Təkamülçülərin yeni fosil tapıntıları haqqında təbliğatı böyük bir təkan ilə açıqlanır. Xalq, xəbər başlıqlara daşınan itkin halqa iddiaları ilə sıx təkamül təbliğatına məruz qalır. Ancaq bu qalmaqal havası keçicidir. Sonrakı elmi tapıntılar daim itkin halqa təbliğatına mövzu olan fosili mənasızlaşdırır, onu təkamülçülərin xəyali soy ağacından endirir. Lakin əlbəttə, fosil haqqında bu gerçəklər təkamülçü nəşrlərdə yer almaz. Sonra yenə yeni tapılan fosil böyük kəşf və təkamül nəzəriyyəsinə güclü dəstək olaraq tanıdılır. Ta ki, bu fosili də çürüdən elmi tapıntılar ifşa olunana qədər… Təkamülçü təbliğatın bu aldatma dövrü belə işləməyə davam edir.
Keçdiyimiz günlərdə Ntvmsnbc.com xəbər portalında yayımlanan yeni fosil xəbəri, bu dövrün ictimaiyyətə göstərilən özündə yeni aldatma oyunun sərgiləndiyini göstərir. Bəhsi keçən xəbər, təkamül nəzəriyyəsinə çox əhəmiyyətli dəstək vəd edir təəssürat verər şəkildə “Pekin adamı”ndan sonrakı ən əhəmiyyətli fosil başlığıyla bildirilir.
Çində ələ keçirilən və 16 parçadan meydana gələn demək olar əskiksiz kəllə sümüyü, arxeoloqlara görə dövrümüzdən 80.000-dən 100.000 il əvvəlinə aiddir. Kəllə sümüyünün, daxili pərdəsinin fosilləşməsinin səbəbi ilə o dövrdə yaşayan insanların sinir sistemi haqqında məlumatlar təmin etməsi ümid edilir.
Yaxşı bəs bu tapıntının “Pekin adamı”ndan sonrakı ikinci əhəmiyyətli fosil olaraq elan edilməsi nə məna ifadə edir? Bunun üçün əvvəlcə Pekin adamının nə olduğunu qısa olaraq açıqlamaq lazımdır. Pekin adamının təkamül ssenarilərindəki saxta yüksəlişinə və bunu izləyən çökməsinə baxıldığında, yeni olan fosilin əslində təkamül nəzəriyyəsinə dəstək verməyən insan fosili olduğu ortaya çıxır.
Pekin adamı kəşfi və təkamülçü nəzəriyyələrdəki yüksəlişi
Pekin adamı, 1920-ci illərdə Pekin şəhəri yaxınlığında Zoudoukian adlı mağarada olan fosillərə verilən addır. 1929-cu ildə ələ keçirilən və 500.000 illik olduğu hesablanan kəllə sümüyə əsaslanaraq “Pekin adamı” mənasını verən Sinanthropus pekinensis olaraq adlandırılmışdır. Homo sapiensdən ayrı kateqoriya olaraq ələ alınmasının da göstərdiyi kimi, başlanğıcda meymunlarla insanlar arasında keçidi təmsil etdiyi qarşıya qoyulmuşdur.
Kəllə sümüyündə qalın, fərqli qaş kəmərlərinə sahib olması Pekin adamının “ibtidai” olaraq izah edilməsinə səbəb olmuşdur. Lakin bu fərqli bir izahdır, çünki qalın qaş kəmərləri bəzi müasir insan irqlərində də mövcud olan xüsusiyyətdir. Daha sonra təkamülçülər də qəbul etmək məcburiyyətində qalmışlar ki, Pekin adamının nəsli kəsilmiş insan irqi olaraq qiymətləndirilməməsi üçün heç bir obyektiv anatomik fərqliliyi yoxdur.
Hətta, orijinal fosillər 1941-ci ildə ikinci dünya müharibəsi mühitində itmişdir və indiki vaxtda elm adamları Pekin adamı sümüklərinin yalnız gips nüsxəsi üzərində çalışırlar.
