“Vatan” qəzeti, təkamül nəzəriyyəsinin içində olduğu açmazları israrla görməməzlikdən gələrək darvinizmi ayaqda tutmaq üçün elmdən kənar təhriflərini davam etdirir. Qəzet son olaraq, 4 mart 2008-ci il tarixli sayında təkamül nəzəriyyəsinə heç bir dəlil təmin etməyən elmi tapıntını, darvinist ifadələrlə bəzəyərək təbliğat vəsaiti olaraq istifadə etmişdir. (“Meymunlaşdıran gen tapıldı”, “Vatan”, 4 mart, 2008-ci il)

 

Haqqında danışılan xəbərdə, Bilkent universitetindən prof. dr. Tayfun Özçelik və qrupu tərəfindən və nəticələri Amerika Milli Elmlər Akademiyası nəşri olan PNAS jurnalında nəşr olunan çalışma xəbər verilir. Elm adamları, Hatayın Qırıqhan mahalında yaşayan və uşaqları əl və ayaqları üzərində gedən Ulaş ailəsi üzərində genetik analiz çalışması reallaşdırmışlar və bu maneəli gediş şəklinə gətirib çıxaran geni təsbit etmişlər. Qrup, haqqında danışılan çalışmada bütün genomu daranmasını tələb edən araşdırma texnikalarını istifadə etmişdir. Beləcə xəstəlikdən təsirlənən fərdlərdə ortaq olan DNT bölgələri təsbit edilmişdir. Elm adamları bunun nəticəsində insanların iki ayaq üzərində getməsi ilə əlaqəli üç fərqli xromosom bölgəsi olduğunu göstərmişlər.

 

“Vatan” qəzeti isə bu xəbərin başlığını “meymunlaşdıran gen tapıldı” olaraq verməklə, elmdən kənar darvinizm təbliğatı ortaya qoyur. Yalnız sadə yalandan ibarət olan bu təbliğat aşağıda cavablanır.

 

Bir xüsusiyyətin hansı genlə əlaqədar olduğunu müəyyən etmək, o xüsusiyyətin təkamüllə ortaya çıxdığını sübut etmir

Burada haqqında danışılan, bioloji funksiyanın, iki ayaq üzərində yerimənin, DNT üzərində hansı genlərlə əlaqədar olduğunu “müəyyən etməklə” məhdud bir tapıntıdır. Bir xüsusiyyətin hansı genlə əlaqədar olduğunu müəyyən etmək isə, aydındır ki, o xüsusiyyətin təkamüllə ortaya çıxdığını sübut etməyəcək. Qabaqcıl Con Maynard Smit, təkamül nəzəriyyəsini aşağıdakı sözləri ilə bunu qəbul etmişdir:

 

“X [xüsusiyyətini] aktivləşdirən bir gen tapdığınızda, bunun necə təkamül keçirdiyini anladığınız düşüncəsi axmaqlıqdır.” (“Games and Theories”, Interview with John Maynard Smith, New Scientist, 14 iyun 2003, səh. 50) Bu səbəbdən, bu araşdırmada dik yeriməklə əlaqədar genlərin təsbit edilməsi təkamül nəzəriyyəsinə heç bir dəstək təmin etmir. Əksinə, araşdırmanın mövzusu olan iki ayaq üzərində yerimə qabiliyyəti və DNT molekulunun xüsusiyyətlərinə baxıldığında, qarşımıza darvinizmi deyil, yaradılışı dəstəkləyən dəlillər çıxır.

 

İki ayaq üzərində yerimək və DNT-nin ortaya qoyduğu yaradılış həqiqətləri

İnsanın iki ayaq üzərində yeriməsi, onurğa, çanaq sümüyü, kəllə, qol, ayaqlarda müşahidə edilən və hər biri olduqca həssas nizamlamalar ortaya qoyan sistemlərlə mümkün olur. (Baxın: Harun Yəhya, Yerimə Möcüzəsi) İnsanoğlunun kəşf etdiyi ən inkişaf etmiş cihazlardan dəfələrlə daha kompleks olan bu sistem, iç-içə inteqrasiya olmuş əzələ, sinir, sümük, damar toxumalarının uyğunlaşma içində funksiya gördüyü bir təşkilatlanmadır. Ulaş ailəsinin uşaqlarının vəziyyəti də əslində bu təşkilatlanmanın nə cür üstün olduğunun canlı dəlilini meydana gətirir. Çünki Ulaş ailəsinin vəziyyətində, iki ayaq üzərində yerimə ilə əlaqədar genlərdə meydana gələn mutasiyalar bu kompleks sistem üzərində təxribat edici təsir meydana gətirərək uşaqları əl və ayaq üzərində getməyə məcbur edir. Bu səbəbdən Ulaş ailəsinin vəziyyəti, təkamülçülərin mutasiyalarla bağlı iddialarının da elmin gerçəklərindən necə uzaq düşündüklərini göstərir. Mutasiyalar, Ulaş ailəsi üzvlərinin iki ayaq üzərində yerimə qabiliyyətlərini inkişaf etdirməmiş, onları şikəst etmişdir.

