. (Michael J. Denton, Natures Destiny, Free Press, New York, 1998, səh. 361)

 

Quş Qanadının SADƏLƏŞDİRİLƏMƏZ kompleks quruluşu

Uçuşun xəyali təkamülünü qəbul etmək, müəyyən mərhələlərdə qanadların “ibtidai” və bu səbəbdən qeyri-kafi olduğunu qəbul etməyi tələb edir. Ancaq “qeyri-kafi qanad” çox az da olsa uçmaq üçün belə kafi deyil. Uçuşun reallaşması üçün, canlıda qanadların əskiksiz və qüsursuz olaraq olması lazımdır. Bu vəziyyəti təkamülçü bioloq Enqin Qoruyar belə etiraf edir:

 

“Gözlərin və qanadların ortaq xüsusiyyəti, ancaq tamamilə inkişaf etmiş olduqları təqdirdə vəzifələrini yerinə yetirə bilirlər. Bir başqa sözlə, əksik gözlə görülməz, yarım qanadla uçmaq olmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ yaxşı açıqlanmamış sirlərindən biri olaraq qalmışdır.” (Engin Qoruyar, “Gözlərin və qanadların sirri”, Elm və Texnika, oktyabr 1984, sayı 203, səh. 25)

 

Bir paleontoloq olan və fosil qeydlərinin darvinist mərhələli təkamül modelini açıqca təkzib edən Stefan J. Qould isə quşların qanadlarının yavaş-yavaş inkişaf etmiş ola bilməyəcəyini bu sözlərlə ifadə edir:

 

“Ancaq əgər təkamül, hər biri təbii seleksiya ilə seçilən ara keçidlərdən ibarət olan uzun silsiləni qət etmək məcburiyyətindədirsə, belə ətraflı strukturları necə əldə edə bilərsiniz? 2% qanadla uça bilməzsiniz… Digər bir sözlə, təbii seleksiya ancaq çox ətraflı formalarda istifadə edilən belə strukturların başlanğıc mərhələlərini necə açıqlayar? “ (Stephen. J. Gould, “Not Necessarily a Wing”, Natural History, oktyabr 1985, səh. 12-13)

 

Burada vurğulanması lazım olan çox əhəmiyyətli nöqtə daha vardır. Təkamül nəzəriyyəsinə görə bir xüsusiyyətin seçilməsi üçün funksional olması lazımdır. Ən əhəmiyyətlisi, təsadüfi dəyişmələrin mərhələ-mərhələ inkişafı prosesində canlının həyatını davam etdirən “funksional bir bütün” olması əsas şərtdir.

“American Zoology” jurnalında nəşr olunan bir məqaləsində, biologiya professoru və eyni zamanda quş alimi olan Valter. J. Bok bu mövzuda bunları yazır:

 

“… bir təkamül seriyası orqanizmi bu seriyanın hər bir mərhələsində müəyyən mühitlərdən yaranan seçmə ehtiyacları ilə uğurla qarşılıqlı bir funksional quruluş olmalıdır.” (Walter j. Bock, “Explanatory History of the Origin of Feathers”, American Zoology, 40: səh. 482, (2000))

 

Burada qanadların təkamülü iddiaları ilə əlaqədar çox əhəmiyyətli ziddiyyət ortaya çıxır. Çünki ön ayaqlarda meydana gələcək mutasiyalar, canlıya çalışan qanad qazandırmadığı kimi, onu ön ayaqlarından da məhrum edəcək. Bu isə, bu canlının, digər canlılara görə daha əlverişsiz (yəni şikəst) bədənə sahib olması mənasına gəlir. Əlbəttə ön ayaqları nə funksional ayaq, nə də funksional qanad olaraq işə yaramayan canlı, yırtıcılardan qorunma, ovlama, uyğunlaşma kimi həyati fəaliyyətlərini əvvəldən olduğu kimi rahat şəkildə yerinə yetirə bilməyəcək, qazandığı bu çatışmazlıq ucbatından həyatını davam etdirə bilmiyəcək.

 

Quşların təbiət tarixi və arxeopteriks

Quşların anatomiyaları bizlərə Allahın qüsursuz yaratmasını göstərərkən, fosil qeydləri də bu canlıların “birdən ortaya çıxdıqlarını” göstərir.