Elə keçən bütün bu elmi həqiqətlərə baxmayaraq təkamülçülər əslində gerçək insan olan Pekin adamını, insanın xəyali soy ağacında uzun illər ara növ olaraq tutmağa davam etmişlər. Bədəni tüklərlə örtülü, kobud üz xətlərinə sahib Pekin adamı şəkilləri, yarım əsrdən çox müddət ərzində dərs kitablarında həqiqi elmi kəşf kimi təqdim edilmişdir.
Pekin adamının enişi
Daha sonrakı illərdə Pekin adamı, meymundan insana keçidə dair xəyali ssenaridə əhəmiyyətini itirdi və Homo erectus kateqoriyası altında yenidən adlandırıldı. Homo erectus isə dik yeriyən insan deməkdir və kəllə sümüyündəki kiçik irqi fərqlər xaricində müasir insan ilə eyni anatomiyaya malikdir. Bir çox antropoloq Homo erectusun (səbəbindən Pekin adamının) müasir insandan fərqi olmadığını açıq şəkildə etiraf edir. Almaniyada məşhur paleontoloq və antropoloqların iştirakı ilə keçirilən bir konfransda da bu görüş ağırlıq qazanmışdır. “American Scientist” jurnalında konfrans haqda belə deyilir:
“Senkenberq konferansındaki iştirakçıların çoxu, Miçiqan universitetindən Milford Volpof, Kanberra universitetindən Alan Torn və həmkarlarının başlatdığı və mövzusu Homo erectusun taksonomik mövqeyi olan gərgin müzakirəyə daldılar. Bu kəslər Homo erectusun bir növ olaraq etibarlılığının olmadığını və tamamilə ləğv edilməsi lazım olduğunu israrlı şəkildə irəli sürdülər. Homo növünün bütün üzvləri, təbii hər hansı bir ara və ya alt bölüm olmadan, təxminən iki milyon il əvvəlindən bu günə, çox-çox dəyişkənlik göstərən, geniş sahəyə yayılmış tək bir növə, Homo sapiensə aid idi. Homo erectusun bir növ olaraq mövcud olmadığı, konfransın əsas mövzusu oldu.” (Pat Shipman, Doubting Dmanisi, American Scientist, noyabr-dekabr 2000, səh. 491)
Pekin adamının H. erectus altında təsnif edilməsi, təkamülçülər arasında belə bir insan olduğuna şübhə olmadığını göstəricisidir. Belə ki, təkamülçü “National Geographic TV” kanalında Pekin adamıyla əlaqədar bir proqramda, Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyindən fizik antropoloq Qeri Savyerin şərhlərinə yer verilmişdir. Savyer qalın qaş kəmərlərindən söz etməsinə qarşı, Pekin adamının gerçək insan olduğunu ifadə etmişdir.