 

İki ayaq üzərində yeriməni mümkün edən bioloji sistemlərin məlumatını saxlayan DNT isə, bədənimizin biokimyəvi və fiziki xüsusiyyətlərinin bir kodlaşdırma sistemi ilə qeyd edildiyi nəhəng bir molekuldur. A, T, G, C ilə göstərilən dörd tipdə nukleinin ard-arda sıralandığı bu uzun molekul, cildlərlə ensiklopediya məlumatı saxlama tutumuna sahib, nəhəng məlumat bankı olaraq funksiya görür. Bu yönü ilə DNT, eynilə oxuduğunuz bu yazıdakı hərflər kimi, simvollar ehtiva edən və bu simvollar vasitəsilə hüceyrənin fəaliyyəti üçün lazımi məlumatı çatdıran kitaba bənzəyir. Simvollar yolu ilə ünsiyyət isə, maddə və enerji ölçüsünü aşan və daim bir “zehin”dən qaynaqlanan vasitədir.

Məsələn, bir qəzetin səhifələrində oxuyaraq əldə etdiyiniz məlumatın, kağız və mürəkkəbdən qaynaqlanan xüsusiyyət olmadığı kimi, DNT-də kodlaşdırılan məlumat da nukleotid atom və enerjisinin ortaya çıxardığı xüsusiyyət deyil. Qəzetdə oxuduğunuz yazının müəllifi, mürəkkəb və kağızı, zehnindəkiləri çatdırmaq üçün bir vasitə olaraq istifadə edir. Bənzər şəkildə, təsadüfi meydana gəlmə, maddə və enerji ilə heç bir şəkildə açıqlamayan DNT məlumatı da, bütün bu bioloji sistemləri mövcud edən bir Yaradanın planını saxlayır. Heç şübhəsiz ki, o Yaradan, aləmlərin Rəbbi Uca Allahdır. (Baxın: Harun Yəhya, DNT-dəki yaradılış möcüzəsi)

 

“Meymunlaşdıran gen” təhrif edilməsi

Dörd ayaq üzərində gedən bir çox canlı olduğu halda, “Vatan” qəzetində Ulaş ailəsinin vəziyyəti ilə əlaqədar olan geni “meymunlaşdıran gen” olaraq təqdim edilməsi tam mənasıyla darvinist təhrif etmədir. Yalnız əl və ayaq üzərində getdikləri üçün bu insanların meymunlaşdığını irəli sürmək, onların bu xüsusiyyətlərindən ötəri qoyunlaşdıqlarını, pişikləşdiklərini və ya zebralaşdıqlarını söyləmək qədər axmaqdır.

 

Bu təhrif etməyə müraciət edilməsinin səbəbi, təkamülçülərin iki ayaq üzərində yerimə qabiliyyətinin mənşəyi mövzusunda tam səssizlik içində olmasıdır. Əslində yalnız iki ayaqlılıq deyil, insanın təkamülü hekayəsinin bütün elementləri təkamülçülər üçün qaranlıqdır. Təkamülçü antropoloq Elani Morqanın aşağıdakı sözləri, təkamülçülərin meydana gətirdikləri hekayələrə kor-koranə inandıqlarını açıq şəkildə göstərir:

 

“İnsanlarla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr bunlardır:

1) Niyə iki ayaq üzərində gəzirlər? 2) Niyə bədənlərindəki sıx tükləri itirdilər? 3) Niyə bu cür böyük beyinlər inkişaf etdirdilər? 4) Niyə danışmağı öyrəndilər?

Bu suallara veriləcək standart cavablar belədir :

1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik.

Suallar daha çox artırıla bilər, amma cavabların tək tərəfin aktivliyini heç dəyişməyəcək “.

(Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5)

 

 

Nəticə

Bilinməlidir ki, tarixə qarışma mərhələsində olan təkamül nəzəriyyəsinin ən son müdafiəçiləri, bu nəzəriyyəyə ən fanatik şəkildə bağlanmış olanlardır. Və bilinməlidir ki, bu kəslərin gerçəklərə gözlərini bağlayaraq nəzəriyyələrini ayaqda tutma səylərində belə ucuz təhriflərə möhtac olmaları, ancaq müdafiə etdikləri düşüncənin içində olduğu aciz vəziyyətin bir göstəricisidir.

“Vatan” qəzeti yazı işlərinə darvinizmin elmi çöküşünü qəbul etmələrini, bunun kimi ucuz təhriflərlə nəzəriyyəni davam etdirməyəcəklərini görmələrini tövsiyə edirik.