 

Bilinən ən qədim quş fosili, 150 milyon il yaşındakı arxeopteriksdir. Bu canlı, qüsursuz uçuş əzələləri və uçuşa uyğun tükləri ilə, uçucu quşdur. Daha əvvəl yaşamış yarı sürünən-yarı quş heç bir canlının fosilinə rast gəlinməmişdir. Bu səbəbdən arxeopteriksin ilk quş olduğunu və müasir quşlar qədər “uçucu” olan quruluşuyla təkamül nəzəriyyəsi əleyhinə dəlil olduğunu söyləyə bilərik.

Yenə də təkamülçülər 19-cu əsrdən bu yana arxeopteriks haqqında fərziyyə edirlər. Ağzında dişlərin, qanadlarında pəncə bənzəri dırnaqların mövcud olması və uzun quyruğu, fosilin bu baxımdan sürünənlərə bənzədilməsini səbəb olmuşdur. Bir çox təkamülçü Arxeopteriksi “ibtidai quş” olaraq adlandırmış, hətta bu canlının quşlardan çox sürünənlərə yaxın olduğunu iddia etmişdir.

Ancaq bu əfsanənin çox səthi olduğu; canlının heç də “ibtidai quş” olmadığı; əksinə skelet və tük quruluşunun uçmağa olduqca əlverişli olduğu; sürünənlərə bənzədilən xüsusiyyətlərinin tarixdə yaşamış və hətta indiki vaxtda yaşayan digər bəzi quşlarda da olduğu zamanla ortaya çıxmışdır. Arxeopteriks haqqındakı təkamülçü fərziyyələr indiki vaxtda böyük ölçüdə sakitləşmiş vəziyyətdədir. Dünyanın ən qabaqcıl Ornitoloji (quş alimi) mütəxəssislərindən biri olan Şimali Karolina Universiteti biologiya bölümü professoru Alan Feducianın ifadə etdiyi kimi “arxeopteriksin müxtəlif anatomik xüsusiyyətlərini araşdıran yeni tədqiqatçıların bir çoxu, bu canlının daha əvvəl xəyal ediləndən daha çox quş-bənzəri olduğunu göstərmişdir”. Arxeopteriks haqqında çəkilən “yarı sürünən canlı” portretinin isə səhvi ortaya çıxmışdır; yenə Feduciaya görə “Arxeopteriksin theropod dinozavrlara olan bənzərliyi çox böyük ölçüdə şişirdilmişdir.” (Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, səh. 81)

 

Qısası quş təkamülü, bioloji və ya paleontoloji dəlilləri olan tutarlı tezis deyil, darvinist ön mühakimələrdən qaynaqlanan tamamilə xəyali və gerçək xarici iddiadır. Bəzi mütəxəssislərin elmi həqiqət imiş kimi söz etməyi sevdiyi quş təkamülü mövzusu, fəlsəfi səbəblərlə ayaqda tutulan nağıldan ibarətdir.

 

Nəticə

Yuxarıda ortaya qoyulan konkret dəlillərin də göstərdiyi kimi, quşlarla dinozavrlar arasında zülal qarşılaşdırmalarına əsaslanaraq qurulmağa çalışılan əlaqənin hər hansı obyektiv zəmini yoxdur. Tədqiqatçılar, bu dəlilləri tamamilə göz ardı edərək yalnız xəyal və qərəzə əsaslanan doqmalarını təlqin edir, Ntvmsnbc.com saytı da darvinizmə olan kor-koranə bağlılığı səbəbindən bunu mənimsəyib cəmiyyətə təbliğat vəsaiti olaraq təbliğ etməyə çalışır. Ancaq bu səylər əbəsdir. Müasir elm, həyatın mənşəyində fövqəladə kompleksliyin yanında materialist dünyagörüşündən açıqlanması mümkün olmayan, yüklü miqdarda genetik məlumatın yatdığını ortaya qoymur. Ntvmsnbc.com saytındakı bu xəbər, materialist dünya görüşünə bağlı dairələrin göz boyayıcı taktikalarla davam etdirdikləri aciz səylərdən ibarətdir. Canlılar təsadüfi müddətdə təkamül keçirməmiş, Uca Allahın “Ol” əmri ilə yoxdan yaradılmışdır.