Bir kəşfdən qalmaqal meydana gətirmək təkamülçülərə fayda verməmişdir
Ntvmsnbc.com xəbərinin başlığına baxıldığında təkamül nəzəriyyəsinə çox əhəmiyyətli qatqı təmin edəcək fosil ələ keçirilmiş təəssüratına qapılmaq mümkündür. Ancaq bu təəssürat yanlış olacaq. Çünki təkamülçülər, yazımızın əvvəlində qeyd etdiyimiz taktikaları ilə tapıntıları sensasiyalı şəkildə tanıtsalar da heç bir kəşf təkamülçülərə fayda verməmiş, olan fosillərlə əlaqədar təkamülçü iddialar sonrakı müddətdə mütləq əhəmiyyətini itirmişdir. ABŞ-ın ən qabaqcıl paleontoloqları arasında yer alan Harvard universitetindən Niles Eldrik və Amerika Təbiət Tarixi Muzeyindən Yan Tattersal, tək bir kəşflə itkin halqanın tapılacağına və təkamül nəzəriyyəsinin bilinməyən istiqamətlərinin açıqlığa qovuşdurulacağına dair gözləmənin səhvini belə ifadə edirlər:
“Canlıların təkamül tarixlərinin kəşf məsələsi olduğu düşüncəsi bir əfsanədir. Əgər elə olsaydı, nə qədər çox hominid qalığı olsa, insanın təkamülü hekayəsinin də o qədər açıq hala gəlməsi lazım idi. Halbuki əgər bir şey oldusa, bunun tam əksinə olmuşdur.” (Niles Eldric, Ian Tattersall, The Myths of Human Evolution, səh.126-127)
Kalifornia Universiteti paleoantropoloqlarından Tim Vayt isə, “Discovering Archaeology “ jurnalında nəşr olunan bir məqalədə, yeni olan fosillərin, daha sonrakı tapıntılar qarşısında daim əhəmiyyətini itirdiyini belə etiraf edir:
“Bəlkə də elmin heç bir sahəsi insanın mənşəyini tapmaq səylərindən daha çox mübahisəli deyil. Seçkin paleontoloqlar insan soy ağacının ən təməl xətləri üzərində belə anlaşılmazlıq içindədirlər. [Sözdə] Yeni budaqlar böyük səs-küy ilə yaradılan, ancaq yeni fosil tapıntıları qarşısında etibarlılığını itirib yox olurlar. (Robert Locke, “Family Fights” Discovering Archaeology, iyul-avqust 1999, səh.36)
Yeni fosil də təkamül nəzəriyyəsinə hər hansı dəstək vermir
Tapılan yeni fosil, darvinistlər tərəfindən, bir zamanlar təkamül təbliğatına mövzu olan Pekin adamı ilə əlaqələndirilib ondan sonrakı ikinci əhəmiyyətli fosil olaraq xarakterizə edilmişdir. Ancaq Pekin adamının təkamül nəzəriyyələrlə əlaqədar olaraq artıq köhnə əhəmiyyəti yoxdur, bu səbəbdən yeni fosilin də təkamül dayağı qalmamışdır. Çinli elm adamlarının bu fosili əhəmiyyətli qəbul etməsinin səbəbi, təkamül deyil irqi səviyyədəki suallarla əlaqədardır. Hal-hazırda dünya əhalisinin beşdə birini təşkil edən çinlilərin varlığı, görəsən Afrikadan çıxış nəzəriyyəsi ilə yoxsa başqa nəzəriyyə ilə açıqlanacaqdır?
Görəsən Çinlilər, Afrikadan 200.000 il qədər əvvəl dünyaya yayılaraq gəldikləri yerdəki insanları aradan qaldıraraq müasir insanları meydana gətirdiyi fərz edilən soydan gəlir; yoxsa yerlərini Afrikadan gələnlərə buraxmadan Asiyanın müxtəlif bölgələrində daha əvvəldən olan insan irqlərinin bir qarışığından ortaya çıxmışlar? Bu suallara verilən cavab hər nə olursa olsun, Afrikadan çıxan insanlar da, Asiyada daha əvvəldən bəri olan insanlar da müasir insanının köhnə irqlərinin bu səbəbdən bu müzakirələrin və yeni fosilin bunlarla əlaqələndirilməsinin, insanın meymundan gəldiyi kimi təkamülçü nəzəriyyə ilə heç bir əlaqəsi yoxdur.
Pekin adamının bir zaman təkamülçülərlə itkin halqa olaraq tanıdılması, bu yeni fosilin, meymun adam iddialarına qatqı təmin etdiyi səhvinə yol açmamalıdır. Pekin adamı da, yeni olan kəllə sümüyünün sahibi olan insan da, anatomik müxtəliflik olaraq müasir insan irqlərinin ortaya qoyduğu müxtəliflikdən çoxunu ortaya qoymurlar. Qısası hər ikisi də yarı meymun, yarı insan canlılar deyil, qüsursuz yaradılışa sahib, bizim kimi insanlardır.